Cümə axşamı günü, 9 oktyabr 2025
     

Tramp-Putin danışığından sonra Avropa qorxudan titrəyir - Ukrayna süfrədə yox, “menyu”dadır...

Image

Dünya gündəminin xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri də ABŞ prezidenti Donald Trampla Rusiya dövlət başçısı Vladimir Putin arasında son telefon danışığıdır. Gözlənildiyi kimi, əsas mövzu ikitərəfli münasibətlər və Ukraynadakı müharibənin həlli məsələləri oldu. Söhbət təxminən iki saat yarım davam edib.

Kremlin məlumatına əsasən, Putin Trampa hərbi əməliyyatlara və insan itkilərinə son qoymaq kimi nəcib məqsədə nail olmaq istəyinə görə təşəkkür edib. Münaqişənin sülh yolu ilə həllinə əsaslı sadiqliyini təsdiq edən Rusiya prezidenti amerikalı tərəfdaşları ilə hərtərəfli, davamlı və uzunmüddətli olmalı olan nizamlanmaya nail olmağın mümkün yollarını araşdırmaq üçün birgə işləməyə hazır olduğunu bəyan edib. ABŞ prezidentinin 30 günlük atəşkəs rejiminin tətbiqi təşəbbüsü kontekstində Rusiya tərəfi bütün döyüş təmas xətti boyunca mümkün atəşkəsə effektiv nəzarətin təmin edilməsi, Ukraynada məcburi səfərbərliyin dayandırılmasının zəruriliyi və Ukrayna Silahlı Qüvvələrinin yenidən silahlanması ilə bağlı bir sıra mühüm məqamların nəzərə alınması ilə mümkünlüyünü bildirib. Bununla belə Putin Rusiya və Ukraynanın 30 gün müddətinə enerji obyektlərinə zərbələrdən qarşılıqlı imtina etməsi ilə bağlı Trampın ideyasını dəstəkləyib və hərbçilərə belə bir əmr verib. Ağ Ev də Putin-Tramp danışıqlarından sonra sülhə doğru ilk addımları sadalayıb: “Liderlər razılaşıblar ki, sülhə doğru hərəkət energetika və infrastruktura zərbələrin dayandırılması, Qara dənizdə dəniz atəşkəsinin, tam atəşkəsin və daimi sülhün bərqərarı üzrə texniki danışıqlarla başlayacaq”. Bu danışıqların dərhal Yaxın Şərqdə başlanacağı vurğulanıb. Tramp “Truth Social” hesabında qeyd edib: “Vladimir Putinlə söhbət çox yaxşı və məhsuldar olub. Biz tam atəşkəs və son nəticədə Rusiya ilə Ukrayna arasında bu dəhşətli müharibəyə son qoymaq istiqamətində sürətlə çalışacağıq”. Bunların fonunda Putin Ukraynada hərbi əməliyyatları dayandırmağa, o cümlədən bir aylıq atəşkəsə getməyə hazır olduğunu açıqlayaraq konkret şərtlərini irəli sürüb: “Lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalı və böhranın ilkin səbəblərini aradan qaldırmalıdır”. Putin onu da deyib ki, atəşkəs bütün cəbhə xətti boyunca nəzarət məsələsinin həllini tələb edir: “Nəzarət və yoxlama məsələləri necə həll olunacaq? Əmrləri kim verəcək və bu əmrlərin dəyəri nə olacaq?. İki min kilometr məsafədə kimin nəyi pozduğunu kim müəyyənləşdirəcək? Bütün bunlar hər iki tərəfdən diqqətlə araşdırma tələb edən məsələlərdir”. Qeyd edək ki, Putin səlahiyyət müddəti 2024-cü ilin mayında başa çatmış Ukrayna lideri Volodimir Zelenskinin qeyri-legitimliyindən dəfələrlə danışıb. Onun sözlərinə görə, danışıqlar istənilən şəxslə aparıla bilər, lakin yekun sənəd yalnız legitim hökumətlə imzalana bilər. Xatırladaq ki, müharibə ötən il Ukraynada prezident seçkisinin keçirilməsini qeyri-mümkün edib. Ukrayna Konstitusiyası hərbi vəziyyət dövründə seçki keçirilməsini yasaqlayır. Eyni zamanda, Moskva atəşkəs dövründə Ukraynanın səfərbərlik aparmayacağına, hərbçilərə təlim keçməyəcəyinə, müttəfiqlərindən silah almayacağına dair zəmanət tələb edir. Donald Trampın Kursk vilayətində mühasirəyə alınmış ukraynalı hərbçilərin həyatlarını bağışlamaq barədə son müraciəti ilə əlaqədar Vladimir Putin təsdiq edib ki, Rusiya tərəfi humanitar mülahizələri rəhbər tutmağa hazırdır və onlar təslim olarsa, Rusiya qanunlarına və beynəlxalq hüquqa uyğun olaraq Ukrayna Silahlı Qüvvələri əsgərlərinin həyatına və onlarla layiqli rəftara zəmanət verir.

