Cümə axşamı günü, 9 oktyabr 2025
     

Ukrayna üzrə danışıqlardan Avropanı kənarda qoydular - müqavimət başladı...

Image

Azər Həsrət: "Əslində belə düşünmək olar ki, Tramp bir güllə ilə iki dövşan vurmağa çalışır"

Hazırda Finlandiyada olan Ukrayna prezidenti Vladimir Zelenski ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinin söhbəti fonunda deyib ki, regionadakı münaqişənin həlli üçün Avropa danışıqlar masası arxasında olmalıdır.

“Avropa danışıqlar masası arxasına əyləşməlidir və Avropanın təhlükəsizliyi ilə bağlı hər şey Avropa ilə birlikdə həll edilməlidir”, - Zelenski bildirib.

Finlandiyaya səfərin məqsədinin Ukraynanın müdafiəsinə dəstək və Ukraynada silah istehsalına investisiyalar üzrə danışıqlarla bağlı olduğu bildirilir.

Əslində Zelenskinin tələb etdiyi Avropa təhlükəsizliyi, həm də elə Ukraynanın təhlükəsizliyi deməkdir. Digər tərəfdən, Tramp nədənsə, əvvəldən Ukrayna müharibəsini bitirmək üçün yalnız Rusiya ilə danışır. Əslində isə beynəlxalq ekspertlər də bəyan edir ki, münaqişənin ədalətli həlli üçün danışıqlarda tərəflər və onların yaxın müttəfiqlərinin iştirakı mütləqdir. Zelenskinin bu çağırışı nəyi dəyişə bilər? Tramp çoxtərəfli Ukrayna-Rusiya müharibəsinin aradan qaldırılması üçun apardığı danışıqlara kənar aktorları - ən azı hər iki tərəfi və onların müttəfiqlərini dəvət edəcəkmi? Yoxsa bu, zamana bağlı məsələdir?

Məsələ ilə bağlı baki-xeber.com-a açıqlama verən siyasi şərhçi Azər Həsrət bildirdi ki, ümumiyyətlə, bu prosesdən nə Ukraynanı, nə də Avropanı kənarda qoymaq mümkündür: "Ukrayna bu münaqişənin tərəfi kimi, sözsüz ki, masa arxasında oturmalıdır. Eyni zamanda, Ukrayna Avropanin bir parçasıdır və bu məsələdə həm də Avropanin taleyi həll edilir. Belə bir şəraitdə heç kim, hətta Tramp belə Avropanı bu oyundan çıxara bilməz. Bu baxımdan Avropanın bu danışıqlarda iştirakı mütləqdir.

Mən inanıram ki, müəyyən zaman kəsiyindən sonra Avropa, Ukrayna, Rusiya, ABŞ və onların müttəfiqlərindən ibarət bir danışıqlar formatı qurulacaq.

Düşünürəm ki, tərəflərdən biri kimi, qardaş Türkiyənın də bu danışıqlarda iştirakı mümkündür. İstənilən halda, Türkiyə bu məsələdə özünün konstruktiv mövqeyi ilə seçilib. Münaqişənin hər iki tərəfi ilə Türkiyə normal münasibətlər saxlamağı bacaran yeganə dövlətdir. Heç bir ikinci dövlət bu performansı təkrarlaya bilmir. Ona görə də sülhyaratma prosesində Türkiyənin faydalı rolu ola bilər.

Avropa isə istənilən halda bu prosesdə tərəf kimi iştirak edəcək, onsüz mümkün deyil. Necə yəni, Avropanin taleyi həll edilir, amma o kənarda qalır? Bu mümkün deyil.

Əslində belə düşünmək olar ki, Tramp bir güllə ilə iki dövşan vurmağa çalışır. Yəni o, bu prosesdən Avropanı kənarlaşdırıb nüfuzdan salmağa çalışır ki, dünyanın taleyini həll edəcək supergücün Amerika olduğunu ortaya qoysun. İndi bunu zaman göstərəcək,Tramp bu işi bacaracaqmı?"

