İrəvan Moskvaya cavab verdi - ancaq "ABŞ hərbi texnikası Ermənistana ötürülməyəcək" demədi...

Rusiyanın sorğusuna cavab olaraq Ermənistan ABŞ-ın hərbi texnikasının respublikaya ötürülməsi ilə bağlı onlara rəsmi müraciətlərin daxil olmadığını bildirib. TASS xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
"Biz bu nəşrlərin məlumatlarıyla tanış olduq və dərhal erməni həmkarlarımızdan bu barədə soruşduq. İlkin planda bizə bildirildi ki, Vaşinqtondan onlara belə bir rəsmi müraciət daxil olmayıb". Bunu Mariya Zaxarova ABŞ-ın Almaniyadakı bazalarından Ermənistandakı poliqonlara yüzlərlə müxtəlif hərbi texnika, nəqliyyat və texnologiyanı köçürmək niyyətində olduğu barədə xəbərləri şərh edərkən deyib.
Surxay Əliyev