Bazar günü, 30 mart 2025
     

Ermənistan Avropa Birliyinin missiyası ilə bağlı "yeni status" oyununa başlayır... Azərbaycanla sazişdən yayınmağın yeni formasını tapıblar…

Image

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişinin imzalanması yönümündə növbəti yanlış və qərəzli mülahizələr söyləyib. Nazir Azərbaycanı sülh sazişinin imzalanmasına hazır olmamaqda günahlandırıb.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Mirzoyan deyib ki, martın 13-də hər iki tərəf saziş mətni üzərində işə yekun vurulduğunu bəyan etsə də, Ermənistan sazişi elə bu an imzalamağa hazır olduğunu bəyan etsə də, sazişin imzalanma vaxtını və yerini müəyyənləşdirmək üçün müzakirəyə hazır olsa da Azərbaycan hələ bu mətni imzalamağa hazır olması ilə bağlı konkret bəyanat verməyib. Mirzoyan yekun qənaətə gəlir ki, Azərbaycan sazişi imzalamağa hazır deyil. Üstəlik Mirzoyan Azərbaycanın imzalanma üçün əlavə hansısa şərtlər (?) ortaya qoyduğunu da iddia edib.

Bəs Azərbaycan razılaşdırılmış saziş mətnini imzalamağa niyə həvəs göstərmir? Azərbaycanın sülhə hazır olmadığı barədə iddialar Mirzoyanın növbəti uydurmasıdır. Azərbaycanın guya hansısa yeni şərtlər açıqladığı barədə deyilənlər də tam yalandır. Azərbaycanın şərtləri dəyişməyib. Ermənistan məhz özünün sülhə hazır olmadığını gizlətmək üçün yalanlar uydurur. Azərbaycanın dəyişməyən şərtləri Minsk Qrupunun buraxılması barədə Ermənistanın bəyanat verməsi, hüquqi aktlardan Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən maddələrin çıxarılması və sərhədlərdə 3-cü qüvvələrlə bağlı birmənalı şəffaf mövqe ortaya qoyulmasıdır. Ermənistan Minsk Qrupunu rəsmən buraxmaqla sübut etməlidir ki, Dağlıq Qarabağ münaqişəsini artıq bitmiş sayır. Konstitusiyada dəyişikliklər etməklə dünyanı inandlrmalı və öhdəliyini təsdiqləməlidir ki, gələcəkdə də Azərbaycana qarşı hər hansı ərazi iddiasında olmayacaq. Nəhayət, sərhədlərdə 3- cü qüvvələr məsələsində Ermənistan rəhbərliyi hələ də yayındırıcı və qeyri - şəffaf mövqe tutmaqda davam edir. Nümunə üçün XİN müavini Ovanesyanın fikirlərini göstərmək olar. Ovanesyanın sözlərindən belə çıxır ki, Ermənistan rəhbərliyi saziş mətnini qəbul etsə də,reallıqda Avropa Birliyinin missiyasından imtina etmək fikrində deyil. Ermənistan XİN Avropa missiyasının yeni statusu üzərində iş aparır. Əvvəlcə dedilər ki, sərhədlərin delimitasiya prosesinə uyğun qaydada Avropa missiyası sərhədlərdən çıxarılacaq. Yəni əvvəlcə delimitasiya olunmuş sərhəd hissələrindən missiya üzvləri çıxarılacaq, sərhəddin qalan yerlərində saxlanılacaq. Aydın görünür ki, Ermənistan delimitasiya prosesinin illərlə, bəlkə də on illərlə davam edəcəyi müddətdə missiyanın sərhədlərdə saxlanmasına çalışır. Təbii ki, Azərbaycan bu mövqeni qəti şəkildə rədd etdi. İndi Ermənistan rəhbərliyi Avropa birliyinin missiyası üçün "yeni status" deyilən yeni oyun düşünüb. Nazir müavini Azərbaycanla Sazişdən sonra Avropa missiyasını Azərbaycanla sərhədlərdən Ermənistanın dərin içərilərinə doğru çəkəcəklər ilə bağlı Avropa ilə danışıqlar aparılacağını bildirib. Əcəb oyundur… Avropa missiyası əslində yenə də Ermənistanda saxlanılır. İndiyə kimi iddia edirdilər ki, missiya təhlükəsizlik məsələsinə görə bölgəyə gətirilib. Belə də sual yaranır: Missiya deyildiyi kimi Ermənistanın içərilərinə doğru geri çəkiləcəksə, onun adı niyə "sərhəd missiyası" adlandırılmalıdır? Kim təminat verəcək ki, həmin missiya istənilən vaxt sərhəddin istənilən yerində peyda olmayacaq? Ümumən, əgər Ermənistan real sülhdə maraqlıdırsa, saziş imzalanandan sonra Avropa birliyinin missiyasına bu bölgədə nə ehtiyac qalır?!...