Beynəlxalq ekspertlərin yekdil fikri ondan ibarətdir ki, Trampın ilkin mərhələdə yalnız Rusiya ilə anlaşmasının arxasında müəyyən iqtisadi və siyasi maraqlar dayanır. Belə ki, ilk növbədə Tramp yalnız Rusiya ilə anlaşmaqla onun etibarını qazanıb, öz tərəfinə çəkmək istəyir. Bununla Tramp həm də Çin-Rusiya münasibətlərinə təsir etmək imkanı qazanmaq istəyir. Bu da Amerikanın ümümi maraqlarına tam şəkildə cavab verir. Çünki ABŞ-nin qarşıdakı yüz illik siyasəti Çin üzərində qurulub.

Digər tərəfdən, o düşünür ki, yalniz Rusiya ilə anlaşmaqla qısa müddətə atəşkəsə, müvəqqəti də olsa, nail olmaq mümkündür. Hazırda 3-5 aylıq atəşkəs də Tramp üçün məqbuldur. Həmin atəşkəs dövründə Tramp Ukrayna minerallarının istismarı ilə bağlı müqavilə bağlaya və hasilata başlaya bilər. Tramp hazırda bu hasilatı tezliklə başlamaq istəyir ki, qarşıdakı parlamentlik dönəmi ərzində Amerikaya sanballı məbləğdə sərvət gətirə bilsin. İş başlayandan sonra Rusiya ilə də alver etmək olar. Rusiyanın işgal etdiyi ərazilərdə qalmasına görə Tramp Putindən də layiqli ənam alacaq. Yəni bu gün Tramp dünyanın siyasi sisteminə yalnız biznesmen gözü ilə baxır. Bu yolla Amerikaya daha çox sərvət gətirib, firavanlığı yüksəltmək və növbəti dönəmdə prezidentlik kürsüsünu qorumaq - ABŞ-nin 47-ci prezidentinin əsas hədəfi budur.

Akif NƏSİRLİ



VİDEO

SON XƏBƏRLƏR

08.10.2025 / 21:39
Rusiya Mərkəzi Asiya ölkələri üzərində təsirini xeyli itirdi - Çin, ABŞ və Avropa şərik çıxır...

08.10.2025 / 21:37
“... Zəngəzur Dəhlizi Kipr türkləri üçün də önəmlidir” - Ersin Tatar

08.10.2025 / 21:25
Birinci kim vurulacaq - İran, ya Venesuela?...

08.10.2025 / 21:10
Azərbaycan Türk dünyasında yeni hərbi əməkdaşlıq mərhələsi açır...

08.10.2025 / 21:06
Prezident Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə təşəkkür etdi - VİDEO

08.10.2025 / 21:03
Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirildi

08.10.2025 / 20:57
Beynəlxalq hüquq kütləvi pozulur, türk dünyası sıx birləşməsə hamı məhv olacaq...

08.10.2025 / 20:43
Türk Zirvəsi İrəvanın “TRİPP-dən başqa dəhliz yoxdur” bəyanatına konkret cavab verdi...

08.10.2025 / 20:29
Türk dövlətlərinin hər biri digərlərinə 20 milyard sərmayə qoysaydı... Azərbaycan kimi...

08.10.2025 / 20:15
Sabiq prezidentlər Paşinyana qarşı dəhşətli “fakt” çıxardılar - 70 ədəd "Döyüş xaçı"...

08.10.2025 / 20:02
Türk dünyası 1-ci Türkologiya Qurultayının “sirlərini” 100 il sonra tam biləcək...

08.10.2025 / 19:48
Netanyahu Trampı İrana yeni zərbə vurmağa görün necə inandırmaq istəyir...

08.10.2025 / 19:35
Tələbələrə verilən kredit ildə 19 milyon manata çatdı - layihə özünü necə doğruldur...

08.10.2025 / 19:22
"Azərbaycan və Ermənistan Rusiyasız öz məsələlərini həll edə bilməz"... Daha bir hədə mesajı...

