Xandanyanla Səməd Seyodovun görüşü yəqin ki, baş tutmayacaq...

Ermənistan Milli Assambleyasının xarici əlaqələr üzrə komissiyanın sədri Xandanyan Azərbaycan Milli Məclisinin eyniadlı komissiyanın sədri Səməd Seyidovu görüşə dəvət edib. Görüş formatı barədə konkretliyə varılmır. Görüşün harada, hansı formatda keçirilməsi barədə də bir şey deyilmir. Sadəcə Xandanyan bu günlərdə hazırlanmış sülh sazişi mətni ilə bağlı müzakirə aparmağı təklif edir və hesab edir ki, bu müzakirə sazişin imzalanmasına və ratifikasiya edilməsinə təsir edə bilər…
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Azərbaycan parlamentinin müraciətə reaksiyası hələ məlum deyil. Lakin böyük ehtimalla Azərbaycanın dövlət rəhbəri belə formatda görüşün hansısa nəticəni verə biləcəyinə etimad etməyəcək. Nəticədə görüş təklifinə müsbət cavab veriləcəyi gözlənilmir. Bu o demək deyil ki, Azərbaycan saziş üzrə təmaslardan yayınır. Məsələ ondadır ki, sazişin imzalanması üçün indi daha çox şey Ermənistandan asılıdır. Ermənistan iki vacib şərti hələ yerinə yetirməyib. Bu iki şərt yerinə yetirilməyincə sazişin imzalanması heç bir halda mümkün görünmür. Yalnız Ermənistanın bu şərtləri yerinə yetirməsindən sonra sazişin imzalanmasının yolu tam açılacaq ki, bu halda Ermənistanla xüsusi bir müzakirəyə sadəcə ehtiyac qalmayacaq...
Tahir TAĞIYEV