Beləliklə, açıq görünür ki, Ermənistan rəhbərliyinin guya bu andaca sülh sazişi imzalamağa hazır olduğu barədə fikirlər "baş aldatmaq cəhdindən" başqa bir şey deyil və bununla Azərbaycanın sülh sazişini imzalamağa guya hazır olmadığını göstərmək istəyir...

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

30.03.2025 / 10:18
Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

30.03.2025 / 08:00
Bu gün Azərbaycanda Ramazan bayramıdır

29.03.2025 / 23:53
Rusiyadan Sudja qaz stansiyasını darmadağın edən hücumla bağlı şok iddia - 2 böyük Qərb ölkəsinin əli var…

29.03.2025 / 23:35
Almanlar Qəzzada soyqırıma qarşı etiraz aksiyası keçirdi

29.03.2025 / 23:04
Myanmadakı zəlzələnin gücü ilə bağlı şok açıqlama - 334 atom bombası…

29.03.2025 / 22:09
WSJ: “Pentaqon rəhbəri xarici həmkarları ilə görüşlərə qohum-qardaşını da aparır”

29.03.2025 / 20:05
Prezident İlham Əliyev Ramazan bayramı münasibəti ilə paylaşım edib - FOTO

29.03.2025 / 18:37
Ukrayna rəsmisi ABŞ-ın yeni saziş təklifini müharibə təzminatına bənzətdi - sanki onlarla müharibə aparmışıq…

29.03.2025 / 17:57
CHP növbədənkənar seçki tələbi ilə imza toplama kampaniyasına başladı...

29.03.2025 / 17:55
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik etdi

29.03.2025 / 17:53
Prezident İlham Əliyevlə və Ərdoğan arasında telefon danışığı olub

29.03.2025 / 17:52
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik etdi

29.03.2025 / 17:48
Trampın komandası “Rusiyanı qələbəyə ABŞ-ı isə məğlubiyyətə aparır”

29.03.2025 / 17:41
Putinin Ukraynada “Zelenskisiz idarə etmə” təklifini BMT qeyri-ciddi saydı

29.03.2025 / 17:30
Ömər Çelik: İfadə azadlığı sionist senzurasının qurbanı oldu

29.03.2025 / 17:28
Ermənistan İran-ABŞ danışıqlarının platformasına çevrilmək istəyir

29.03.2025 / 17:27
Tramp administrasiyası gülləni öz ayağına sıxdı

29.03.2025 / 17:19
Türkiyənin Vitse-prezidenti Mehriban Əliyevanı Ramazan bayramı münasibətilə təbrik etdi

29.03.2025 / 17:15
Bakıda “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfrans keçirilib - FOTO/YENİLƏNİB

29.03.2025 / 17:07
Pakistanın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi

29.03.2025 / 16:55
Ərdoğan Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik etdi

29.03.2025 / 16:55
"Fransa Martinikanın milli kimliyini məhv etməyə yönəlmiş assimilyasiya siyasəti aparır" - Luici Bule

29.03.2025 / 16:47
"Müstəmləkə sistemi xalqları fundamental hüquqlardan məhrum edir" - Boneyrin hüquq müdafiəçisi

29.03.2025 / 16:43
Abbas Abbasov: "Bizim bütün addımlarımız beynəlxalq hüquq çərçivəsində baş tutur"

29.03.2025 / 16:38
Viktor Maamaatuaiahutaru: "Biz istəyirik ki, mübarizəmiz gələcək nəsillərə ötürülsün"

29.03.2025 / 16:34
"Müstəmləkə rejimlərinə qarşı mübarizəni dəstəkləməyə davam edəcəyik" - Abbas Abbasov

29.03.2025 / 16:30
Jan Jakob Bisep: "Qvadeluplular illərdir, ana dillərində təhsil ala bilmirlər"

29.03.2025 / 16:27
Bakıdan beynəlxalq təşkilatlara çağırış edildi - müstəmləkədən əziyyət çəkənlərə dəstək olun...