Rusiya prezidenti Donald Trampın Qara dənizdə gəmiçilik təhlükəsizliyi ilə bağlı təşəbbüsü həyata keçirmək fikrinə də konstruktiv cavab verib. Belə bir sazişin konkret təfərrüatlarının işlənib hazırlanması üçün danışıqlara başlamaq razılaşdırılıb. Vladimir Putin bildirib ki, martın 19-da Rusiya və Ukrayna tərəfləri arasında əsirlərin mübadiləsi aparılacaq - 175 nəfər üçün 175. Bundan əlavə, xoşməramlılıq əlaməti olaraq Rusiyanın tibb müəssisələrində müalicə alan 23 ağır yaralı

ukraynalı hərbçi ölkəsinə köçürüləcək. Liderlər ikitərəfli qaydada, o cümlədən ABŞ prezidentinin yuxarıda qeyd olunan təkliflərini nəzərə alaraq, Ukrayna münaqişəsinin nizamlanmasına nail olmaq üçün səyləri davam etdirmək niyyətlərini təsdiqləyiblər. Bu məqsədlə Rusiya və Amerika ekspert qrupları yaradılır. Vladimir Putin və Donald Tramp beynəlxalq gündəmdəki digər məsələlərə, o cümlədən Yaxın Şərq və Qırmızı dəniz regionunda vəziyyətə də toxunublar. Böhran bölgələrində vəziyyətin sabitləşdirilməsi, nüvə silahının yayılmaması və qlobal təhlükəsizlik məsələlərində əməkdaşlığın qurulması üçün birgə səylər göstəriləcək. Bu, öz növbəsində, Rusiya-Amerika münasibətlərinin ümumi atmosferinin yaxşılaşmasına töhfə verəcək. Dünyada təhlükəsizliyin və sabitliyin təmin edilməsində Rusiya və ABŞ-ın xüsusi məsuliyyəti fonunda ikitərəfli münasibətlərin normallaşdırılmasında qarşılıqlı maraq ifadə olunub. Bu kontekstdə ölkələrin əməkdaşlıq qura biləcəyi geniş sahələr nəzərdən keçirilib. İqtisadiyyat və enerji sektorunda qarşılıqlı faydalı əməkdaşlığın inkişafı istiqamətində irəliləyən bir sıra fikirlər müzakirə olunub. Donald Tramp Vladimir Putinin ABŞ və Rusiyada rus və amerikalı oyunçular arasında xokkey matçları təşkil etmək ideyasını dəstəkləyib. Prezidentlər qaldırılan bütün məsələlərlə bağlı əlaqə saxlamaq barədə razılığa gəliblər. Ukrayna lideri Volodimir Zelenski ABŞ və Rusiya prezidentləri7 arasında söhbətdən sonra keçirilmiş mətbuat konfransında qeyd edib ki, Ukrayna enerji infrastrukturuna hücumların dayandırılması təklifini dəstəkləyəcək: “Rusiya və və Ukrayna ABŞ-nin vasitəçiliyi ilə enerji infrastrukturuna hücum etməmək barədə razılığa gələ bilərlər. Bizim tərəf bunu dəstəkləyəcək. Amma ola bilməz ki, Rusiya bizim enerji sektorumuza hücum etsin, biz isə susaq. Biz cavab verəcəyik”. O əlavə edib ki, barış istənilən halda “şərtsiz atəşkəs”lə başlayır. Zelenskinin sözlərinə görə, bundan sonra o, “xüsusən nəyi dəstəkləmək lazım olduğunu” başa düşmək üçün Rusiya ilə razılaşmalar haqqında daha çox təfərrüat əldə edə biləcək. O vurğulayıb ki, ukraynalı hərbçilər Kursk vilayətində öz missiyasını yerinə yetirməkdə davam edir və lazım olduğu qədər orada qalacaqlar. O qeyd edib ki, Ukrayna ordusunun strateji addımları Rusiya qoşunlarının irəliləməsinin qarşısını almağa yönəlib: "Ukraynalı hərbçilər oradadır və nə qədər ki, bizə bu əməliyyat lazımdır. Biz görürük ki, Putin guya bizim ordumuzu mühasirəyə almaqdan danışır, lakin bizim uşaqlar öz mövqelərində dayanaraq bunun doğru olmadığını sübut edirlər. Bunlar bizim strateji addımlarımızdır və onun yeni əraziləri ələ keçirmək cəhdlərinin qarşısını almaq üçün hər şeyi edəcəyik". Bununla yanaşı, prezident, həmçinin diqqəti Ukrayna sərhədi yaxınlığında Rusiya qoşunlarının toplanmasına və Sumi, Xarkov və Zaporojye vilayətlərinə ehtimal edilən yeni hücumlara cəlb edib. Onun sözlərinə görə, Ukrayna düşmənə öz planlarını asanlıqla həyata keçirməyə imkan verməyəcək: "Biz Kursk vilayətində qoşunların yığıldığını görürük. Onlar Sumı, Xarkov, Zaporojyeyə hücum etmək istəyirlər - biz bunu görürük. Amma biz onlara bunu asan yolla etməyə imkan verməyəcəyik". Bütün bunlar fonunda diqqət çəkən odur ki, ABŞ və Rusiya Ukrayna məsələsində Avropanı əvvəlki kimi kənarda qoyur. Həmçinin, Ukraynanın taleyi Ukraynasız həll olunur. Bu hal bir daha dünyada güc faktorunun önı çıxdığını təsdiqləyir. Bu mənada indi hər bir ölkənin bu faktı nəzərə alması artıq böyük zərurətdir. Almaniyanın “Bild” qəzeti bu fonda iddia edir ki, Tramp Putini Ukrayna ilə 30 günlük atəşkəslə razılaşmağa inandıra bilməyib. Bununla yanaşı, nəşr prezidentlərin razılaşdığı enerji infrastrukturu obyektlərində atəşin dayandırılması qərarının konkret olaraq Rusiya üçün faydalı ola biləcəyini vurğulayıb. “Bild” yazır ki, Kiyev bu yaxınlarda Rusiyanın enerji obyektlərinə uğurla hücum edib. Eyni zamanda, “Bild”in məqaləsində qeyd olunur ki, danışıqların nəticələri Avropa üçün dağıdıcı nəticələrə səbəb ola bilər. Konkret hansı nəticələrin müzakirə olunduğu açıqlanmır. Qəzetin danışıqlar fonunda dərc etdiyi məqalədə qarşıdan gələn çağırışın Avropa paytaxtlarında “narahatlıq” yaratdığı bildirilir: “Bütün Avropa bu telefon zəngindən qorxu ilə titrəyir”.

