Zaxarova: “Rusiya Ermənistan-Azərbaycan sərhədində artan gərginlikdən narahatdır”

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi ənəvi brifinqdə deyib ki,Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginliyin artması ilə bağlı xəbərlərdən narahatdır.
“Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin təsdiqlənməsinin başa çatması ilə bağlı irəliləyişlərə baxmayaraq, son vaxtlar, təəssüf ki, iki ölkə arasında sərhəddə gərginliyin artması ilə bağlı gələn xəbərlər bizdə narahatcılıq doğurur”, - deyə o bildirib. Rusiya tərəfi tərəfləri təmkinli olmağa və vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırır,-deyə Zaxarova vurğulayıb.
Surxay Əliyev