Putin ələ keçirdiyi ərazilərdəki ukraynalılara 6 ay vaxt verdi - ya Rusiya vətəndaşlığını qəbul edin, ya da…

Rusiyada yaşamaq üçün qanuni əsası olmayan ukraynalılar 6 ay ərzində hüquqi statuslarını müəyyən etməsələr, ölkədən deportasiya ediləcəklər. Bu barədə prezident Putin fərman imzalayıb.
Fərmana əsasən, Rusiyadakı Ukrayna vətəndaşları ya immiqrasiya statuslarını qanuniləşdirməli, ya da sentyabrın 10-dək ölkəni tərk etməlidirlər.
Fərmanın 2022-ci ildə Rusiyanın ilhaq etdiyi dörd regionda - Donetsk, Luqansk, Xerson və Zaporojye, həmçinin 2014-cü ildə zəbt etdiyi Krımdan gələn Ukrayna pasportu sahiblərinə şamil ediləcəyi gözlənilir.
Son vaxtlar Rusiya hakimiyyətinin işğal olunmuş ərazilərdə yaşayan ukraynalılara Rusiya vətəndaşlığını almaq üçün təzyiqlər etdiyinə dair xəbərlər yayılır. Putin bu ayın əvvəlində bildirib ki, hökumət keçən il Rusiya pasportlarının bu regionlarda kütləvi şəkildə yayılmasını demək olar ki, başa çatdırıb. Daxili işlər naziri Vladimir Kolokoltsevin sözlərinə görə, Rusiya ordusunun ələ keçirdiyi ərazilərdə yaşayan Ukrayna vətəndaşlarına 3,5 milyon Rusiya pasportu verilib.
Ukrayna isə Rusiyanın “pasportunu” qanunsuz və Ukraynanın suverenliyinin ciddi şəkildə pozulması kimi tənqid edir. Qərb hökumətləri və insan haqları təşkilatları da bu addımı pisləyib, AB də pasportları etibarlı səyahət sənədləri kimi tanımır.
Putinin fərmanı keçən ay Rusiya hakimiyyətinə miqrantları deportasiya etməyi asanlaşdıran bir sıra immiqrasiya qanunlarının qüvvəyə minməsindən sonra verilib.
TAHİR