Çərşənbə günü, 26 mart 2025
     

Ermənistanın Suriyada humanitar əməliyyatlarda iştirakı Azərbaycana və qardaş Türkiyənin özünə qarşı çevrilmiş addımdır - Əlican-Marqara keçidi hələ açılmalı deyil...

Image

Azərbaycanın ərazilərini 30 il işğalda saxlamaq, işğala son verilməsi barədə beynəlxalq siyasi-diplomatik tələblərə məhəl qoymamaq, Azərbaycanın ərazilərində misilsiz cinayətlər törətmək, problemin həllinin müharibə yolunu qaçılmaz etməklə minlərlə insanın həlak olmasına bais olmaq Ermənistanın dünyada reytinqini sıfıra endirdi. Heç kim inkar etmir ki, Ermənistan dövlətinin müharibədən sonrakı bütün siyasi-diplomatik səyləri rüsvay edilmiş imicin bərpasına yönəldilib. Bu yolda yorulmadan fəaliyyət göstərirlər.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.

A.Quliyev daha sonra yazır:

Ermənistan hakimiyyətinin dünyada imic bərpa etmək siyasətinin əsas istiqamətlərindən biri beynəlxalq humanitar əməliyyatlarda iştirak etmək cəhdləridir. Məsələn, Ermənistan hakimiyyəti bu gün Suriyada humanitar yardım və humanitar xilasetmə əməliyyatlarına qoşulmaq üçün dəridən-qabıqdan çıxır. Ermənistan rəhbərləri bu yolla həm 30 il Azərbaycan torpaqlarında beynəlxalq siyasi hüquqa və beynəlxalq humanitar hüquqa qarşı törətdikləri cinayətlərdən diqqət yayındırmaq istəyir, həm də Bəşər Əsədin on illər boyu xalqa qarşı törətdiyi cinayətlərin ortağı olduqlarını dünya ictimaiyyəti üçün görünməz etmək istəyirlər. Ötən ilin dekabrınadək Paşinyan Suriyada sülhyaratma əməliyyatlarında iştirak etmək adı altında əslində qanlı diktator Bəşər Əsədin ən yaxın dəstəkçilərindən biri deyildimi? Hər şey nə tez unuduldu və Ermənistan hansı əllərin köməyi ilə dünənə qədər haqq səsini qan içində boğmağa çalışdığı Suriya xalqına bu gün humanitar kömək edən(?) qüvvələrdən birinə çevrilib? Ermənistan dövləti bu gün Suriya xalqına humanitar yardımlarda iştirak etməkdən qabaq cəmi 5 ay əvvələ qədər Suriya xalqına Bəşər Əsədlə birlikdə qan uddurduğunun hesabını verməlidir. Bu cəhətdən Ermənistanın Suriyada humanitar əməliyyatlara buraxılması qətiyyən düzgün siyasət deyil. Ermənistan nə dövlətdir ki, onun yardımı Suriya xalqı üçün guya müstəsna əhəmiyyət kəsb edə bilsin?! Ermənistan özü müxtəlif ölkələrdən dünənə qədər dilənçi payı toplayan ölkə olduğu halda, bu gün Suriyanın humanitar nicat qapılarından birinə çevrilməsi necə mümkün sayıla bilər?

Anlaşılmaz təzahürlərdən biri Ermənistanın Suriyaya "humanitar yardımı" qardaş ölkəmiz olan Türkiyənin üzərindən həyata keçirməsidir.