Amerikalı hərbi analitik Maykl Klark “Sky News”a deyib ki, Ukrayna Putin-Tramp danışıqlarında iştirak etmir və buna görə də “menyuda”dır: “Diplomatik dairələrdə köhnə bir deyim var: “Süfrədə deyilsənsə, menyudasan”. Və inanın, menyuda Ukrayna var”.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

08.10.2025 / 21:39
Rusiya Mərkəzi Asiya ölkələri üzərində təsirini xeyli itirdi - Çin, ABŞ və Avropa şərik çıxır...

08.10.2025 / 21:37
“... Zəngəzur Dəhlizi Kipr türkləri üçün də önəmlidir” - Ersin Tatar

08.10.2025 / 21:25
Birinci kim vurulacaq - İran, ya Venesuela?...

08.10.2025 / 21:10
Azərbaycan Türk dünyasında yeni hərbi əməkdaşlıq mərhələsi açır...

08.10.2025 / 21:06
Prezident Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə təşəkkür etdi - VİDEO

08.10.2025 / 21:03
Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirildi

08.10.2025 / 20:57
Beynəlxalq hüquq kütləvi pozulur, türk dünyası sıx birləşməsə hamı məhv olacaq...

08.10.2025 / 20:43
Türk Zirvəsi İrəvanın “TRİPP-dən başqa dəhliz yoxdur” bəyanatına konkret cavab verdi...

08.10.2025 / 20:29
Türk dövlətlərinin hər biri digərlərinə 20 milyard sərmayə qoysaydı... Azərbaycan kimi...