29.03.2025 / 16:23
"Korsika xalqı Parisin müstəmləkə siyasəti səbəbindən yox olma təhlükəsi ilə üzləşir" - “Nazione”nin nümayəndəsi

29.03.2025 / 16:18
Bakıda Fransa müstəmləkəçiliyinin ağır nəticələrinə həsr edilən sərgi açılıb - FOTO

29.03.2025 / 15:31
“Melissa Group” tikinti şirkətinin əməkdaşı və ekskavotorun sürücüsü həbs edildi

29.03.2025 / 15:23
Məhkəmə “Melissa Group”un rəhbəri Qalib Məmmədovun həbsinə qərar verdi...

29.03.2025 / 15:07
"Kanak xalqı Fransanın müstəmləkə siyasətinə qarşı mübarizəsini davam etdirəcək" - Jan Batis

29.03.2025 / 14:50
Azərbaycan XİN Myanma və Tailandda baş verən dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verdi

29.03.2025 / 14:11
"Fransa təkcə təbii sərvətlərimizi deyil, milli dəyərlərimizi də məhv edib" - Dominik Monte

29.03.2025 / 13:56
Polis Nəsimidə maşın qaçıran şəxsi saxladı

29.03.2025 / 13:44
Bakıda Kanakidə qanunsuz həbs edilənlərə həsr olunmuş fləş-mob keçirildi - FOTO

29.03.2025 / 13:26
ABŞ-dan Suriyada olan vətəndaşlarına təcili xəbərdarlıq: Dərhal ölkəni tərk edin

29.03.2025 / 13:23
Qəzzanı boşaltmaq üçün hər yola əl atırlar...

29.03.2025 / 13:10
"Fransa Korsikaya qarşı müstəmləkə cinayətlərini etiraf etməlidir" - Fransua Benedetti

29.03.2025 / 13:07
BTQ ilə Qvadelupanın ...Xalq Birliyi arasında memorandum imzalandı

29.03.2025 / 12:50
"Fransanın müstəmləkəçilik siyasəti xalqların milli-mənəvi dəyərlərini məhv edir" - Mariya İzabella Saliqa

29.03.2025 / 12:42
"Müstəmləkə altında olan 15 ərazi ilə sıx əməkdaşlıq qurmuşuq" - Abbas Abbasov

29.03.2025 / 12:33
Konfrans iştirakçısı: "Fransanın kolonial siyasəti nəticəsində kanakların sayı 40 faiz azalıb"

29.03.2025 / 12:15
“Black Bird Group”:- Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində Rusiya müdafiəsini yarıb

29.03.2025 / 12:09
İstanbulda saxlanılan 74 etirazçı üçün 3 ilə qədər həbs tələb edildi

29.03.2025 / 12:04
SEPAH ad çəkməsə də növbəti dəfə ABŞ-ı təhdid etdi

29.03.2025 / 12:04
“Neftçi” “Araz-Naxçıvan”a, “Sumqayıt” “Sabah”a qarşı

29.03.2025 / 12:03
Kişinyov məhkəməsi Qaqauziya Muxtar Vilayətini 20 sutka başsız qoydu

29.03.2025 / 11:35
Prezident İlham Əliyev Şəfiqə Məmmədovaya “İstiqlal” ordenini təqdim etdi - FOTO

29.03.2025 / 11:22
Şəfiqə Məmmədova “İstiqlal” ordeni ilə təltif edildi - SƏRƏNCAM

29.03.2025 / 11:20
Prezident İlham Əliyev Şəfiqə Məmmədovanı 80 illik yubileyi münasibətilə təbrik etdi

29.03.2025 / 11:16
"Həkimlər atamı öldürüblər" - Maradonanın oğlundan ŞOK İDDİA

29.03.2025 / 11:10
İsveçli jurnalist İstanbulda həbs olundu

29.03.2025 / 11:01
Britaniyalılar ŞOKDA - məxfi sənədlər zibil qabından tapıldı!

