Tramp Bakı - İrəvan sülhündə vasitəçilik edə bilər, lakin...

Mən bir telefon danışığına əsaslanaraq iddia etməyə tələsməzdim ki, Amerika tərəfi Cənubi Qafqazda fəallaşmağa başlayacaq və ya Ermənistan-Azərbaycan sazişinin imzalanmasında vasitəçi kimi iştirak edəcək.Bunu erməni politoloq Suren Sarkisyan yerli mətbuata açıqlamasında deyib.Sarkisyana görə, Putin və Tramp arasında baş verən və dünyada yeni reallıqları formalaşdıran digər telefon danışıqlarını və hadisələri izləmək daha vacibdir. Politoloq qeyd edir ki,”Bizim üçün çox şey İranla ABŞ arasında münasibətlərin dinamikasından və bu münasibətlərin müsbət və ya mənfi istiqamətdə inkişafından asılı olacaq. Təbii ki, Tramp sülh müqaviləsində vasitəçilik etməyə cəhd edə bilər, lakin bunun üçün bir sıra problemlər var. ABŞ mövcudluğuna, yumşaq gücünə, NATO-da əhəmiyyətli roluna və Rusiya ilə rəqabətə görə Cənubi Qafqazda balanslaşdırıcı və məhdudlaşdırıcı amil idi. İndi bütün bu amillər artıq aradan qalxıb və Birləşmiş Ştatlar öz təsirini saxlamaq və gücünü balanslaşdırmaq üçün yeni alətlər dəsti hazırlamalıdır” deyə Suren Sarkisyan yekunlaşdırıb
Surxay Əliyev