Bazar günü, 23 mart 2025
     

"USAID, “Azadlıq radiosu” və “Amerikanın səsi” kimi şər yuvalarının fəaliyyəti sona çatır" - Vüqar Rəhimzadə

Image

Azərbaycana qarşı çirkin kampaniyalar həyata keçirmiş şər yuvalarının layiq olduqları son

Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni yolverilməz hesab edir. Ölkəmiz hər zaman demokratik təsisatların inkişafına böyük önəm verir. Bu baxımdan bir çox beynəlxalq siyasi qurumlarla əməkdaşlıq əlaqələri qurulub.

Amma zaman keçdikcə bəzi beynəlxalq siyasi institutlar müxtəlif maraq qruplarının əlində alətə çevrilərək müstəqil siyasət həyata keçirən ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunmağa başladı. Bu çirkin kampaniyaları “demokratiyaya dəstək”, “insan hüquqlarının müdafiəsinə dəstək”, “azad mətbuata dəstək” və s. bəhanələr pərdəsi ilə örtməyə çalışdılar. Əsl məqsəd müstəqil siyasəti qəbul etməmək, hər vasitədən istifadə edərək öz maraqlarını reallaşdırmaq olub. Bu sırada ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən Beynəlxalq İnkişaf Agentliyi – USAID, “Azad Avropa/Azadlıq Radiosu” Media Korporasiyaları ön planda olublar. Bu qurumlar uzun onilliklər ərzində müxtəlif dövlətlərə, xalqlara, o cümlədən Azərbaycan dövlətinə və xalqına qarşı çirkin kampaniyalar təşkil ediblər. Guya müstəqil olan bu cür qurumlar əslində siyasi proseslərə müdaxilə etməyi, cəmiyyətləri çaşdırmaq, ictimai-siyasi prosesləri manipulyasiya etməyi, dövlətçilik prinsiplərini zəiflətməyi fəaliyyətlərində əsas istiqamət seçmişdilər. Bu məqsədlə ölkə daxilində öz maraqları üçün şəbəkə formalaşdıraraq müxtəlif çirkin niyyətlərini həyata keçirməyə cəhdlər edirdilər. Amma ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra həmin qurumların əsl siması ifşa olundu.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp martın 14-də ABŞ hökumətinin Qlobal Media Agentliyinin və digər hökumət strukturlarının fəaliyyət dairəsinin əhəmiyyətli dərəcədə azaldılması haqqında sərəncam imzaladı. Agentlik “Azadlıq radiosu” media korporasiyasına və "Amerikanın səsi" radiostansiyasına da nəzarət edir. “Amerikanın səsi” və “Azadlıq radiosu” uzun onilliklər ayrı-ayrı dövlətlərə, xalqlara, o cümlədən Azərbaycan dövlətinə və xalqına qarşı çirkin kampaniyalar təşkil ediblər. Özü də bu çirkin oyunlar USAID-ın “humanitar” yardım göstərmək adı ilə bu media qurumlarına ayırdığı “qrant”lar vasitəsilə həyata keçirilib. ABŞ-nin ideoloji mübarizəsində təbliğat vasitəsi kimi istifadə olunan “Azadlıq Radiosu” və “Amerikanın səsi” uzun illər təyinatları üzrə yox, başqa ölkələrin daxili işlərinə müdaxilə və digər məqsədlər üçün istifadə edilib. Donald Trampın bu qurumların hökumətdən maliyyələşdirilməsinə son qoyulması ilə bağlı qərarı erməni lobbisinin, həmçinin dünya ölkələrində sabitliyin pozulmasında maraqlı qüvvələr tərəfindən hiddətlə qarşılanıb. Hətta onlar Tramp administrasiyasına qarşı total hücuma start veriblər. Səbəb aydındır. Tramp onların illərdir yaratdığı bataqlığı qurutmağa başlayıb. Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında onilliklərlə erməni diasporunu dəstəkləyən belə strukturların fəaliyyətinə toxunaraq bildirdi ki, dəfələrlə biz bu məsələni erməni nümayəndələrinin və onların Brüsseldəki yeni ağalarının qarşısında qaldırmışıq: “Çünki onlar indi böyük qardaşını dəyişiblər. Bu gün bu, Brüsseldir. Prezident Trampın qələbəsinə qədər bu, Dövlət Departamenti, USAID idi. Məhz indi ciddi problemlərlə üzləşən Menendes kimi rüşvətxor Amerika siyasətçiləri idi. Menendes siyahıda hələ sonuncu deyil. Necə deyərlər, bir qaranquşla bahar olmur. Xeyli digərləri var ki, erməni pulunu ciblərinə qoyurlar. Mən onların adını çəkə bilərəm, adları məlumdur: cənab Adam Şif, cənab Frenk Pallone, xanım Nensi Pelosi və bir çox digərləri var. Onlar onilliklər ərzində Azərbaycana hücum çəkmək və onu gözdən salmaq üçün Birləşmiş Ştatlarda erməni diaspor təşkilatlarından pullar alıblar. Beləliklə, biz Prezident Trampa bataqlığın qurudulmasında uğurlar arzu edirik. Bu, asan deyil. Lakin edilməlidir. Həmçinin, biz USAID-in Azərbaycanda qeyri-qanuni fəaliyyəti ilə bağlı Amerikanın orqanları ilə məlumat mübadiləsinə hazırıq. Onlar insanlara necə rüşvət verirdilər?! Onlar qeyri-qanuni maliyyə kanallarından necə istifadə edirdilər?! Onlar Azərbaycanın qanunlarını və normalarını necə pozurdular?! İndi məsuliyyətli olmaq vaxtı yetişib. Biz əlimizdə olan bütün informasiyanı təqdim etməyə hazırıq.”