Ermənistanın Suriyaya "humanitar yardımına" şərait yaratmaq üçün Əlican-Marqara keçid məntəqəsini hətta 10 günlüyə müvəqqəti açmaq nə qədər doğru addımdır? Biz bilirik ki, qardaş Türkiyə Ermənistanın Azərbaycana qarşı birbaşa addımlarına imkan və şərait verməyəcəyini həmişə bəyan edib. Belə ki, Ermənistanla siyasi, diplomatik münasibətlər qurmur, iqtisadi-ticarət əlaqələrinə getmir. Açıq deyir ki, Azərbaycanla sülh sazişi imzalanana kimi Ermənistan bunu görməyəcək. Ancaq Ermənistan bəzən birbaşa olmayan üsullarla Azərbaycanın mənafelərinə zidd addımlar atır. Onun bu gün Suriyada humanitar əməliyyatlara qoşulması həm Azərbaycana, həm qardaş Türkiyənin özünə, həm də bütün türk dünyasına qarşı çevrilmiş gedişdir. Bizlər sübut etməyə çalışırıq ki, Ermənistan təcavüzkar dövlət olub, insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törədib və sair. Ancaq Ermənistan əks addımlarla dünyaya göstərir ki, xeyr, biz sivil ölkəyik və Suriyada humanitar əməliyyatların mühüm tərəfdaşlarından biriyik.

Məncə Ermənistanın Suriyaya humanitar yardımları xatirinə Türkiyə - Ermənistan sərhədində Əlican- Marqara keçid məntəqəsi hətta müvəqqəti də olsa açılmalı deyil... Ermənistanın Suriyaya humanitar yardım göstərməsi hansısa arqumentlərlə bu qədər vacibdirsə, qoy bunu qardaş Türkiyənin üzərindən yox, hələlik başqa marşrutlarla həyata keçirsin. Ona görə hələlik deyirəm ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün gərəkli işləri hələ tam görməyib.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

26.03.2025 / 23:40
BMT İmamoğlu ilə bağlı açıqlama Türkiyə hakimiyyətinə çağırış etdi

26.03.2025 / 22:57
Paşinyandan Qarabağ etirafı - ən böyük itkini biz verdik…

26.03.2025 / 22:25
İstanbul Bələdiyyəsinin yeni sədri də CHP-dən seçildi…

26.03.2025 / 20:51
Ukrayna Rusiyaya qarşı sanksiyaların ləğvinə qarşı çıxdı

26.03.2025 / 18:40
Rusiya Mərkəzi Bankından neft qiymətlərilə bağlı xəbərdarlıq - “SSRİ-nin çöküşü ssenarisi” təkrarlana bilər…

26.03.2025 / 17:52
Müxalifəti sərt şəkildə tənqid edən Ərdoğan Soljenitsındən sitat gətirdi

26.03.2025 / 17:15
Zelenski Ukrayna üçün ola biləcək ən pis ssenarini açıqladı - hamı üçün vuruşduq, ancaq tək qaldıq…

26.03.2025 / 16:40
Britaniyalı generaldan III Dünya Müharibəsi xəbərdarlığı - 2 il ərzində başlaya bilər…

26.03.2025 / 16:16
İsrailin Suriyaya zərbələr endirməsi 6 mülki vətəndaşın ölümünə səbəb oldu

26.03.2025 / 15:58
“Signal” çat qalmaqalı böyüyür - Trampın beş yüksək rütbəli məmuru məhkəməyə verildi

26.03.2025 / 15:42
QAİ ABŞ-a çağırış etdi - Dini Azadlıq Komissiyası barədə ölçü götürün...

26.03.2025 / 15:32
Tramp etiraf edib ki, Rusiya Ukrayna ilə sülh sazişini "yavaşladır" - Politico

26.03.2025 / 15:20
Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik etdi

26.03.2025 / 15:17
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə məktub göndərdi...

26.03.2025 / 15:17
Zaporojye AES-i ABŞ-a vermərik - Rusiya rəsmisi...

26.03.2025 / 15:15
Liviya Prezident Şurasının Sədri Prezident İlham Əliyevi təbrik etdi

26.03.2025 / 14:55
Tramp Bakı - İrəvan sülhündə vasitəçilik edə bilər, lakin...

26.03.2025 / 14:40
İsrail Cənub Qaz dəhlizi ilə Avropaya qaz ixrac edəcək?

26.03.2025 / 14:27
ABŞ Ermənistanı Türkiyənin əlavəsi kimi görməkdə davam edir...

26.03.2025 / 14:15
Somali Prezidenti Prezident İlham Əliyevi təbrik etdi

26.03.2025 / 14:11
Trampın xüsusi nümayəndəsi Ukraynaya daha bir haqsızlıq etdi - onların nüvə silahı heç vaxt olmayıb

26.03.2025 / 13:58
Türkiyədə hazırda islamçılarla kamalistlərin mübarizəsi gedir - politoloq...

