Zelenski Ukrayna üçün ola biləcək ən pis ssenarini açıqladı - hamı üçün vuruşduq, ancaq tək qaldıq…

Zelenski “Time” jurnalına müsahibəsində deyib ki, Rusiya ilə “alçaldıcı sülh” Ukraynanın gələcəyi üçün ciddi mənfi nəticələrə səbəb olacaq.
"Növbəti mərhələ məcburi, alçaldıcı sülh olsa; Ukrayna, Allah eləməsin, tək qalarsa və tərəfdaşlarımız artıq tərəfdaşa çevrilməsə, ölkə depressiyaya düşəcək. Ölkəmiz hamı üçün vuruşdu, ancaq tək qaldı", - dövlət başçısı bildirib.
Zelenski NATO, Aİ və xüsusən də ABŞ-ın dəstəyini itirəcəklərinə inanmadığını vurğulayıb: "Hər bir lider fərqlidir, lakin onların hamısının tarixi rol oynamaq arzusu var. Onların çoxu artıq gənc deyil, uğurlu lider kimi tarixə düşmək istəyirlər. Ona görə də o qaranlıq ssenarilərə inanmıram. Düzünü desəm, buna qətiyyən inanmıram".
TAHİR