Vüqar Rəhimzadə vurğulayıb ki, “Azadlıq” radiosunun “demokratik dəyərlər” bəhanəsi ilə destruktiv fəaliyyətlə məşğul olduğu dəfələrlə bəyan edilib. Bu qurum Azərbaycana qarşı qərəzli məlumatların paylaşılmasını birbaşa təşviq edərək hər zaman riyakar fəaliyyəti ilə seçilib. “Soyuq müharibə” dövrünün təbliğat vasitəsi olan “Azadlıq radiosu” və “Amerikanın səsi” uzun illər ərzində yalan informasiyalar yaymaq, başqa ölkələrin daxili işlərinə müdaxilə etməyə cəhd etməklə məşğul olublar. Adıçəkilən qurumlar keçmiş işğal dövründə Azərbaycanın ərazilərinin işğalını, suverenliyinin pozulmasını, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün düşməsini dünyaya çatdırdılarmı? Xeyr! Əksinə aldıqları sifarişlərə uyğun olaraq birmənalı şəkildə Ermənistanın, erməni lobbisinin maraqlarını uyğun çirkin təbliğatla məşğul oldular. İkinci Qarabağ müharibəsi, birgünlük lokal antiterror tədbirləri və ötən ilin noyabrında ölkəmizdə keçirilən COP29 zamanı bu qurumlar öz çirkin təbliğatlarını davam etdirdilər. Hər zaman Azərbaycanın uğurlarına kölgə salmağa və ictimai rəyi manipulyasiya etməyə çalışıblar. Ötən illər ərzində Azərbaycanla bağlı qərəzli və ikili standartlardan çıxış edən çoxlu sayda materiallar yayımlayıblar. Bu baxımdan həmin qurumların fəaliyyətinin ləğvi və ya məhdudulaşdırılması müxtəlif xarici qüvvələrin dövlətin daxili işlərinə qarışmaq cəhdlərinin qarşısının alınması baxımından vacib addımdır. Ümid edirik ki, Tramp administrasiyasının qərarı müxtəlif ölkələrə, o cümlədən Azərbaycana qarşı da çirkin kampaniyalar həyata keçirmiş bu şər yuvalarının fəaliyyətinə birdəfəlik son qoyacaq. Dövlətimizin başçısı İlham Əliyev ötən il Şuşada keçirilən “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda bir daha diqqəti bu reallıqlara yönəltdi ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Faktların manipulyasiyası diqqətdən kənarda qalmır. Ölkəmiz uzun illər bunun qurbanı olub. Əlbəttə, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə, bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər. Azərbaycanı reallıqdan çox uzaq bir şəkildə təqdim edirdilər. Ölkəmizə gələn xarici qonaqlar bildirirdilər ki, biz Azərbaycanın bu dərəcədə inkişaf etmiş ölkə olduğunu gözləmirdik. Dezinformasiyalar beynəlxalq ictimaiyyətin diqqətini əsas məsələlərdən yayındırır və tamamilə qeyri-realist ssenarilər üzərinə yönəldir.

