Ermənistanın müdafiə naziri Azərbaycan qoşunlarının yer dəyişmədiyini etiraf etdi

Peyk görüntüləri atəş açılıb-atılmadığını göstərə bilmir, bunun üçün bizə video çəkilişlər lazımdır və burda ittiham edən biz deyil, qonşularımız olduğundan, ona görə də deyirik: sübutunuz, video çəkilişiniz varsa, onu bizə verin. Bunu müdafiə naziri Suren Papikyan martın 21-də Ermənistan parlamentində jurnalistlərlə keçirdiyi brifinqdə deyib.Papikyan jurnalistlərin Ermənistan tərəfinin atəşkəsi pozması və Azərbaycanın mövqelərini atəşə tutması haqda Azərbaycanın “yalan dediyini” Ermənistan niyə peyk görüntüləri ilə sübut etmədiyilə bağlı sualı cavablandırarkən deyib:- “Biz bildirmişik ki, bu haqda videoları araşdırmağa hazırıq. Lakin bu günə kimi bizə belə cavablar daxil olmayıb. Əgər bu yoxdursa, mən nəyi sübut edə bilərəm, nə danışa bilərəm? Belə dezinformasiyanın niyə yayıldığını dəyərləndirə bilmirəm. Bu, mövcud faktlara əsaslanan qiymətləndirməmizdir. Əgər fakt varsa, biz öyrənib araşdırmağa hazırıq”. Papikyan onu da bildirib ki, Azərbaycan qoşunlarının yerdəyişməsi yoxdur: “Belə qiymət vermək üçün kəşfiyyat məlumatları lazımdır. Hazırda ərazidə belə bir hal müşahidə olunmur. Müdafiə Nazirliyi qoşunların toplanması və yerdəyişməsi ilə bağlı mətbuatda yayılan dezinformasiyaları təsdiqləmir. Mövqelərimizə və şəxsi heyətimizə yönələn bütün təhlükəli atəşlər, pozuntular barədə Müdafiə Nazirliyi tərəfindən daima məlumat və izahat verilib”-deyə Papikyan yekunlaşdırıb
Surxay Əliyev