Zelenski mətbuat konfransında telefonu Makronun üzünə bağladı - sizə sonra zəng edərəm...

Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə axşamı mətbuat konfransı keçirib.
Mətbuat konfransı zamanı Zelenskiyə gözlənilməz telefon zəngi gəlib. Fransa prezidenti Emmanuel Makrondan zəng alan Zelenski ondan mətbuat konfransını bitirməsini gözləməsini istəyib.
Ukrayna lideri jurnalistlərə müsahibəsi zamanı ona zəng edən Fransa prezidenti Makrona deyib: "Bağışlayın Emmanuel. Jurnalistlərlə görüşüm var. 15-20 dəqiqədən sonra sizə zəng edə bilərəm?"
Zelenski bir neçə dəqiqə sonra jurnalistlərə iki ölkə arasında sıx əlaqələr olduğunu bildirib. Mətbuat konfransından sonra ona yenidən zəng edəcəyini deyən Zelenski Makronla “orta hesabla gündə bir dəfə” danışdığını bildirib.
TAHİR