Cümə axşamı günü, 9 oktyabr 2025
     

ABŞ “Azadlıq heykəlinə” görə Parisə təhqiramiz cavab verdi - “indi almanca danışırdınız”...

Image

Firdovsiyyə Əhmədova: “ABŞ rəsmisinin “fransızlar ABŞ sayəsində almanca danışmırlar” deyiminə gəlincə, İkinci Dünya müharibəsində Almaniya Fransanı işğal etmişdi, sonra...”

Avropa Parlamentinin fransız deputatı bir neçə gün əvvəl Azadlıq heykəli ilə bağlı məsələni gündəmə gətirərək bildirib ki, heykəl “öz sahibinə - Fransaya” geri verilməlidir.

Ağ Evin mətbuat katibi Kerolayn Livit ABŞ-nin Azadlıq heykəlini Fransaya qaytarıb-qaytarmayacağı ilə bağlı suala cavab verərkən “yalnız Amerika Birləşmiş Ştatlarının sayəsində fransızlar indi almanca danışmırlar. Onlar bizə çox minnətdar olmalıdırlar”-deyib.

“Fransızlar ABŞ sayəsində almanca danışmırlar” fikri ilə Kerolayn Livit hansı hadisəyə işarə vurub? Bununla hansı məsələni Fransanın yadına salıb?

“...ABŞ öz iştirakını qabardaraq Fransaya belə bir mesaj verir ki, faşizm üzərində qələbə qazanılmasaydı Fransa Almaniyanın işğalı altında qalardı və fransızlar almanca danışardı, fransızca aradan qalxardı”

Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova “Bakı-Xəbər”ə bildirdi ki, ABŞ rəsmisi İkinci Dünya müharibəsi zamanı Almaniyanın Fransanı işğal etməsinə eyham vurub. F.Əhmədova qeyd etdi ki, Fransa Almaniyanın işğalına məruz qalmışdı və sonra 1944-cü ildə ABŞ və digər müttəfiq qüvvələrin köməyi ilə azad edilib.

“Ümumiyyətlə, bu ritorika, bu danışıq onların bir-birinə diplomatik təzyiq vasitəsidir. ABŞ rəsmisinin “fransızlar ABŞ sayəsində almanca danışmırlar” deyiminə gəlincə, İkinci Dünya müharibəsində Almaniya Fransanı işğal etmişdi, sonra ABŞ və digər müttəfiq qüvvələrin dəstəyi ilə azad edildi. Bilindiyi kimi, o dövrdə SSRİ, Böyük Britaniya, ABŞ və Şarl De Qolun rəhbərlik etdiyi Fransanın mühacirət hökuməti antifaşist düşərgəsini təşkil edirdilər. Ona görə də faşizm üzərində qələbə çalmaqda ABŞ öz iştirakını qabardaraq Fransaya belə bir mesaj verir ki, faşizm üzərində qələbə qazanılmasaydı Fransa Almaniyanın işğalı altında qalardı və fransızlar almanca danışardı, fransızca aradan qalxardı. Amma təbii ki, faşizm üzərində qələbə yalnız ABŞ-ın hesabına olmayıb, bu, tarixdən məlum məsələlərdir. O ki qaldı Fransanın Azadlıq heykəlini ABŞ-dan geri istəməsinə, bu qeyri-ciddi diplomatik təzyiq ritorikasıdır. Məsələ ondadır ki, Azadlıq heykəli Birləşmiş Ştatların yaradılmasının, yəni istiqlaliyyətinin elan olunmasının 100 illiyində Fransa tərəfindən hədiyyə olunub. Təbii ki, müəllif də fransızdır. Amma nəzərə alsaq ki, ABŞ-da hər dörd ildən bir prezident seçkiləri keçirilir və prezidentlər dəyişilir, Tramp administrasiyası ilə Fransa arasında münasibətlərin gərginliyi fonunda fransız deputat tərəfindən bu məsələnin qaldırılmasından belə çıxır ki, hər dəfə rəhbərlik dəyişəndə onun kursundan asılı olaraq o heykəl geri qaytarıla, yaxud tələb oluna bilər”.

