İsrail Cənub Qaz dəhlizi ilə Avropaya qaz ixrac edəcək?

Azərbaycanın SOCAR şirkəti İsrail sularında qaz kəşfiyyatı üçün BP və NewMed şirkətləri ilə müqavilə imzalayaraq İsrailin qaz bazarına daxil olur. Bu barədə Ermənistanın “Verelq” nəşrində Enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan yazır. Ekspert qeyd edir ki,bu, SOCAR-ın İsrailin “Hizbullah”la münaqişə səbəbindən əvvəllər təxirə salınmış ilk xarici qazma layihəsidir. Ekspert qeyd edir ki, Ərdoğanın sərt anti-İsrail ritorikasına baxmayaraq, Azərbaycan neftini İsrailə tranzit etməkdə davam edir. Səbəb iqtisadi asılılıqdır: SOCAR Türkiyəyə 18,5 milyard dollar sərmayə qoyub. Vahe Davtyana görə,əlavə faktor İsrailin Cənub Qaz Dəhlizi (Azərbaycan-Gürcüstan-Türkiyə) vasitəsilə Avropaya qaz ixrac etmək planlarıdır.Erməni ekspert əsil erməni hiyləgərliyilə İranı qıcıqlandırmaq üçün əlavə edir ki, “Cənubi Qafqazda İsrail amilinin güclənməsi İran üçün gələcək təhdidlərlə müşahidə olunur.Bütövlükdə, vəziyyət Türkiyə və Azərbaycanın İsrailə yanaşmasında fərqliliyi ortaya qoyur. Ankara sərt siyasi bəyanatlar verir, lakin İsraillə iqtisadi əməkdaşlığı çox effektiv səviyyədə davam etdirir. Azərbaycan isə görünür, siyasi və iqtisadi praqmatizm nümayiş etdirir. Özü də lazımsız ritorika olmadan. Tərəflərin yanaşmaları isə ən azı bir-biri ilə ziddiyyət təşkil etmir”-deyə Vahe Davtyan fikrini yekunlaşdırıb.
Surxay Əliyev