Ukrayna Trampın xüsusi nümayəndəsi Vitkoffun danışıqlardan kənarlaşdırılmasını istədi…

Ukrayna parlamenti (Ali Rada) ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Ukrayna danışıqlarından kənarlaşdırılmasını istəyir.
Parlamentin Xarici Siyasət Komissiyasının sədri Aleksandr Merejko deyib ki, Stiv Vitkoff Ukraynadakı münaqişənin həlli üzrə danışıqlarda iştirak etməməlidir.
"Əlbəttə, biz amerikalı dostlarımıza onları kimin təmsil etməli olduğunu diktə edə bilmərik. Amma bu adamı nümayəndə heyətindən çıxarmaq lazımdır, o, prezidentin nümayəndəsi ola bilməz", - deyə Merejko bildirib.
Daşınmaz əmlak dünyasında tanınmış şəxs olan Vitkoffun, diplomat kimi təcrübəsi olmamasına baxmayaraq, Trampın xüsusi nümayəndəsi təyin olunması sərt tənqid edilir.
TAHİR