29.03.2025 / 10:40
Bu ölkədə zəlzələ qurbanlarının sayı 1000 nəfəri ötür...

29.03.2025 / 10:36
Türkiyəli müğənni bu şəxsin 4 illik həbsini tələb edir!

29.03.2025 / 10:30
İlon Mask bu şirkətini 33 milyard dollara satdı

28.03.2025 / 23:45
İrandan Trampın müzakirə təhdidinə sərt cavab - Yaxın Şərq od tutub yanacaq, bazalar vurulacaq…

28.03.2025 / 23:11
Ukrayna ordusunda döyüşən İran vətəndaşı ilginc açıqlamalar yaydı...

28.03.2025 / 21:12
BAMF BMT-də Ermənistandan deportasiya olunan və Qarabağda münaqişədən təsirlənən uşaqlardan danışdı

28.03.2025 / 19:38
İstanbulda Şişli bələdiyyəsinin sədr müavini də həbs edildi

28.03.2025 / 19:01
ABŞ və İsrailə gözdağı verən İran yeni yeraltı “raket şəhəri”ni təqdim etdi

28.03.2025 / 18:09
Fransanın həbs etdiyi kanaklı siyasi məhbusların ailə üzvləri Bakıdan beynəlxalq təşkilatlara çağırış etdi...

28.03.2025 / 17:17
Prezident İlham Əliyev Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik etdi

28.03.2025 / 16:29
Bakı Təşəbbüs Qrupu Yeni Kaledoniya ilə Fransa arasında danışıqlarda vasitəçilik təklif etdi

28.03.2025 / 16:21
“Corsica Libera” partiyasının nümayəndəsi Bakıda Fransanı yıxıb sürüdü - bu bəşəriyyətə qarşı cinayətdir

28.03.2025 / 15:32
ABŞ Ukraynanın yollarına, limanlarına, neft və qazına da nəzarəti tələb edir...bir həftə vaxt verilib...

28.03.2025 / 15:07
Yasamalda iki nəfər 3 kiloqram narkotiklə yaxalandı

28.03.2025 / 14:16
Sarıcalı kəndinə birinci mərhələdə 203 ailənin köçürüləcəyi açıqlandı...

28.03.2025 / 12:56
Bakıda Əjdərbəy və Təzəpir məscidlərində bayram namazının vaxtı açıqlandı

28.03.2025 / 12:49
Avropa Birliyi Mərkəzi Asiyanı Rusiyanın əlindən alır- 4 apreldə nələr olacaq?...

28.03.2025 / 12:09
Putin Ukraynada "Zelenskisiz idarə" modeli təklif etdi...

28.03.2025 / 12:05
Xamneyi Trampa çox "tərs cavab məktubu" yazdı - ...mümkün deyil"...

28.03.2025 / 12:00
Makron Avropanın işlərini "dəstələyib əlinə almaq" üzrədir.. ABŞ - Ukrayna "torpaq sazişi" pozula bilər, Fransa yeni iddiadadır....

28.03.2025 / 11:46
“Melissa Group” -un sahibi saxlanılıb

28.03.2025 / 11:08
Əməkdar artistin sağlamlığında problem yaranıb - həmkarlarından paylaşım...

28.03.2025 / 11:03
5 avtomat silahı, 1 qumbara aşkar edilib - polisdən AÇIQLAMA

28.03.2025 / 10:51
Əkrəm İmamoğlunun vəkili Pəhlivan da saxlanıldı

28.03.2025 / 10:50
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 106-cı ildönümüdür

28.03.2025 / 00:26
Məşhur rus oliqarx həbs edildi - Moşkoviç 356 milyon dollarlıq dələduzluqda ittiham edilir...

Prezidentin bölgə səfərləri ölkəni gücləndirir...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456