F.Əhmədovanın fikrincə, bu qeyri-ciddi məsələdir. Burada bir məqamın da olduğunu deyən ekspertin sözlərinə görə, vaxtilə Fransa tərəfindən bir azadlıq, demokratiya carçısı kimi, demokratik institutların təntənəsi olaraq ABŞ-a bir jest olunub. “Nəzərə alsaq ki, Fransa Tramp Rusiyanı - təcavüzkarı dəstəklədiyinə, onun yanında olduğuna, antidemokratik bir kurs yeritdiyinə görə Azadlıq heykəlini ABŞ-ın kursuna simvol kimi uyğun gəlmədiyi baxımından geri istəyir, amma Fransanın özü də o qədər ədalətsizdir ki... Ermənistan 30 il ərzində Azərbaycana qarşı təcavüzkar siyasət yeridəndə Fransa özü niyə zalımın, işğalçının yanında yer alırdı?. İndi ABŞ-ı tənqid edir ki, sən zalımın yanında yer alırsan. Ancaq Fransa nəinki 30 il ərzində təcavüzkarın yanında yer aldı, hətta bu siyasəti indi də davam etdirməkdədir. Yəni çox gözəl bilinir ki, indiki texnoloji imkanlar baxımından təcavüzkar kimdir, təcavüzə məruz qalan kimdir. Avropa İttifaqı missiyasının gəlib Ermənistan sərhədində dayanıb Azərbaycana binoklla baxmağının özü elə utancverici bir hərəkətdir ki, ora gəlib texnoloji baxımdan heç binoklla baxmağa ehtiyac yoxdur. Binoklla gəlib sərhəddən baxırlar, günümüzdə də Ermənistan tərəfindən atəşkəs pozulur, təxribatlarlar törədilir, bəs o azadlıqsevərlər, təcavüzə qarşı olanlar niyə binoklun arxa tərəfindən görmürlər ki, Ermənistandan Azərbaycana yenə də təcavüz cəhdləri olunur? Yəni bu baxımdan, hər bir mesajın, sözün deyimində eyni zamanda bir məsuliyyət olmalıdır ki, sənin öz ölkən doğrudanmı demokratik prinsiplərə, azadlıq prinsipinə ardıcıllıqla riayət edir?

Bəli, əgər bu gün ABŞ faşizm üzərində qələbədə öz payını qabardaraq xatırladırsa ki, fransızlara belə yardım edib, onda ABŞ bir az daha erkən tarixə də nəzər sala bilər. İstiqlaliyyət müharibəsi dönəmində monarxiya Fransasının ABŞ-a yardımı da tarixdə bir faktdır ki, könüllü və dövlət səviyyəsində Fransa tərəfindən (o dövrdə ABŞ dövlət kimi elan olunmamışdı-F.Ə) istiqlaliyyət savaşında onlara xeyli yardım göstərilib. Təbii ki, dövlətlər bu yardımı göstərəndə də öz dövlət maraqlarından çıxış edirlər”.

F.Əhmədovanın sözlərinə görə, İstiqlaliyyət savaşında İngiltərəyə qarşı vuruşan Amerika koloniyalarına dəstək verməkdə o zaman Fransanın öz marağı vardı. “Təbii ki, faşizm üzərində qələbə çalınmasında da ABŞ-ın öz marağı var idi. Bu baxımdan, heç də Fransanın marağı üçün nə ABŞ ona yardım göstərməyib, nə də vaxtilə Fransa İstiqlaliyyət savaşında Amerika koloniyalarının marağını güdərək ona yardım göstərməyib. Hər bir dövlət öz maraqları baxımından çıxış edir.

Nəzərə alaq ki, Azadlıq heykəli 1886-cı ildə Birləşmiş Ştatların elan olunmasının 100 illiyi münasibətilə hədiyyə edilmişdi. O zamanlar hələ ABŞ yenicə başlayırdı. Az sonra biz onu görəcəyik ki, XIX əsrin sonunda necə imperialist siyasəti yürüdərək müstəmləkə siyasətinə başlayıb. Ona görə bütün hallarda istər Fransa olsun, istərsə də ABŞ və yaxud digər dövlətlər olsun, hansılar ki, imperialist siyasət yeridirlər, imperialist niyyətlərini davam etdirirlər onların azadlıq, demokratiya prinsipləri ilə beynəlxalq siyasi möhtəkirlik etmələri çox qeyri-ciddi görünür, hələ də əsarət altında olan, təcavüzə məruz qalan xalqlar, ölkələr tərəfindən qınaqla qarşılanır. Ona görə, yenə də deyirəm, bu ritorika ancaq qarşılıqlı təzyiq və diplomatik gərginliyin bir nümunəsidir. Təbii ki, bundan irəliyə gedən addım yalnız hakimiyyətlərin dəyişməsi fonunda baş verə bilər”-deyə F.Əhmədova bildirdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

08.10.2025 / 21:39
Rusiya Mərkəzi Asiya ölkələri üzərində təsirini xeyli itirdi - Çin, ABŞ və Avropa şərik çıxır...

08.10.2025 / 21:37
“... Zəngəzur Dəhlizi Kipr türkləri üçün də önəmlidir” - Ersin Tatar

08.10.2025 / 21:25
Birinci kim vurulacaq - İran, ya Venesuela?...

08.10.2025 / 21:10
Azərbaycan Türk dünyasında yeni hərbi əməkdaşlıq mərhələsi açır...