08.10.2025 / 19:08
İlham Əliyev ölkələrarası münasibətlərin ən gərgin vaxtında Putinlə danışdı...

08.10.2025 / 18:55
Bu sahədə dünya birinciliyi Azərbaycana üstünlüklər verir... Təhlil..

08.10.2025 / 18:42
Bütün türk dünyasının vahid hərbi təliminə start verildi...

08.10.2025 / 18:28
Başqa ölkələrlə ildə 25 hərbi təlim keçirən dövlətlər çox deyil - Prezident fakt açdı...

08.10.2025 / 18:22
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 18:18
THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib

08.10.2025 / 18:15
Mərkəzi Asiyadan Avropaya Yaşıl Dəhliz yalnız türk dövlətlərindən keçəcək...

08.10.2025 / 18:02
Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı ŞOK RƏQƏM açıqladı - bir milyondan çox...

08.10.2025 / 17:55
İlham Əliyevin dedikləri olmasaydı, TDT geosiyasi mərkəz ola bilməzdi...

08.10.2025 / 17:48
Vüqar Rəhimzadə: Qəbələ Zirvə Görüşündə qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək

08.10.2025 / 17:41
Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

08.10.2025 / 17:34
İmişlidə 73 nəfərin xəstəxanalıq olduğu kütləvi zəhərlənmənin səbəbi açıqlandı

08.10.2025 / 17:23
“Türk birliyi XXI əsrin yeni geosiyasi arxitekturasıdır” - Əhliman Əmiraslanov

08.10.2025 / 17:10
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Ankarada bir araya gəlir...

08.10.2025 / 16:56
Polis piyadaların hərəkətinə mane olan sürücülərə müraciət etdi

08.10.2025 / 16:42
Rusiya Xəzəryanı dövlətlərin hərbi dəniz təlimini keçirməyi təklif edir...

08.10.2025 / 16:29
Azərbaycan III MDB Oyunlarında öz rekordunu yenilədi - 184 medal...

08.10.2025 / 16:10
Dənizkənarı Milli Park beynəlxalq mükafat aldı

08.10.2025 / 16:07
Məktəbli çantası ağır olmamalıdır - TƏBİB-dən çağırış...

08.10.2025 / 15:43
"Qarşılıqlı fəaliyyət üçün Türk Dövlətləri Təşkilatı strateji platformadır" - Ərdoğan

08.10.2025 / 15:40
Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

08.10.2025 / 15:04
Paşinyan konstitusiya dəyişikliyi məsələsində “ilişib”...

08.10.2025 / 14:47
Bir qrup azərbaycanlı Moskva hava limanında saxlanıldı...

08.10.2025 / 14:27
DİN-dən əməliyyat - daha bir onlayn qumar şəbəkəsi ifşa edildi, 5 nəfər tutuldu - VİDEO

08.10.2025 / 14:25
Akademik Musiqili Teatrda “Sən kralsan” tamaşasının premyerası olacaq

08.10.2025 / 14:11
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

08.10.2025 / 13:54
İsrail Qəzza istiqamətində hərəkət edən daha bir gəmi qrupunu saxladı...

08.10.2025 / 13:23
İran Avropa İttifaqı ölkələrinə nota verdi

08.10.2025 / 13:10
Меркель взорвала "б*омбу"! Европа продавала нас Путину. За сколько? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.10.2025 / 12:58
Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib - FOTO

08.10.2025 / 12:46
Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradıldı

08.10.2025 / 12:34
Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib - FOTO

08.10.2025 / 12:11
Hava limanında gömrük nəzarətindən gizlədilən 365 qram qızıl külçə aşkarlandı

08.10.2025 / 12:02
Dumandakı dua — Çinarə Ömray yazır...