08.10.2025 / 20:15
Sabiq prezidentlər Paşinyana qarşı dəhşətli “fakt” çıxardılar - 70 ədəd "Döyüş xaçı"...

08.10.2025 / 20:02
Türk dünyası 1-ci Türkologiya Qurultayının “sirlərini” 100 il sonra tam biləcək...

08.10.2025 / 19:48
Netanyahu Trampı İrana yeni zərbə vurmağa görün necə inandırmaq istəyir...

08.10.2025 / 19:35
Tələbələrə verilən kredit ildə 19 milyon manata çatdı - layihə özünü necə doğruldur...

08.10.2025 / 19:22
"Azərbaycan və Ermənistan Rusiyasız öz məsələlərini həll edə bilməz"... Daha bir hədə mesajı...

08.10.2025 / 19:08
İlham Əliyev ölkələrarası münasibətlərin ən gərgin vaxtında Putinlə danışdı...

08.10.2025 / 18:55
Bu sahədə dünya birinciliyi Azərbaycana üstünlüklər verir... Təhlil..

08.10.2025 / 18:42
Bütün türk dünyasının vahid hərbi təliminə start verildi...

08.10.2025 / 18:28
Başqa ölkələrlə ildə 25 hərbi təlim keçirən dövlətlər çox deyil - Prezident fakt açdı...

08.10.2025 / 18:22
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 18:18
THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib

08.10.2025 / 18:15
Mərkəzi Asiyadan Avropaya Yaşıl Dəhliz yalnız türk dövlətlərindən keçəcək...

08.10.2025 / 18:02
Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı ŞOK RƏQƏM açıqladı - bir milyondan çox...

08.10.2025 / 17:55
İlham Əliyevin dedikləri olmasaydı, TDT geosiyasi mərkəz ola bilməzdi...

08.10.2025 / 17:48
Vüqar Rəhimzadə: Qəbələ Zirvə Görüşündə qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək

08.10.2025 / 17:41
Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

08.10.2025 / 17:34
İmişlidə 73 nəfərin xəstəxanalıq olduğu kütləvi zəhərlənmənin səbəbi açıqlandı

08.10.2025 / 17:23
“Türk birliyi XXI əsrin yeni geosiyasi arxitekturasıdır” - Əhliman Əmiraslanov

08.10.2025 / 17:10
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Ankarada bir araya gəlir...

08.10.2025 / 16:56
Polis piyadaların hərəkətinə mane olan sürücülərə müraciət etdi

08.10.2025 / 16:42
Rusiya Xəzəryanı dövlətlərin hərbi dəniz təlimini keçirməyi təklif edir...

08.10.2025 / 16:29
Azərbaycan III MDB Oyunlarında öz rekordunu yenilədi - 184 medal...

08.10.2025 / 16:10
Dənizkənarı Milli Park beynəlxalq mükafat aldı

08.10.2025 / 16:07
Məktəbli çantası ağır olmamalıdır - TƏBİB-dən çağırış...

08.10.2025 / 15:43
"Qarşılıqlı fəaliyyət üçün Türk Dövlətləri Təşkilatı strateji platformadır" - Ərdoğan

08.10.2025 / 15:40
Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

08.10.2025 / 15:04
Paşinyan konstitusiya dəyişikliyi məsələsində “ilişib”...

08.10.2025 / 14:47
Bir qrup azərbaycanlı Moskva hava limanında saxlanıldı...

08.10.2025 / 14:27
DİN-dən əməliyyat - daha bir onlayn qumar şəbəkəsi ifşa edildi, 5 nəfər tutuldu - VİDEO

08.10.2025 / 14:25
Akademik Musiqili Teatrda “Sən kralsan” tamaşasının premyerası olacaq

08.10.2025 / 14:11
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

08.10.2025 / 13:54
İsrail Qəzza istiqamətində hərəkət edən daha bir gəmi qrupunu saxladı...

08.10.2025 / 13:23
İran Avropa İttifaqı ölkələrinə nota verdi

08.10.2025 / 13:10
Меркель взорвала "б*омбу"! Европа продавала нас Путину. За сколько? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.10.2025 / 12:58
Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib - FOTO

08.10.2025 / 12:46
Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradıldı

08.10.2025 / 12:34
Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib - FOTO

08.10.2025 / 12:11
Hava limanında gömrük nəzarətindən gizlədilən 365 qram qızıl külçə aşkarlandı

08.10.2025 / 12:02
Dumandakı dua — Çinarə Ömray yazır...