08.10.2025 / 21:06
Prezident Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə təşəkkür etdi - VİDEO

08.10.2025 / 21:03
Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirildi

08.10.2025 / 20:57
Beynəlxalq hüquq kütləvi pozulur, türk dünyası sıx birləşməsə hamı məhv olacaq...

08.10.2025 / 20:43
Türk Zirvəsi İrəvanın “TRİPP-dən başqa dəhliz yoxdur” bəyanatına konkret cavab verdi...

08.10.2025 / 20:29
Türk dövlətlərinin hər biri digərlərinə 20 milyard sərmayə qoysaydı... Azərbaycan kimi...

08.10.2025 / 20:15
Sabiq prezidentlər Paşinyana qarşı dəhşətli “fakt” çıxardılar - 70 ədəd "Döyüş xaçı"...

08.10.2025 / 20:02
Türk dünyası 1-ci Türkologiya Qurultayının “sirlərini” 100 il sonra tam biləcək...

08.10.2025 / 19:48
Netanyahu Trampı İrana yeni zərbə vurmağa görün necə inandırmaq istəyir...

08.10.2025 / 19:35
Tələbələrə verilən kredit ildə 19 milyon manata çatdı - layihə özünü necə doğruldur...

08.10.2025 / 19:22
"Azərbaycan və Ermənistan Rusiyasız öz məsələlərini həll edə bilməz"... Daha bir hədə mesajı...

08.10.2025 / 19:08
İlham Əliyev ölkələrarası münasibətlərin ən gərgin vaxtında Putinlə danışdı...

08.10.2025 / 18:55
Bu sahədə dünya birinciliyi Azərbaycana üstünlüklər verir... Təhlil..

08.10.2025 / 18:42
Bütün türk dünyasının vahid hərbi təliminə start verildi...

08.10.2025 / 18:28
Başqa ölkələrlə ildə 25 hərbi təlim keçirən dövlətlər çox deyil - Prezident fakt açdı...

08.10.2025 / 18:22
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 18:18
THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib

08.10.2025 / 18:15
Mərkəzi Asiyadan Avropaya Yaşıl Dəhliz yalnız türk dövlətlərindən keçəcək...

08.10.2025 / 18:02
Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı ŞOK RƏQƏM açıqladı - bir milyondan çox...

08.10.2025 / 17:55
İlham Əliyevin dedikləri olmasaydı, TDT geosiyasi mərkəz ola bilməzdi...

08.10.2025 / 17:48
Vüqar Rəhimzadə: Qəbələ Zirvə Görüşündə qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək

08.10.2025 / 17:41
Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

08.10.2025 / 17:34
İmişlidə 73 nəfərin xəstəxanalıq olduğu kütləvi zəhərlənmənin səbəbi açıqlandı

08.10.2025 / 17:23
“Türk birliyi XXI əsrin yeni geosiyasi arxitekturasıdır” - Əhliman Əmiraslanov

08.10.2025 / 17:10
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Ankarada bir araya gəlir...

08.10.2025 / 16:56
Polis piyadaların hərəkətinə mane olan sürücülərə müraciət etdi

08.10.2025 / 16:42
Rusiya Xəzəryanı dövlətlərin hərbi dəniz təlimini keçirməyi təklif edir...

08.10.2025 / 16:29
Azərbaycan III MDB Oyunlarında öz rekordunu yenilədi - 184 medal...

08.10.2025 / 16:10
Dənizkənarı Milli Park beynəlxalq mükafat aldı

08.10.2025 / 16:07
Məktəbli çantası ağır olmamalıdır - TƏBİB-dən çağırış...

08.10.2025 / 15:43
"Qarşılıqlı fəaliyyət üçün Türk Dövlətləri Təşkilatı strateji platformadır" - Ərdoğan

08.10.2025 / 15:40
Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

08.10.2025 / 15:04
Paşinyan konstitusiya dəyişikliyi məsələsində “ilişib”...

08.10.2025 / 14:47
Bir qrup azərbaycanlı Moskva hava limanında saxlanıldı...

08.10.2025 / 14:27
DİN-dən əməliyyat - daha bir onlayn qumar şəbəkəsi ifşa edildi, 5 nəfər tutuldu - VİDEO

08.10.2025 / 14:25
Akademik Musiqili Teatrda “Sən kralsan” tamaşasının premyerası olacaq

08.10.2025 / 14:11
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

08.10.2025 / 13:54
İsrail Qəzza istiqamətində hərəkət edən daha bir gəmi qrupunu saxladı...

