Ərdoğan Putini Türkiyəyə dəvət etdi...

Rusiya prezidenti Vladimir Putin prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyəyə dəvətini qəbul edib. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Putin dəvəti məmnuniyyətlə qəbul edib, lakin diplomatik kanallar vasitəsilə səfərin tarixi hələ dəqiqləşdirilməyib.
"Həqiqətən də Rusiya prezidenti üçün bir dəvət var və prezident bunu təqdirlə qəbul etdi. Lakin hələlik səfərin dəqiq tarixləri razılaşdırılmayıb" - deyə Peskov bildirib.
TAHİR