Millət vəkili bildirib ki, bütün cəhdlərə baxmayaraq Azərbaycan daim ardıcıl şəkildə hədəflərə doğru inamla addımlayır. Ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətin uğurları davamlı olmaqla yanaşı, Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu, söz sahibliyini möhkəmləndirir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

22.03.2025 / 22:47
ABŞ-ın gizli planları ortaya çıxdı, Ermənistan qarışdı - İrəvanda gizli biolaboratoriyalara qarşı etirazlar başladı…

22.03.2025 / 22:30
Nəhayət ki, ABŞ Türkiyəyə F-35 qırıcılarını satmağa razılıq verdi

22.03.2025 / 22:19
Tramp təcili olaraq ABŞ üçün “Qızıl Qübbə” yaratmaq istəyir

22.03.2025 / 19:15
Trampın xüsusi nümayəndəsi Ukraynanın 5 bölgəsini Rusiyaya “verdi” - o bölgələr rusları dəstəkləyir…

22.03.2025 / 18:53
ABŞ NATO-dan çıxır… Avropada ABŞ-sız NATO-ya hazırlıqlar başladı…

22.03.2025 / 17:23
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə - altı nəfər...

22.03.2025 / 16:12
Bakıda maskalı şəxs lombarda basqın etdi, işçiləri hədələyib pulları apardı - FOTO/VİDEO

22.03.2025 / 15:50
Bakıda oğurluq edən qadınlar tutuldu

22.03.2025 / 15:35
Əkrəm İmamoğlunun ikinci ifadəsi alındı

22.03.2025 / 15:08
Ermənilər yenə güclü dövlət olmaqdan dəm vurur

22.03.2025 / 14:44
Bunu da gördük- “Paşinyan bir tərəfli qaydada sülh sazişi imzalamaq istəyir”

22.03.2025 / 14:22
"Tramp İrana qarşı güc tətbiq etmək istəmir"

22.03.2025 / 13:51
Spikerin "tələbələr əyalətdən paytaxt universitetlərinə köçürülməsin" təklifinə kəskin etiraz edildi...

22.03.2025 / 13:35
Qar uçqununda həlak olan hərbi qulluqçularımız dəfn edildi - FOTO

22.03.2025 / 13:16
“Ukrayna hakimiyyəti prezident seçkilərinin keçirilməsinə razılıq verdi”

22.03.2025 / 12:43
“Tramp danışıqlarda Ukraynanın mövqeyini zəiflətdi”

22.03.2025 / 12:03
"Mənim başım nələr çəkdi" - Mətanət İskəndərli od püskürdü!

22.03.2025 / 11:30
Leyla Əliyevanın təşəbbüsü ilə Xızıda uşaqlar üçün Novruz şənliyi keçirilib - FOTO

22.03.2025 / 11:20
"Bu torpaqlar İsrailə birləşdiriləcək” - İsrailli nazırdən AÇIQLAMA

22.03.2025 / 11:08
Salyanda piyada yol qəzasında öldü

22.03.2025 / 11:00
Prezidentin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərdi

22.03.2025 / 10:30
Kiberdələduzlar çoxalır - DİN əhaliyə müraciət etdi!