08.10.2025 / 13:23
İran Avropa İttifaqı ölkələrinə nota verdi

08.10.2025 / 13:10
Меркель взорвала "б*омбу"! Европа продавала нас Путину. За сколько? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.10.2025 / 12:58
Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib - FOTO

08.10.2025 / 12:46
Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradıldı

08.10.2025 / 12:34
Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib - FOTO

08.10.2025 / 12:11
Hava limanında gömrük nəzarətindən gizlədilən 365 qram qızıl külçə aşkarlandı

08.10.2025 / 12:02
Dumandakı dua — Çinarə Ömray yazır...

08.10.2025 / 11:52
İbrahim Kalın və Trampın xüsusi nümayəndəsi Qəzza ilə bağlı danışıqlara qatılırlar

08.10.2025 / 11:13
FİFA Ermənistan Futbol Federasiyasını 16 min dollar cərimələdi - azarkeşlərə görə

08.10.2025 / 11:06
Əfqanlar 11 Pakistan əsgərini öldürdü - TƏCİLİ

08.10.2025 / 11:03
Moskvadan ultimatum: "Rusiyasız Ermənistan - Azərbaycan sülhü olmayacaq!" - VİDEO

08.10.2025 / 11:01
Dövlət büdcəsindən 9 ayda 218 milyon manatdan çox vəsait geri qaytarılıb

08.10.2025 / 10:43
Bu il neçə Azərbaycan vətəndaşı əcnəbilərlə nigah bağlayıb?

08.10.2025 / 10:29
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 10:21
Minatəmizləmə Agentliyi Hadrutda mobil baza yaradır

08.10.2025 / 10:12
Naxçıvanda oğurluğa görə 2 nəfər həbs edilib

08.10.2025 / 10:06
Türkiyədə tanınmış müqğənnilər həbs edilib - narkotikaya görə...

08.10.2025 / 10:02
ABŞ-da gizli qırıcı təyyarələr işə salınır - layihə təsdiqləndi

08.10.2025 / 09:30
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb

08.10.2025 / 09:27
Valideynlər bahalı "məktəb avtobusları"nın alternativini tapdı - həm də xeyli ucuz...

08.10.2025 / 09:21
Bu gün III MDB Oyunlarına yekun vurulacaq

08.10.2025 / 09:12
Nobel mükafatının təsis edildiyi əsas kapital Bakı neftindən əldə edilib - İsveç mediası

08.10.2025 / 09:05
Bu tarixdə Azərbaycanda qısaldılmış iş rejimi olacaq

08.10.2025 / 09:01
"O, məni çox məyus edib" - Tramp Putin barədə danışıb

08.10.2025 / 08:34
Əmək pensiyasının təyinatı üçün heç bir kağız tələb olunmayacaq - rahatlıq, ya təzə çətinliklər?..

08.10.2025 / 08:32
Bu ölkədə prezidentin korteji daşa basıldı

07.10.2025 / 22:51
MDU-nun müəllim və tələbələri ilk dəfə olaraq “Orhun Mübadilə Proqramı”nda iştirak edəcəklər - FOTO

07.10.2025 / 21:41
Rusiya-Ukrayna cəbhəsində təhlükəli eskalasiya: ABŞ oyuna dağıdıcı texnika daxil edir...

07.10.2025 / 21:34
Prezident İlham Əliyev TDT-nin Dövlət Başçıları Şurasının Zirvə Görüşü ilə bağlı paylaşım etdi - VİDEO

07.10.2025 / 21:28
"Ermənistan rəhbəri Gəncəni raketlə vurmaq əmrini verdi"...

07.10.2025 / 21:14
Avroittifaq Azərbaycan üçün yeni müsbət gündəlik müəyyən etdi...

07.10.2025 / 21:01
Türk Dövlətləri Təşkilatı yeni qlobal güc mərkəzinə çevrilir

07.10.2025 / 20:47
“Azərbaycan əlavə şərt qoymasa, sülh imzalana bilər” - Mirzoyan baş-ayaq danışdı...

07.10.2025 / 20:33
İrəvan Avropaya doğru daha bir addım atan kimi Rusiya təzyiq kartını dərhal işə saldı...

07.10.2025 / 20:20
Türk Dövlətlərinə 1 illik rəhbərlik Azərbaycanın qarşısında yeni meydan açacaq...

07.10.2025 / 20:06
Türkiyədən Rusiyanı şoka salan qərar - Rusiya ilə yox, ABŞ-la...

07.10.2025 / 19:52
Türk Dövlətləri Təşkilatının Zirvələri fonunda Azərbaycan mədəniyyətinin təbliği geniş vüsət alır...

07.10.2025 / 19:39
Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır - FOTO

07.10.2025 / 19:27
Ermənistan 5 il sonra qərar verəcək - özlərindən başqa heç kim inanmır...

07.10.2025 / 19:21
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ

Oktyabr
B.eÇ.aÇC.aCŞB
293012345678910111213141516171819202122232425262728293031123456789