08.10.2025 / 11:52
İbrahim Kalın və Trampın xüsusi nümayəndəsi Qəzza ilə bağlı danışıqlara qatılırlar

08.10.2025 / 11:13
FİFA Ermənistan Futbol Federasiyasını 16 min dollar cərimələdi - azarkeşlərə görə

08.10.2025 / 11:06
Əfqanlar 11 Pakistan əsgərini öldürdü - TƏCİLİ

08.10.2025 / 11:03
Moskvadan ultimatum: "Rusiyasız Ermənistan - Azərbaycan sülhü olmayacaq!" - VİDEO

08.10.2025 / 11:01
Dövlət büdcəsindən 9 ayda 218 milyon manatdan çox vəsait geri qaytarılıb

08.10.2025 / 10:43
Bu il neçə Azərbaycan vətəndaşı əcnəbilərlə nigah bağlayıb?

08.10.2025 / 10:29
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 10:21
Minatəmizləmə Agentliyi Hadrutda mobil baza yaradır

08.10.2025 / 10:12
Naxçıvanda oğurluğa görə 2 nəfər həbs edilib

08.10.2025 / 10:06
Türkiyədə tanınmış müqğənnilər həbs edilib - narkotikaya görə...

08.10.2025 / 10:02
ABŞ-da gizli qırıcı təyyarələr işə salınır - layihə təsdiqləndi

08.10.2025 / 09:30
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb

08.10.2025 / 09:27
Valideynlər bahalı "məktəb avtobusları"nın alternativini tapdı - həm də xeyli ucuz...

08.10.2025 / 09:21
Bu gün III MDB Oyunlarına yekun vurulacaq

08.10.2025 / 09:12
Nobel mükafatının təsis edildiyi əsas kapital Bakı neftindən əldə edilib - İsveç mediası

08.10.2025 / 09:05
Bu tarixdə Azərbaycanda qısaldılmış iş rejimi olacaq

08.10.2025 / 09:01
"O, məni çox məyus edib" - Tramp Putin barədə danışıb

08.10.2025 / 08:34
Əmək pensiyasının təyinatı üçün heç bir kağız tələb olunmayacaq - rahatlıq, ya təzə çətinliklər?..

08.10.2025 / 08:32
Bu ölkədə prezidentin korteji daşa basıldı

07.10.2025 / 22:51
MDU-nun müəllim və tələbələri ilk dəfə olaraq “Orhun Mübadilə Proqramı”nda iştirak edəcəklər - FOTO

07.10.2025 / 21:41
Rusiya-Ukrayna cəbhəsində təhlükəli eskalasiya: ABŞ oyuna dağıdıcı texnika daxil edir...

07.10.2025 / 21:34
Prezident İlham Əliyev TDT-nin Dövlət Başçıları Şurasının Zirvə Görüşü ilə bağlı paylaşım etdi - VİDEO

07.10.2025 / 21:28
"Ermənistan rəhbəri Gəncəni raketlə vurmaq əmrini verdi"...

07.10.2025 / 21:14
Avroittifaq Azərbaycan üçün yeni müsbət gündəlik müəyyən etdi...

07.10.2025 / 21:01
Türk Dövlətləri Təşkilatı yeni qlobal güc mərkəzinə çevrilir

07.10.2025 / 20:47
“Azərbaycan əlavə şərt qoymasa, sülh imzalana bilər” - Mirzoyan baş-ayaq danışdı...

07.10.2025 / 20:33
İrəvan Avropaya doğru daha bir addım atan kimi Rusiya təzyiq kartını dərhal işə saldı...

07.10.2025 / 20:20
Türk Dövlətlərinə 1 illik rəhbərlik Azərbaycanın qarşısında yeni meydan açacaq...

07.10.2025 / 20:06
Türkiyədən Rusiyanı şoka salan qərar - Rusiya ilə yox, ABŞ-la...

07.10.2025 / 19:52
Türk Dövlətləri Təşkilatının Zirvələri fonunda Azərbaycan mədəniyyətinin təbliği geniş vüsət alır...

07.10.2025 / 19:39
Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır - FOTO

07.10.2025 / 19:27
Ermənistan 5 il sonra qərar verəcək - özlərindən başqa heç kim inanmır...

07.10.2025 / 19:21
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ

Oktyabr
B.eÇ.aÇC.aCŞB
293012345678910111213141516171819202122232425262728293031123456789