Moskva Pentaqonun hərbi texnikasının Ermənistana ötürülməsilə bağlı açıqlama tələb etdi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva İrəvandan Pentaqonun hərbi texnikasının Ermənistana ötürülməsiylə bağlı KİV-də dərc olunan məlumatlarla bağlı açıqlama istəyib.
Zaxarova qeyd edib ki,əgər məlumat təsdiqlənərsə, bu, Cənubi Qafqazda sabitliyi pozan bir faktora çevriləcək”. Zaxarovanın fikrincə, bu, kollektiv Qərb tərəfindən işlənib hazırlanmış qarşıdurma sxemlərinin regiona daxil edilməsi cəhdi ola bilər. “Rusiya hesab edir ki,Cənubi Qafqaz ölkələrinin mövcud problemləri bu dövlətlərin özlərinin arasında həll edilməlidir.
Surxay Əliyev