22.03.2025 / 10:28
Azərbaycan millisi Haiti yığmasına qarşı

22.03.2025 / 00:50
Armen Abazyan Ermənistan - Türkiyə sərhədi barədə yayılmış xəbəri təkzib etdi...

22.03.2025 / 00:23
Ermənistanın müdafiə naziri Azərbaycan qoşunlarının yer dəyişmədiyini etiraf etdi

21.03.2025 / 23:50
Qardaş Türkiyədə Paşinyanı "sülhsevər", İlham Əliyevi "sülh pozucusu" kimi göstərən məqalə çap olunub... Təəssüf...

21.03.2025 / 23:36
Son dəqiqə... İmamoğlunun ilk ifadəsi açıqlandı...

21.03.2025 / 23:03
Tramp dünyanın 6-cı nəsil ilk döyüş təyyarəsinin adını açıqladı - F-47...

21.03.2025 / 22:15
Putin ələ keçirdiyi ərazilərdəki ukraynalılara 6 ay vaxt verdi - ya Rusiya vətəndaşlığını qəbul edin, ya da…

21.03.2025 / 21:42
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik etdi

21.03.2025 / 21:40
Mirziyoyev Prezident İlham Əliyevə məktub göndərdi

21.03.2025 / 21:37
Pezeşkian Prezident İlham Əliyevi təbrik etdi

21.03.2025 / 21:16
İsrail Qəzza zolağının ilhaqı ilə hədələyib

21.03.2025 / 19:56
"Çin-Azərbaycan strateji tərəfdaşlıq münasibətləri dinamik şəkildə inkişaf edir, siyasi qarşılıqlı etimad möhkəmlənir" - Si Cinpin

21.03.2025 / 19:53
Si Cinpin Prezident İlham Əliyevi təbrik edib

21.03.2025 / 19:32
Husilər Təl-Əvivi vurdu...

21.03.2025 / 18:39
Zelenski mətbuat konfransında telefonu Makronun üzünə bağladı - sizə sonra zəng edərəm...

21.03.2025 / 18:10
Gədəbəydə qar uçqununa düşən hərbçilərimizin nəşləri aşkarlandı

21.03.2025 / 17:14
Xüsusi Təyinatlı Polis Dəstəsinin qəhrəman ŞƏHİDİ - Eldəniz Məmmədov

21.03.2025 / 16:55
Tramp-Putin razılaşması fıs çıxdı - “Odessa alovlar içindədir”

21.03.2025 / 16:42
Ərdoğan İstanbul meriyasında həbslərdən danışdı...

21.03.2025 / 16:33
Moskva Ermənistandan əl çəkmir

21.03.2025 / 16:27
Trampdan İsrailin Qəzzada əməliyyatları bərpa etməsinə tam dəstək - günahı da HƏMAS-da görür...

21.03.2025 / 15:54
Ərdoğan Putini Türkiyəyə dəvət etdi...

21.03.2025 / 15:31
Siyəzəndə şadlıq evini soydular - 22 min manatlıq ziyan...

21.03.2025 / 15:16
Fazil Mustafaya sui-qəsdə görə həbs olunmuş şəxsin oğlu da tutuldu - DTX-dan əməliyyat...

21.03.2025 / 14:56
İB rəhbəri Hafiz Həsənov barəsində qətimkan tədbiri seçildi - 4 ay ev dustağı...

21.03.2025 / 14:55
Putin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

21.03.2025 / 14:43
Ərdoğan Prezident İlham Əliyevi təbrik etdi

21.03.2025 / 14:41
Qəzzaya bombalar yağdıran İsrailin baş naziri İran xalqının Novruz bayramını təbrik edib

21.03.2025 / 14:17
Zelenskiyə Trampa “mühazirə” oxumamaq haqda xəbərdarlıq ediblər

21.03.2025 / 13:56
“Putin xalqını uzunmüddətli müharibəyə hazırlayır”

21.03.2025 / 13:34
“ABŞ və İran çox məxfi şəkildə danışıqlar aparır”

21.03.2025 / 12:43
Azərbaycan XİN-dən Mirzoyana tutarlı cavab - manipulyasiya ilə məşğul olur...

