Ermənistanda mübarizə başladı - Azərbaycanla saziş, ya müqavilə?

“Ermənistan” fraksiyasından olan parlamentin üzvü Levon Köçəryan yazıb: “Nikol Paşinyan deyir ki, o, Ermənistanla Azərbaycan arasında saziş imzalamağa hazırdır, halbuki indiyə qədər danışıqlar müqavilədən gedirdi.
Müqavilə və razılaşma hüquqi və praktiki baxımdan mühüm fərqlərə malikdir.
Müqavilə tərəflər üçün müəyyən öhdəliklər yaradan hüquqi qüvvəyə malik sənəddir. Tərəflərdən birinin öhdəliklərini yerinə yetirməməsi hüquqi nəticələr yaradır.
Razılaşma isə tərəflərin ümumi razılığını ifadə edən sənəddir, lakin onun heç bir hüquqi qüvvəsi yoxdur və onun pozulması hüquqi nəticələrə səbəb olmur.
P.S.: GD (red.: "Mülki müqavilə") yoxsa GS (“Mülki razılaşma)”?" – deyə deputat yazıb.
Surxay Əliyev