Cümə axşamı günü, 9 oktyabr 2025
     

Tramp bu media orqanlarından Azərbaycanın da "qisasını aldı"...

Image

Müşfiq Ələsgərli: "Stiven Kapusun bu açıqlaması təsdiq edir ki, “Azad Avropa” (“Azadlıq”), “Amerikanın səsi” və “Azad Asiya” radioları ABŞ xarici siyasətinin təbliğatçısı və təşviqatçısı olublar"

USAID-in, “Amerikanın səsi” və “Azadlıq” radiolarının fəaliyyəti dayandırıldı, yəni ən azı ABŞ-dən ayrılan maliyyə kəsildi. Bu struktur və media qurumları onilliklərdir ki, ayrı-ayrı dövlətllərə, xalqlara, o cümlədən Azərbaycan dövlətinə və xalqına qarşı çirkin kampaniyalar təşkil ediblər.

Uzun illər Azərbaycanda sağlam düşüncəli, dövlətçilik mövqeyi olan insanlar bu şər yuvalarının əsl niyyətlırini ifşa edib, onlara işləyən xəyanətkarların simasını açıb göstərublər.

İndi bu qurumlar artıq layiq olduqları yerdədirlər.

Bu cür qurumlar doğrudanmı artıq Amerikaya lazım deyil? Yoxsa Tramp daha effektiv təşkilat və media orqanları qurmaq fikrindədir?

Məsələ ilə bağlı baki-xeber.com-a açıqlamasında Mətbuat Şurası İdarə heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirdi ki, ABŞ Prezidenti Donald Tramp martın 14-də 7 federal qurumun ləğv edilməsi barədə fərman imzalayıb. Onların sırasında Qlobal Media Agentliyi (USAGM) də yer alır. USAGM əsasən ABŞ-nin xaricə yönəlik media layihələrini maliyyələşdirib. Beynəlxalq auditoriya üçün məlumatlar yayan “Azad Avropa” (“Azadlıq”), “Amerikanın səsi”, “Azad Asiya” radiolarının fəaliyyəti Qlobal Media Agentliyinin ayırdığı vəsaitlə təmin edilib. Martın 14-də imzalanan fərman USAGM ilə yanaşı, adıçəkilən media subyektlərini də sıradan çıxarır. Çünki maliyyə kəsilir. Nəzərə alaq ki, təkcə “Amerikanın səsi” radiosunun illik büdcəsi təxminən 260 milyon dollar məbləğində olub. “Azadlıq” Radiosunun büdcəsi də bənzər rəqəmlərlə ifadə edilib. Bu vəsaiti digər hər hansı bir donorun kompensasiya edə biləcəyi rasional görünmür. Düzdür, Çexiyanın Xarici işlər naziri Yan Lipavski martin 17-də avropalı həmkarlarına müraciət edərək, maliyyədən məhrum edilmiş "Azad Avropa/Azadlıq Radiosu"nun fəaliyyətinin davam etdirilməsi üçün hərəkətə keçməyin zəruri olduğunu elan edib. Amma bu, sadəcə təklifdir. İcrasına qərar verilib-verilməyəcəyi bilinmir.

USAGM-ın bağlanmasından bir həftə öncə - martın 9-da isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) icra etdiyi proqramların 83%-nin rəsmən ləğv edilməsinə qərar verilib. Həmin 83 faiz layihə USAİD tərəfindən maliyyələşdirilən və 120-yə yaxın ölkədə icra olunan 5200 qrant müqaviləsini, on milyardlarla dollar məbləğində vəsaiti əhatə edir.

Məsələ ondadır ki, hər iki qurum - həm USAGM, həm də USAİD indiyədək ABŞ xarici siyasətinin, ABŞ-nin ekspansiya proqramının əsas icraçılarından biri olub. Mövzu ətrafında yaranmış ajiotajın səbəbi də bu nöqtəyə bağlanır. Donald Tramp ABŞ-nin xarici ekspansiya siyasətinin əsas elementlərindən olan bu radioları nə üçün hədəfə alır? ABŞ-nin ümumilikdə xarci siyasət kursu dəyişirmi, yoxsa Tramp komandası ABŞ xarici siyasətini təbliğ etmək üçün yeni, daha effektiv mexanizmlər tapıb? Qlobal rəy mərkəzlərinin son 2 ay müddətində apardıqları müzakirələrə rəğmən, bu suallara hələ ki, aydın cavab verilməyib. Ən müxtəlif versiyalar gündəmə gətirilir. Həmin versiyaları 2 qrup üzrə təsnifatlaşdırmaqla, prosesin mahiyyəti barədə müəyyən təsəvvürə gəlmək mümkündür.

ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın verdiyi açıqlamaların təhlili göstərir ki, USAİD və USAGM-in fəaliyyətində sövdələşmə, mənimsəmə, korrupsiya əlamətləri aşkara çıxıb. Ehtimal olunur ki, ABŞ büdcəsindən ayrılan və bu agentliklər üzərindən realizə edilən maliyyə vəsaitinin təqribən 40 faizə qədəri mənimsənilib, yaxud israf edilib.

İkinci istiqamət isə USAİD və USAGM-ın fəaliyyətinin qeyri-səmərəliliyi üzərində qurulub. Bu fikirlər ABŞ-nin dövlət katibi Marko Rubionun açıqlamalrından ortaya çıxır. Rubionun fikrincə, bu agentliklər üzərindən indiyədək icra edilmiş proqramlar ABŞ-ın əsas milli maraqlarına xidmət etməyib, bəzi hallarda isə, hətta milli maraqlara zərər vurub. Ehtimal olunur ki, Tramp komandası ABŞ-nin ekspansiya siyasətini daha effektiv mexanizmlər üzərindən qurmağı planlayır. Bu baxımdan ənənəvi media üzərində qurulmuş təbliğat ruporları səmərəsiz görünür, sıradan çıxarılır. Əvəzində sosial şəbəkə platformaları üzərindən iş qurulmasına daha çox önəm verilir.

Hansı versiyaların dayanaqlı olacağı yaxın zamanlarda bilinəcək. Hər halda, Prezident Donald Tramp 2025-ci il yanvar ayının 24-də ABŞ-nin xaricə yönəlik xərclərinin araşdırılıb qiymətləndirilməsi üçün sərəncam verib. Sərəncama uyğun olaraq, qarşıdakı 90 gün ərzində ABŞ-nin xaricə yönəlik bütün proqramları üzərində təhqiqatlar aparılacaq. Təhqiqatlar yekunlaşdıqdan sonra bu mövzuda daha detallı bilgilər ortaya çıxacaq.

İndi isə mövzu ilə bağlı daha bir nüansa diqqət yetirilməsi zərurətə çevrilir. “Azadlıq” Radiosunun baş direktoru Stiven Kapus USAGM-ın fəaliyyətinin dayandırılmasına münasibət bildirərkən deyib ki, Azadlıq Radiosunun maliyyəsinin dayandırılması, yəni radonun faktiki olaraq ləğv edilməsi “Amerikanın düşmənlərinə böyük hədiyyə olacaq. İranın ayətullahları, Çinin kommunist liderləri, Moskva və Minskdəki avtokratlar 75 illik fəaliyyətindən sonra Azadlıq Radiosunun bağlanmasına sevinəcəklər. Çünki USAGM-ın fəaliyyətinin dayanması düşmənlərimizin qarşısında ABŞ təbliğatını zəiflədəcək”. Stiven Kapusun bu açıqlaması təsdiq edir ki, “Azad Avropa” (“Azadlıq”), “Amerikanın səsi” və “Azad Asiya” radioları ABŞ xarici siyasətinin təbliğatçısı və təşviqatçısı olublar. Hansı ki, indiyədək özlərini bütün dünyaya müstəqil, obyektiv, qərəzsiz media subyekti kimi təqdim ediblər. Müasir Qərb nəzəriyyəsində qeyd edilir ki, “təbliğat və təşviqatın başlandığı yerdə azad jurnalistika fəaliyyəti bitir”. Bu radiolar tendensiyalı fəaliyyət göstəriblər. Hadisələri obyektiv şəkildə deyil, ABŞ xarici siyasəti kontekstindən işıqlandırıblar. Onların bu cür davranışları dünya dövlətlərinə, bəşəriyyətə, demokratiya hərəkatına ciddi zərbə vurub. Bu davranışdan zərər çəkənlər sırasında Azərbaycan da var. Həmin radiolar 30 il müddətində işğala məruz qalmış Azərbaycanın deyil, işğalçı Ermənistanın yanında yer tutublar. Ölkəmiz barədə olmayan hədyanlar uyduraraq dünyaya çatdırıblar və beynəlxalq ictimai rəydə dövlətimiz haqqında yanlış rəy formalaşdırmağa çalışıblar. Prezident Donal Trampın bu gün bu media qurumları barədə verdiyi qərarlar, hansı niyyət güdməsindən asılı olmayaraq, sanki indiyədək yol verdikləri qəbahətlərə görə onların cəzalandırılmasını təmin edir".

Dəniz NƏSİRLİ



VİDEO

SON XƏBƏRLƏR

08.10.2025 / 21:39
Rusiya Mərkəzi Asiya ölkələri üzərində təsirini xeyli itirdi - Çin, ABŞ və Avropa şərik çıxır...

08.10.2025 / 21:37
“... Zəngəzur Dəhlizi Kipr türkləri üçün də önəmlidir” - Ersin Tatar

08.10.2025 / 21:25
Birinci kim vurulacaq - İran, ya Venesuela?...

