Zatulin Paşinyandan əl çəkmir...

Ermənistanın baş naziri Nikol Paşinyan geriyə,yəni Moskvaya siyasi dönüş hazırlayır.Belə ki,o, bütün dövlət idarələrinə rusiyalı həmkarları ilə əlaqələri bərpa etməyi və birgə tədbirlərdə iştirak etməyi tapşırıb.
Lakin Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini ermənipəst Konstantin Zatulin Paraqrafa verdiyi şərhdə İrəvanın Rusuya ilə əlaqələr qurmaq istəyinə şübhə ilə yanaşdığını deyib:-Sitat- "Ermənistanın rəsmi hökuməti indi çarəsiz şəkildə manevr edir, çünki Qərbin dəstək payı zəifləyib. Bu vəziyyətdə Paşinyan manevr etmək məcburiyyətindədir. Məsələn, o, Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi münasibətiylə təşkil edilən paradda iştirak etmək üçün Moskvaya gəlmək niyyətindədir. Paşinyanın dövründə xarici siyasətin davamlılığı və onun Rusiya ilə münasibətləri yaxşılaşdırmaq istəyi sual altındadır. Rusiya Federasiyası ölmür və yaşamağa davam edir”-sitatın sonu. Zatulinə görə,Paşinyanın dövründə Rusiya-Ermənistan münasibətləri çətin ki, daha yaxşı və ya etibarlı olsun. Deputat hesab edir ki, o, Ermənistanı Rusiya ilə birləşdirən hər şeyə nifrət edir. "Paşinyan bu gün çox dar bir dəhlizə çevrilmiş Ermənistan üçün yeni üfüqlər açmağa çalışan "islahatçıdır" və o, sadəcə manevr edir.Lakin mənim Paşinyana yox, Ermənistana və erməni xalqına yazığım gəlir", - deyə Zatulin əlavə edib.
“Moskva İrəvanla münasibətləri hərtərəfli inkişaf etdirməyə hazırdır və Ermənistanı Rusiya ilə tarix və mədəniyyət sahəsində, eləcə də müxtəlif birliklərdə, o cümlədən Avrasiya İqtisadi Birliyində əməkdaşlıqla bağlı dost ölkə hesab edir” - Bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib. Bundan əvvəl isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan respublikanın BRİKS-də müşahidəçi statusu almaqda maraqlı olmasından danışıb.
Surxay Əliyev