21.03.2025 / 11:30
Gecə ərzində Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub

21.03.2025 / 10:22
Sumqayıtda mənzildən qadın meyiti tapılıb

21.03.2025 / 10:15
"Kurtlar vadisi"nin rejissoru xərçəngin qurbanı oldu...

21.03.2025 / 10:00
Bu gün Beynəlxalq Novruz günüdür

21.03.2025 / 09:33
Bu rayonlarda qarın hündürlüyü 13 sm-ə çatıb - FAKTİKİ HAVA

21.03.2025 / 09:25
Ermənistan millisi öz meydanında darmadağın edildi

21.03.2025 / 09:21
Ağsuda zəlzələ olub

20.03.2025 / 23:50
Zaxarova "Minsk Qrupu ləğv edilməlidir” dedi və topu Ermənistana atdı...

20.03.2025 / 23:34
İrəvan Moskvaya cavab verdi - ancaq "ABŞ hərbi texnikası Ermənistana ötürülməyəcək" demədi...

20.03.2025 / 23:10
Paşinyan məmurlara Rusiya ilə bağlı tapşırıq verdi - əməkdaşlığı bərpa edin...

20.03.2025 / 22:53
Zaxarova: “Rusiya Ermənistan-Azərbaycan sərhədində artan gərginlikdən narahatdır”

20.03.2025 / 22:20
Xandanyanla Səməd Seyodovun görüşü yəqin ki, baş tutmayacaq...

20.03.2025 / 22:03
Ermənistan parlamenti Səməd Seyidovu görüşə çağırdı…

20.03.2025 / 21:47
ABŞ Türkiyənin "Qazprombank"ın sanksiyalarından azad olma müddətini uzadıb

20.03.2025 / 21:25
Moskva Pentaqonun hərbi texnikasının Ermənistana ötürülməsilə bağlı açıqlama tələb etdi

20.03.2025 / 21:17
Şoyqu Aİ-yə daxil olmağa can atan Ermənistanı təhdid etdi

20.03.2025 / 21:06
Putinlə Trampın atəşkəs razılaşması ayaqlar altına atıldı - müharibə daha da qızışır....

20.03.2025 / 19:25
Prezident İlham Əliyevlə Şavkat Mirziyoyev arasında telefon danışığı olub

20.03.2025 / 18:21
Gizli sənədlər açıqlandı… ABŞ kəşfiyyatı bu ölkələrə müdaxilə edib - çevriliş planları, seçkilərə müdaxilə…

20.03.2025 / 17:46
Paşinyan 30 minlik ABŞ ordusunu Almaniyadan İrəvana köçürmək istəyir... Rəsmi xəbər var..

20.03.2025 / 17:17
Azərbaycan Ermənistanla sülh istəyirsə... Tehranlı Ehsan Movahediandan absurd şərh...

20.03.2025 / 16:35
Ermənistan özü atəşkəsi pozub Azərbaycandan sübut istəyir...

20.03.2025 / 14:27
Bakıda qadını şəkilləri ilə şantaj edən şəxs həbs edildi

20.03.2025 / 14:03
Tramp Zelenskiyə “Patriot” raketləri göndərməyə söz verdi

20.03.2025 / 13:40
"USAID, “Azadlıq radiosu” və “Amerikanın səsi” kimi şər yuvalarının fəaliyyəti sona çatır" - Vüqar Rəhimzadə

20.03.2025 / 12:36
DİN bayramda rayonlara gedənlərə çağırış etdi - VİDEO

20.03.2025 / 12:17
Rusiya Ukraynanın enerji infrastrukturunu vurmaq üçün göndərdiyi PUA-larını özü havada vurdu

Prezidentin bölgə səfərləri ölkəni gücləndirir...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456