Armen Abazyan Ermənistan - Türkiyə sərhədi barədə yayılmış xəbəri təkzib etdi...

Bilirsiniz ki, 2024-cü ildə Zvartnots hava limanında sərhəd xidmətinin bütünlüklə Ermənistan Respublikasının sərhəd qoşunları tərəfindən həyata keçirilməsi barədə qərar qəbul edilib. Bunu martın 21-də Ermənistan parlamentində jurnalistlərlə söhbətində Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan deyib: “Eyni şey bu il martın 1-dən Aqarak hissəsində, yəni Ermənistan-İran sərhədində də tətbiq olunacaq”, - deyə Abazyan qeyd edib.
Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması və erməni sərhəd xidmətin daha da genişləndirilməsi məsələsinin müzakirə olunub-olunmaması ilə bağlı suala Milli Təhlükəsizlik Xidmətinin direktoru belə cavab verib: “Hazırda bizim başqa konkret qərarımız yoxdur”.
Məlum olduğu kimi, martın 1-dən etibarən Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsindən çıxarılıb.
Surxay Əliyev