Azərbaycan Ermənistanla sülh istəyirsə... Tehranlı Ehsan Movahediandan absurd şərh...

Tehran Universitetinin müəllimi, özünü Cənubi Qafqaz üzrə ekspert kimi təqdim edən Ehsan Movehadian Azərbaycanın sülh səylərini şübhə altına alan mülahizələr söyləyib. "Azərbaycan sülh istəyirsə, heç bir ilkin şərt irəli sürməməlidir" deyən Ehsan Ağa iddia edir ki, Azərbaycan bir yandan sülh istəyir, o yandan sülhə heç bir aidiyyatı olmayan məsələlər qaldırır.
Bəs bu ağayi Ehsan bəy Azərbaycanın "sülhə dəxli olmayan" məsələləri deyəndə nəyi nəzərdə tutur?
Məsələn, Ehsan "Ağa" deyir ki, Azərbaycan yaşayış yerini dəyişmiş insanları Ermənistanda yerləşdirmək cəhdi ilə Ermənistanın demoqrafik tərkibini zorla dəyişmək istəyir. Ehsan daha da irəli gedərək Azərbaycana xitabən " bəs özünüz niyə Arsaxdan zorla qovduğunuz insanları geri qaytarmırsınız" deyərək ermənidən çox erməniçilik nümayiş etdirir.
Ehsan Movahedian Azərbaycanın Zəngəzur dəhlizini tələb etməsini də sülhə zərbə hesab edir. Onun şikəst məntiqinə görə guya Azərbaycan Zəngəzur dəhlizini açmaqla Ermənistanın süverenliyinə qəsd etmiş olur. Sonra da ritorik olaraq sual verir ki. "bəs süverenliyinə qəsd etdiyin ölkə səninlə sülh imzalayar?!
Universitetin ekspert müəllimi Azərbaycanın Ermənistandan kompensasiya tələbini də sülhə maneə sayır. Movahedian" müdrik" şəkildə guya böyük bir mətləb ixtira edirmiş kimi sual edir :" Bəs Azərbaycan özü niyə Arsax ermənilərinə kompensasiya ödəmir?"...
Movahedianın bilməli olduğu əsas şey odur ki, Azərbaycan xalqı evində - eşiyində adam kimi oturduğu halda, məhz bu Ehsan kimilərin müdafiə etdiyi Ermənistanın təcavüzünə məruz qaldığı üçün heç kimə heç bir kompensasiya borcu yoxdur. Ermənilərin Qarabağdan "qovulduğunu" iddia etməzdən əvvəl isə Ehsan "Ağa" hazırda Bakıda məhkəməsi gedən erməni şəxslərin ifadələrinə baxsın...
Namiq Quliyev