08.10.2025 / 11:52
İbrahim Kalın və Trampın xüsusi nümayəndəsi Qəzza ilə bağlı danışıqlara qatılırlar

08.10.2025 / 11:13
FİFA Ermənistan Futbol Federasiyasını 16 min dollar cərimələdi - azarkeşlərə görə

08.10.2025 / 11:06
Əfqanlar 11 Pakistan əsgərini öldürdü - TƏCİLİ

08.10.2025 / 11:03
Moskvadan ultimatum: "Rusiyasız Ermənistan - Azərbaycan sülhü olmayacaq!" - VİDEO

08.10.2025 / 11:01
Dövlət büdcəsindən 9 ayda 218 milyon manatdan çox vəsait geri qaytarılıb

08.10.2025 / 10:43
Bu il neçə Azərbaycan vətəndaşı əcnəbilərlə nigah bağlayıb?

08.10.2025 / 10:29
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 10:21
Minatəmizləmə Agentliyi Hadrutda mobil baza yaradır

08.10.2025 / 10:12
Naxçıvanda oğurluğa görə 2 nəfər həbs edilib

08.10.2025 / 10:06
Türkiyədə tanınmış müqğənnilər həbs edilib - narkotikaya görə...

08.10.2025 / 10:02
ABŞ-da gizli qırıcı təyyarələr işə salınır - layihə təsdiqləndi

08.10.2025 / 09:30
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb

08.10.2025 / 09:27
Valideynlər bahalı "məktəb avtobusları"nın alternativini tapdı - həm də xeyli ucuz...

08.10.2025 / 09:21
Bu gün III MDB Oyunlarına yekun vurulacaq

08.10.2025 / 09:12
Nobel mükafatının təsis edildiyi əsas kapital Bakı neftindən əldə edilib - İsveç mediası

08.10.2025 / 09:05
Bu tarixdə Azərbaycanda qısaldılmış iş rejimi olacaq

08.10.2025 / 09:01
"O, məni çox məyus edib" - Tramp Putin barədə danışıb

08.10.2025 / 08:34
Əmək pensiyasının təyinatı üçün heç bir kağız tələb olunmayacaq - rahatlıq, ya təzə çətinliklər?..

08.10.2025 / 08:32
Bu ölkədə prezidentin korteji daşa basıldı

07.10.2025 / 22:51
MDU-nun müəllim və tələbələri ilk dəfə olaraq “Orhun Mübadilə Proqramı”nda iştirak edəcəklər - FOTO

07.10.2025 / 21:41
Rusiya-Ukrayna cəbhəsində təhlükəli eskalasiya: ABŞ oyuna dağıdıcı texnika daxil edir...

07.10.2025 / 21:34
Prezident İlham Əliyev TDT-nin Dövlət Başçıları Şurasının Zirvə Görüşü ilə bağlı paylaşım etdi - VİDEO

07.10.2025 / 21:28
"Ermənistan rəhbəri Gəncəni raketlə vurmaq əmrini verdi"...

07.10.2025 / 21:14
Avroittifaq Azərbaycan üçün yeni müsbət gündəlik müəyyən etdi...

07.10.2025 / 21:01
Türk Dövlətləri Təşkilatı yeni qlobal güc mərkəzinə çevrilir

07.10.2025 / 20:47
“Azərbaycan əlavə şərt qoymasa, sülh imzalana bilər” - Mirzoyan baş-ayaq danışdı...

07.10.2025 / 20:33
İrəvan Avropaya doğru daha bir addım atan kimi Rusiya təzyiq kartını dərhal işə saldı...

07.10.2025 / 20:20
Türk Dövlətlərinə 1 illik rəhbərlik Azərbaycanın qarşısında yeni meydan açacaq...

07.10.2025 / 20:06
Türkiyədən Rusiyanı şoka salan qərar - Rusiya ilə yox, ABŞ-la...

07.10.2025 / 19:52
Türk Dövlətləri Təşkilatının Zirvələri fonunda Azərbaycan mədəniyyətinin təbliği geniş vüsət alır...

07.10.2025 / 19:39
Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır - FOTO

07.10.2025 / 19:27
Ermənistan 5 il sonra qərar verəcək - özlərindən başqa heç kim inanmır...

07.10.2025 / 19:21
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ

Oktyabr
B.eÇ.aÇC.aCŞB
293012345678910111213141516171819202122232425262728293031123456789