Kurskdakı Ukrayna əsgərləri mühasirədə… ABŞ açıqladı - vəziyyət son dərəcə ciddidir

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff, Ukrayna ordusu Rusiyanın Kursk bölgəsində mühasirədə olduğunu və vəziyyət son dərəcə ciddi olduğunu bildirib.
"Bu faktdır. Ukrayna əsgərləri mühasirəyə alınıb və tələyə düşmüş vəziyyətdədirlər. Burada vəziyyət çox ağırdır", - Vitkoff deyib.
Bundan əvvəl bildirilirdi ki, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna qoşunlarının təchizat xətləri kəsilib, bəzi bölmələr isə ağır silahlarını ataraq geri çəkilməyə məcbur olub.
Rusiya prezidenti Vladimir Putin isə bölgədəki Ukrayna qüvvələrinin demək olar ki, tamamilə məhv edilmək üzrə olduğunu bildirib.
TAHİR