ABŞ senatorları Rusiyanın dondurulmuş milyardlarının Ukraynaya verilməsini tələb etdi…

Dörd ABŞ senatoru dövlət katibi Marko Rubioya məktub göndərərək Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya dəstək üçün istifadə edilməsini tələb ediblər.
“Reuters” xəbər verir ki, senatorlar dondurulmuş 300 milyard dollarlıq fondun müharibənin dayandırılması üçün təzyiq vasitəsi kimi istifadə edilib-edilməyəcəyini və ABŞ-da bloklanan 7 milyard dolların müdafiə yardımı üçün istifadə olunub-olunmayacağı barədə açıqlama istəyib.
Məktubda həmçinin Vaşinqtonun bu istiqamətdə strategiya hazırlayıb-hazırlamayacağı və müttəfiqlərini bu istiqamətdə təşviq edib-etməyəcəyi məsələsi də gündəmə gətirilib.
TAHİR