Abdulla Gül Ərdoğanı dəstəkləmədi - "İmamoğlu..."

11-ci prezident Abdullah Gül İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması ilə bağlı açıqlama verib. Bu barədə Qərar yazarı Mehmet Ocaktana danışan Gül, İmamoğlunun saxlanma prosesini dəyərləndirərək “Xalqın iradəsi ilə seçilən bələdiyyə sədrinə bu cür münasibət ictimai vicdanı incidir” mesajını verdi:
"Hörmətli prezident Rəcəb Tayyib Ərdoğana və onun özünə edilən haqsızlıqları ictimai vicdanın qəbul etmədiyini xatırladan Abdullah Gül xalqın iradəsi ilə bələdiyyə sədri seçilən Əkrəm İmamoğluna qarşı da oxşar səhvlərə yol verilməməlidi"- dedi. “Türkiyənin irəliyə getməsi üçün siyasi dialoq vacibdir” deyən Gül Türkiyədəki siyasi atmosferə də toxunaraq,təəssüflə qeyd edib ki, "Son vaxtlar evimizdə bir qarışıqlıq yaranıb. Növbəti seçkilərə hələ 3 ilə yaxın vaxt var və bəzi problemlərin həlli siyasi dialoq və üsullarla mümkün olduğu halda, bu cür qarışıqlıqlara zəmin yaratmaq bizi heç bir halda irəli aparmayacaq" deyə sabiq president vurğulayıb. Abdullah Gül siyasi sabitliyi təmin etmək üçün qanuna və ədalətə əməl edilməli olduğunu da xüsusi vurğulayıb. "Bizim saatı geri çevirmək kimi lüksümüz yoxdur" fikrini önə çəkən Abdullah Gül deyib ki,Türkiyənin keçmişdə yaşadığı çətinlikləri günümüzdə də yaşamasına yol verməməliyik:-Sitat- "Saatı geri çəkib yenidən oxşar bəlaları yaşamağa lüzum yox idi. Bunun önünü açacaq təşəbbüslərə heç ehtiyac yox idi” –sitatın sonu.Abdullah Gülə görə,bu cür qarışıqlıqlar Türkiyəyə heç bir baxımdan xeyir gətirmədi və gətirməyəcək.O cümlədən bu cür qarışıqlıqlar nə iqtidara, nəTürkiyəyə heç bir xeyir gətirməyəcək".Abdullah Gül açıqlamasında Türkiyənin siyasi sabitliyinin qorunmasında qanunun və ədalətin əhəmiyyətinə də diqqət çəkib. "Hüquq və ədaləti itirməməliyik. Əks halda bundan Türkiyə itirəcək" deyən Gül, bütün tərəfləri məsuliyyətli davranmağa çağırıb.
Abdullah Gülün bu açıqlamaları İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanma prosesi və ondan sonra baş verənlərlə bağlı geniş müzakirələrə yol açıb
Surxay Əliyev