08.10.2025 / 21:10
Azərbaycan Türk dünyasında yeni hərbi əməkdaşlıq mərhələsi açır...

08.10.2025 / 21:06
Prezident Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə təşəkkür etdi - VİDEO

08.10.2025 / 21:03
Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirildi

08.10.2025 / 20:57
Beynəlxalq hüquq kütləvi pozulur, türk dünyası sıx birləşməsə hamı məhv olacaq...

08.10.2025 / 20:43
Türk Zirvəsi İrəvanın “TRİPP-dən başqa dəhliz yoxdur” bəyanatına konkret cavab verdi...

08.10.2025 / 20:29
Türk dövlətlərinin hər biri digərlərinə 20 milyard sərmayə qoysaydı... Azərbaycan kimi...

08.10.2025 / 20:15
Sabiq prezidentlər Paşinyana qarşı dəhşətli “fakt” çıxardılar - 70 ədəd "Döyüş xaçı"...

08.10.2025 / 20:02
Türk dünyası 1-ci Türkologiya Qurultayının “sirlərini” 100 il sonra tam biləcək...

08.10.2025 / 19:48
Netanyahu Trampı İrana yeni zərbə vurmağa görün necə inandırmaq istəyir...

08.10.2025 / 19:35
Tələbələrə verilən kredit ildə 19 milyon manata çatdı - layihə özünü necə doğruldur...

08.10.2025 / 19:22
"Azərbaycan və Ermənistan Rusiyasız öz məsələlərini həll edə bilməz"... Daha bir hədə mesajı...

08.10.2025 / 19:08
İlham Əliyev ölkələrarası münasibətlərin ən gərgin vaxtında Putinlə danışdı...

08.10.2025 / 18:55
Bu sahədə dünya birinciliyi Azərbaycana üstünlüklər verir... Təhlil..

08.10.2025 / 18:42
Bütün türk dünyasının vahid hərbi təliminə start verildi...

08.10.2025 / 18:28
Başqa ölkələrlə ildə 25 hərbi təlim keçirən dövlətlər çox deyil - Prezident fakt açdı...

08.10.2025 / 18:22
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 18:18
THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib

08.10.2025 / 18:15
Mərkəzi Asiyadan Avropaya Yaşıl Dəhliz yalnız türk dövlətlərindən keçəcək...

08.10.2025 / 18:02
Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı ŞOK RƏQƏM açıqladı - bir milyondan çox...

08.10.2025 / 17:55
İlham Əliyevin dedikləri olmasaydı, TDT geosiyasi mərkəz ola bilməzdi...

08.10.2025 / 17:48
Vüqar Rəhimzadə: Qəbələ Zirvə Görüşündə qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək

08.10.2025 / 17:41
Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

08.10.2025 / 17:34
İmişlidə 73 nəfərin xəstəxanalıq olduğu kütləvi zəhərlənmənin səbəbi açıqlandı

08.10.2025 / 17:23
“Türk birliyi XXI əsrin yeni geosiyasi arxitekturasıdır” - Əhliman Əmiraslanov

08.10.2025 / 17:10
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Ankarada bir araya gəlir...

08.10.2025 / 16:56
Polis piyadaların hərəkətinə mane olan sürücülərə müraciət etdi

08.10.2025 / 16:42
Rusiya Xəzəryanı dövlətlərin hərbi dəniz təlimini keçirməyi təklif edir...

08.10.2025 / 16:29
Azərbaycan III MDB Oyunlarında öz rekordunu yenilədi - 184 medal...

08.10.2025 / 16:10
Dənizkənarı Milli Park beynəlxalq mükafat aldı

08.10.2025 / 16:07
Məktəbli çantası ağır olmamalıdır - TƏBİB-dən çağırış...

08.10.2025 / 15:43
"Qarşılıqlı fəaliyyət üçün Türk Dövlətləri Təşkilatı strateji platformadır" - Ərdoğan

08.10.2025 / 15:40
Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

08.10.2025 / 15:04
Paşinyan konstitusiya dəyişikliyi məsələsində “ilişib”...

08.10.2025 / 14:47
Bir qrup azərbaycanlı Moskva hava limanında saxlanıldı...

08.10.2025 / 14:27
DİN-dən əməliyyat - daha bir onlayn qumar şəbəkəsi ifşa edildi, 5 nəfər tutuldu - VİDEO

08.10.2025 / 14:25
Akademik Musiqili Teatrda “Sən kralsan” tamaşasının premyerası olacaq

08.10.2025 / 14:11
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

08.10.2025 / 13:54
İsrail Qəzza istiqamətində hərəkət edən daha bir gəmi qrupunu saxladı...

