Paşinyan məmurlara Rusiya ilə bağlı tapşırıq verdi - əməkdaşlığı bərpa edin...

Ermənistanın baş naziri Nikol Paşinyan dövlət qurumlarına rusiyalı həmkarları ilə əməkdaşlığı bərpa etməyi və birgə tədbirlərdə fəal iştirak etməyi tapşırıb. Bu barədə Ermənistanın yerli KİV-i məlumat yayıb.
“Qraparak” mənbələrə istinadən yazır ki, bu göstəriş “son geosiyasi hadisələr” fonunda verilib.
Qəzet ötən həftə Paşinyanın Putinin Moskvada 9 May tədbirlərinə dəvətini qəbul etdiyini xatırladaraq, Kremlin bu məlumatı martın 14-də telefon danışığından sonra açıqladığını bildirib. Lakin Ermənistan hakimiyyəti bu səfərlə bağlı rəsmi olaraq heç bir açıqlama verməyib. Martın 17-də isə Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Paşinyanın Moskvaya gedib-getməyəcəyini bilmir.
TAHİR