26.03.2025 / 13:44
Ermənistan Avropa Birliyinin missiyası ilə bağlı "yeni status" oyununa başlayır... Azərbaycanla sazişdən yayınmağın yeni formasını tapıblar…

26.03.2025 / 13:30
Tramp yenə Ərdoğan haqda danışdı...

26.03.2025 / 13:17
Muxtar Respublikanın başçısı həbs edildi...

26.03.2025 / 13:10
А.Мамиджанян: "Россия передала Армении 60 тыс.тонн бесплатного вооружения" - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

26.03.2025 / 13:02
Vaşinqton dünyanı saymadı - İsrailin Qəzzaya yeni zərbələri təsdiqləndi...

26.03.2025 / 12:50
FETÖ ilə müharibə hələ bitməyib - Fidanla Marko Rubio özəl müzakirə apardılar...

26.03.2025 / 12:03
Bu gün sonuncu Qədr gecəsidir

26.03.2025 / 11:29
Ursula fon der Lyaye rədd cavabı aldı!

26.03.2025 / 11:25
Ermənistan rəsmən Aİ-yə üzvlük prosesinin başlanmasına start verdi - TƏCİLİ

26.03.2025 / 11:16
"Bu şərtlərlə əməkdaşlığa hazırıq" - Çindən ABŞ açıqlaması

26.03.2025 / 11:13
İlham Əliyev Banqladeş Prezidentinə təbrik məktubu göndərib

26.03.2025 / 11:10
Rusiya yeni şərtlər qoydu: Fəlakət! - CANLI

26.03.2025 / 11:04
Bir gündə bu qədər silah-sursat aşkarlandı...

26.03.2025 / 11:01
Qəbələ RLS-ə yeni direktor təyin olundu

26.03.2025 / 10:42
Argentina DÇ-2026-ya vəsiqə qazandı, Braziliya darmadağına üzüldü...

26.03.2025 / 10:35
Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

26.03.2025 / 10:31
Marko Rubio və Hakan Fidan Cənubi Qafqazı müzakirə ediblər

26.03.2025 / 08:25
Rusiya ABŞ-dan sanksiyaların ləğvini və SWIFT-ə qaytarılmasını istədi - Trampdan da cavab gəldi…

26.03.2025 / 00:16
ABŞ-ın Rusiya ilə Ukraynasız ərazi müzakirəsi Zelenskini dilə gətirdi - bizimlə heç bir razılaşma olmayıb...

25.03.2025 / 23:51
Mayk Uoltsa olar, Hillari Klintona olmaz?

25.03.2025 / 23:38
Ukrayna dənizdə, quruda və havada hədəfləri vura bilən yeni pilotsuz təyyarə yaratdı

25.03.2025 / 20:22
ABŞ senatorları Rusiyanın dondurulmuş milyardlarının Ukraynaya verilməsini tələb etdi…

25.03.2025 / 19:53
MEDİA Agentliyi Rusiyanın media nümayəndələrinin həlak olması ilə əlaqədar başsağlığı verdi

25.03.2025 / 19:47
Zatulin Paşinyandan əl çəkmir...

25.03.2025 / 19:23
XİN-dən Mirzoyanın iddialarına cavab - bu taktika heç bir nəticə verməyəcək...

25.03.2025 / 18:33
ISW: “Rusiya Ukraynada atəşkəsdə yox, ABŞ-la əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”

25.03.2025 / 18:17
Qara dənizdə atəşkəs istəyən Rusiyanın əsl hədəfi ortaya çıxdı - gəmilərini batıra bilməyəcəyik...

