Trampın xüsusi nümayəndəsi Ukraynanın 5 bölgəsini Rusiyaya “verdi” - o bölgələr rusları dəstəkləyir…

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna arasında mümkün sülh razılaşması ilə bağlı diqqətçəkən açıqlamalar verib. Vitkoff bildirib ki, sülh razılaşması əldə olunarsa, Ukrayna NATO üzvlüyündən imtina etməli olacaq.
Bir həftə ərzində atəşkəsin əldə oluna biləcəyini deyən xüsusi nümayəndə, ən böyük problemin Donbas, Krım, Luqansk və digər iki rusdilli bölgənin statusu ilə bağlı olduğunu deyib.
Vitkoffun sözlərinə görə, bu bölgələrdə əhalinin böyük əksəriyyəti Rusiyanın idarəçiliyini dəstəkləyir və orada keçirilən referendumlar Rusiyanın xeyrinə olub.
Vitkoffun açılaması onu göstərir ki, ABŞ sülh danışıqlarında Ukraynanın ərazi bütövlüyünü heçə sayaraq, sözügedən ərazilərin Rusiyaya verilməsi ilə razılaşacaq. Kiyevə də mesaj verir ki, artıq o bölgələrdən gözünü çək, çünki o, bölgələr rusları dəstəkləyirlər(?)…
TAHİR