08.10.2025 / 13:23
İran Avropa İttifaqı ölkələrinə nota verdi

08.10.2025 / 13:10
Меркель взорвала "б*омбу"! Европа продавала нас Путину. За сколько? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.10.2025 / 12:58
Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib - FOTO

08.10.2025 / 12:46
Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradıldı

08.10.2025 / 12:34
Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib - FOTO

08.10.2025 / 12:11
Hava limanında gömrük nəzarətindən gizlədilən 365 qram qızıl külçə aşkarlandı

08.10.2025 / 12:02
Dumandakı dua — Çinarə Ömray yazır...

08.10.2025 / 11:52
İbrahim Kalın və Trampın xüsusi nümayəndəsi Qəzza ilə bağlı danışıqlara qatılırlar

08.10.2025 / 11:13
FİFA Ermənistan Futbol Federasiyasını 16 min dollar cərimələdi - azarkeşlərə görə

08.10.2025 / 11:06
Əfqanlar 11 Pakistan əsgərini öldürdü - TƏCİLİ

08.10.2025 / 11:03
Moskvadan ultimatum: "Rusiyasız Ermənistan - Azərbaycan sülhü olmayacaq!" - VİDEO

08.10.2025 / 11:01
Dövlət büdcəsindən 9 ayda 218 milyon manatdan çox vəsait geri qaytarılıb

08.10.2025 / 10:43
Bu il neçə Azərbaycan vətəndaşı əcnəbilərlə nigah bağlayıb?

08.10.2025 / 10:29
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 10:21
Minatəmizləmə Agentliyi Hadrutda mobil baza yaradır

08.10.2025 / 10:12
Naxçıvanda oğurluğa görə 2 nəfər həbs edilib

08.10.2025 / 10:06
Türkiyədə tanınmış müqğənnilər həbs edilib - narkotikaya görə...

08.10.2025 / 10:02
ABŞ-da gizli qırıcı təyyarələr işə salınır - layihə təsdiqləndi

08.10.2025 / 09:30
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb

08.10.2025 / 09:27
Valideynlər bahalı "məktəb avtobusları"nın alternativini tapdı - həm də xeyli ucuz...

08.10.2025 / 09:21
Bu gün III MDB Oyunlarına yekun vurulacaq

08.10.2025 / 09:12
Nobel mükafatının təsis edildiyi əsas kapital Bakı neftindən əldə edilib - İsveç mediası

08.10.2025 / 09:05
Bu tarixdə Azərbaycanda qısaldılmış iş rejimi olacaq

08.10.2025 / 09:01
"O, məni çox məyus edib" - Tramp Putin barədə danışıb

08.10.2025 / 08:34
Əmək pensiyasının təyinatı üçün heç bir kağız tələb olunmayacaq - rahatlıq, ya təzə çətinliklər?..

08.10.2025 / 08:32
Bu ölkədə prezidentin korteji daşa basıldı

07.10.2025 / 22:51
MDU-nun müəllim və tələbələri ilk dəfə olaraq “Orhun Mübadilə Proqramı”nda iştirak edəcəklər - FOTO

07.10.2025 / 21:41
Rusiya-Ukrayna cəbhəsində təhlükəli eskalasiya: ABŞ oyuna dağıdıcı texnika daxil edir...

07.10.2025 / 21:34
Prezident İlham Əliyev TDT-nin Dövlət Başçıları Şurasının Zirvə Görüşü ilə bağlı paylaşım etdi - VİDEO

07.10.2025 / 21:28
"Ermənistan rəhbəri Gəncəni raketlə vurmaq əmrini verdi"...

07.10.2025 / 21:14
Avroittifaq Azərbaycan üçün yeni müsbət gündəlik müəyyən etdi...

07.10.2025 / 21:01
Türk Dövlətləri Təşkilatı yeni qlobal güc mərkəzinə çevrilir

07.10.2025 / 20:47
“Azərbaycan əlavə şərt qoymasa, sülh imzalana bilər” - Mirzoyan baş-ayaq danışdı...

07.10.2025 / 20:33
İrəvan Avropaya doğru daha bir addım atan kimi Rusiya təzyiq kartını dərhal işə saldı...

07.10.2025 / 20:20
Türk Dövlətlərinə 1 illik rəhbərlik Azərbaycanın qarşısında yeni meydan açacaq...

07.10.2025 / 20:06
Türkiyədən Rusiyanı şoka salan qərar - Rusiya ilə yox, ABŞ-la...

07.10.2025 / 19:52
Türk Dövlətləri Təşkilatının Zirvələri fonunda Azərbaycan mədəniyyətinin təbliği geniş vüsət alır...

07.10.2025 / 19:39
Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır - FOTO

07.10.2025 / 19:27
Ermənistan 5 il sonra qərar verəcək - özlərindən başqa heç kim inanmır...

07.10.2025 / 19:21
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ

Oktyabr
B.eÇ.aÇC.aCŞB
293012345678910111213141516171819202122232425262728293031123456789