Paşinyan 30 minlik ABŞ ordusunu Almaniyadan İrəvana köçürmək istəyir... Rəsmi xəbər var..

Rəsmi məlumatlara görə Ermənistan ordusunun Baş qərargah rəisinin müavini general Artur Eroyan Almaniyada səfərdədir və Ştutqart şəhərində ABŞ-ın Avropa komandanlığının mənzil qərargahında danışıqlar aparıb, bir sıra görüşlər keçirib, habelə ABŞ Avropa komandanlığının bir sıra ali rütbəli zabitləri ilə "xüsusi söhbətlər" aparıb.
Maraqlıdır, erməni nazir müavininin ABŞ zabitləri ilə xüsusi söhbətləri nə barədə ola bilər? Yada salaq ki, bu günlərdə ABŞ-ın 150 ədəd hərbi texnikasının Almaniyadan Ermənistana daşınması barədə xəbər yayıldı. ABŞ bu xəbərləri şərh etmək istəmədi. Tramp bir neçə həftə əvvəl Almaniyada ABŞ-ın 30 min nəfərlik ordusu olduğunu və lazım olarsa bu ordunu Almaniyadan çıxara biləcəklərini deyib. Maraqlı deyilmi?
Bəlkə erməni general həmin 30 minlik ordunun Almaniyadan Ermənistana köçürülməsinin vacibliyinə ABŞ komandanlığını inandırmaq üçün danışıq aparır? Tramp bu ordunun çıxarıla biləcəyini deyib, Ermənistan isə Rusiyanın basqılarından qorunmaq və Azərbaycana hərbə-zorba gəlmək üçün bu orduları gətirməkdə çox maraqlıdır.
Söhbət etdiyimiz ekspertlər də bu variantın həqiqətə çox yaxın olduğunu inkar etmədilər...
Nahid Salayev