ABŞ Ermənistanı Türkiyənin əlavəsi kimi görməkdə davam edir...

Amerika prezidentləri və administrasiyaları dəyişir, lakin bir şey dəyişməz olaraq qalır - Vaşinqton Ankaranı regionun “nəzarətçisi” kimi görür. Bu haqda Politoloq Binyamin Matevosyan Ermənistanın “Verelq” nəşrində yazıb.
Politoloq qeyd edir ki,unutmayaq ki, “Artsax”dakı “etnik təmizləmə”nin faktiki müəlliflərindən biri, Ermənistan və Azərbaycanın təkcə iqtisadi məsələlərdə deyil, həm də regionda təhlükəsizlik sahəsində əməkdaşlıq edə biləcəyi ideyasının müəllifi L.Bono (əlbəttə ki, Ərdoğanın nəzarəti altında) Dövlət Departamentində fəaliyyətini davam etdirir. Birləşmiş Ştatlar isə Ermənistanı Türkiyənin əlavəsi kimi görməkdə davam edir ki, Paşinyan isə açıq-aydın buna sevinir. Gəlin izləyək və gələcək üçün nəticə çıxaraq.
Surxay Əliyev