Paşinyandan Qarabağ etirafı - ən böyük itkini biz verdik…

İkinci Qarabağ müharibəsindən 5 il sonra Ermənistanın baş naziri Nikol Paşinyan müharibənin yanlış strategiya olduğunu ilk dəfə açıq şəkildə dilə gətirib.
Paşinyan parlamentdəki çıxışında Qarabağ məsələsinin Ermənistanın dövlətin inkişafına mane olduğunu bildirib.
"Qarabağ hərəkatı dövlətimizi inkişafı qarşısında sədd çəkdi. Bu prosesdə ən böyük itkini biz verdik" - deyə Paşinyan illərdir aparılan siyasətin sorğulanması gərəkdiyini bildirib.
Paşinyan qeyd edib ki, Azərbaycanla əldə olunması gözlənilən sülh sazişi yalnız ratifikasiya prosesi başa çatdıqdan sonra qüvvəyə minəcək. Paşinyan sazişdəki beynəlxalq tələblərin aradan qaldırılması kimi maddələrin də qarşılıqlı qüvvədə olacağını bildirib.
ATƏT-in Minsk qrupu ilə bağlı məsələyə gəlincə, Paşinyan deyib ki, bu məsələdə dəqiq qərar verməyə tələsməyəcək.
TAHİR