Moskva Ermənistandan əl çəkmir

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın “VERELQ” nəşrinin İnformasiya və Analitik Mərkəzinə bildirib ki, İrəvanın KTMT-də üzvlüyünü dondurmasına baxmayaraq, Rusiyanın KTMT və ikitərəfli razılaşmalar çərçivəsində Ermənistanın təhlükəsizliyini təmin etmək öhdəliyi qüvvədə qalır. “Rusiyanın KTMT çərçivəsində və ikitərəfli formatda Ermənistan qarşısında öhdəliklərinə gəlincə, onların hamısı qüvvədədir, bunu hamı yaxşı bilir. Eyni zamanda, sizə xatırladıram ki, İrəvanın özünün KTMT-yə üzvlüyünü dondurması, məncə, Ermənistanın təhlükəsizliyinin möhkəmlənməsinə heç bir töhfə vermir, bu da göz qabağındadır”, - deyə o, cümə axşamı keçirilən brifinqdə bildirib. Eyni zamanda, Zaxarova istehza ilə qeyd etdi ki, yemək bişirməyi sevən bir evdar qadın kimi sizə demək istəyirəm ki, ərimə vaxt aparır.
Surxay Əliyev