25.03.2025 / 18:05
Müharibəni dayandırmağa çalışan Trampa ağır ittiham - “Ukraynanı zəiflətmək üçün hər şeyi etdi”

25.03.2025 / 17:04
BAMF-ın nümayəndə heyəti BMT-nin Cenevrə ofisində - FOTO

25.03.2025 / 16:47
Gimnastlarımız Portuqaliyada qızıl medal qazandı - FOTO/VİDEO

25.03.2025 / 16:30
Paytaxtda keçmiş məhkum 13 kq marixuana ilə yenidən tutuldu

25.03.2025 / 15:50
Ermənistan KTMT ilə bağlı mövqeyinə yenidən baxmaqdan imtina etdi - "əslində KTMT özünə baxmalıdır..."

25.03.2025 / 15:15
İranlı ekspert Movahedian növbəti dəfə ermənidən betər ermənilik etdi

25.03.2025 / 14:48
Prezident bütün məsuliyyəti Mərkəzi Bank sədrinin boynuna qoymaq istəyir....

25.03.2025 / 14:25
Putinin paradına kimlər gələcək, kimlər yox?...

25.03.2025 / 13:42
Azərbaycandakı dini konfessiya rəhbərləri Britaniyanın Baş nazirinə müraciət etdi

25.03.2025 / 13:10
Армения возвращается в обьятие России. Опасная игра для региона - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

25.03.2025 / 12:26
Xaçmazda oğurluq edən şəxs saxlandı

25.03.2025 / 11:43
Bir gündə cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlandı

25.03.2025 / 11:17
Berdiməhəmmədov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

25.03.2025 / 11:15
Trampın nümayəndəsinin müsahibəsi dünyanı heyrətə gətirdi - CANLI

25.03.2025 / 11:05
Lukaşenko Prezident İlham Əliyevi təbrik etdi

25.03.2025 / 01:43
Ər-Riyadda 12 saatlıq Rusiya-ABŞ danışıqlarının detalları açıqlandı - Vaşinqton rusların nəzarətində olan nüvə obyektinin ABŞ-a verilməsini istədi...

25.03.2025 / 00:32
Dünya böyük təhlükədə... Tramp silahlanma yarışını tətiklədi - nüvə dövlətlərinin sayı 25-ə yüksələ bilər...

25.03.2025 / 00:17
Tramp Qrenlandiyanı alacaq: “Avropalıların qışqırığına əhəmiyyət verilməyəcək”

25.03.2025 / 00:03
Kaya Kallas: "Qəzza fələstinlilərə məxsusdur"

24.03.2025 / 23:50
ABŞ-ın yeni planı – “Bütün Fələstini dağıtmaq”

24.03.2025 / 23:36
NYT: “Ukrayna qalıb bir kənarda Moskva ilə ABŞ danışıqlarında hərə öz xeyrini güdür”

24.03.2025 / 23:28
Ukraynanın mədən sənayesi ilə yanaşı nüvə stansiyaları da ABŞ-ın nəzarətinə keçir - saziş yaxın vaxtlarda imzalanacaq...

24.03.2025 / 23:17
İsrailin xarici işlər naziri: “Biz heç yerdəTürkiyə ilə qarşıdurma istəmirik”

24.03.2025 / 19:27
Ukrayna Trampın xüsusi nümayəndəsi Vitkoffun danışıqlardan kənarlaşdırılmasını istədi…

24.03.2025 / 17:19
Azərbaycan D-8-in tamhüquqlu üzvü oldu - təşkilat açıqlama yaydı

24.03.2025 / 16:22
Masallıda 3 mağazanı soyan şəxsin çoxlu cinayətləri ortaya çıxdı... - FOTO

24.03.2025 / 16:06
Xətai və Yasamalda silsilə oğurluqların üstü açıldı...

24.03.2025 / 15:49
DİN-dən müraciətləri asanlaşdıran növbəti yenilik - “E-Polis” mobil tətbiqi + VİDEO

24.03.2025 / 15:26
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər - sərhədçilərimiz hərəkətə keçdi + VİDEO

24.03.2025 / 15:11
Eritreyada saxlanılan Azərbaycan vətəndaşları ölkəmizə gətirildi

24.03.2025 / 14:35
Abdulla Gül Ərdoğanı dəstəkləmədi - "İmamoğlu..."

24.03.2025 / 14:12
İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazılaşır...

Prezidentin bölgə səfərləri ölkəni gücləndirir...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456