Cümə axşamı günü, 9 oktyabr 2025
     

İsveçrə parlamenti Qarabağ ermənilərini geri qaytarmaq üçün “əməliyyata başladı”...

Image

Akif Nağı: “Açıq görsənir ki, onlar erməni mərkəzlərinin, lobbi təşkilatlarının sifarişlərini yerinə yetiriblər, çünki onlardan maliyyələşirlər”

İsveçrə parlamentinin də erməni diaspor və lobbi təşkilatlarının təsiri altında olduğu gizlin deyil. Belə olmasaydı, bu ölkənin Federal Assambleyasının yuxarı palatası olan Dövlətlər Şurası “Dağlıq Qarabağ üçün Sülh Forumu: Ermənilərin geri qayıtma imkanlarının təmin edilməsi” adlı 24.4259 saylı qanun layihəsini qəbul etməzdi.

Palatanın 46 üzvündən 29-u İsveçrə hakimiyyətini keçmiş “Dağlıq Qarabağ” və Azərbaycan nümayəndələri arasında dialoq üçün ayrıca platforma yaratmağa çağıran təşəbbüsün lehinə səs verib. Onların məqsədi könüllü olaraq Azərbaycan ərazisini tərk edən erməni əhalisinin Qarabağa “təhlükəsiz, kollektiv və ləyaqətlə qayıtmasını” təmin etməkdir (?).

Bildirək ki, Dövlətlər Şurasının bu bədnam qərarı eyni təklifin 17 dekabr 2024-cü il tarixində İsveçrə Milli Şurasının Aşağı Palatası tərəfindən qəbul edilməsindən sonra verilib. Hər iki palata tərəfindən təsdiq edildikdən sonra 24.4259 saylı qanun layihəsi Federal Şuranın onu həyata keçirməyə başlaması öhdəliyi qoyur.

Məlum, bu məsələnin İsveçrəyə heç bir aidiyyəti olmadığı halda o, Azərbaycanın daxili işlərinə qarışır və hansısa tələblərdə bulunur.

“Bu siyasi alverdir və bundan pul qazanırlar”

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, sözügedən qərarın qəbul edilməsi yolverilməzdir və qəbuledilməzdir. Bu qərarın qərəzli olduğunu deyən A.Nağı hesab edir ki, bu kağız parçası erməni mərkəzlərinin sifarişi ilə qəbul edilib. “Avropa ölkələri, xüsusən də İsveçrə özünü “demokratik” ölkə kimi göstərməyə çalışır. Amma onların hər birinin məkrli niyyətləri, çirkin maraqları var. Özlərinin maraqları olan yerdə demokratiya da yaddan çıxır, başqa şey də. İsveçrənin kantonlarından birində bir neçə il əvvəl mühacirlərin ictimai yerlərdə görünməsini qadağan edən qanun qəbul olundu. Mühacirlərə qarşı belə bir rəsmi qadağa qoyuldu. İsveçrənin özündə də, Avropanın başqa öılələrində də hüquq müdafiəçiləri bu qanuna etiraz etdilər, onu qeyri-insani, qeyri-humanist addım adlandırdılar, diskriminasiya olduğunu dedilər. Sonra qəbul olunmuş qanuna əhalinin rəyini öyrənmək üçün İsveçrə Federel hökuməti bütün ölkə ərazisində sorğu keçirdi. Sorğuda iştirak edənlərin 85 faizi hökumətin bu qərarına müsbət yanaşdı. Bu, İsçevrə mühitinin göstəricisi idi ki, bunların mühacirlərə, insanlığa yanaşmaları budur, yaratdıqları görüntü ilə fərqlidir.

İndi də durub ermənilərlə bağlı qərar qəbul ediblər. İsveçrəyə nə düşüb ki, başqa ölkənin daxili işlərinə qarışır? Sizin nə haqqınız var ki, başqa ölkənin daxili işləri ilə bağlı qərar qəbul edəsiniz, erməniləri əlinizdə bayraq tutub onlardan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edəsiniz? İsveçrədə ifrat millətçilik baş alıb gedir, öz millətçiliklərini də xoşları gəlməyən ölkələrə bu şəkildə göstərməyə çalışırlar. Guya bunlar ermənilərin müdafiəçiləridir. Dünyada o qədər problemlər var ki, onların heç biri qaldırılmır. Qəzzada baş verənlərə, başqa yerlərdə insanlara qarşı törədilən kütləvi qırğınlara, terror aktlarına və sairə münasibət bildirmirlər, amma yeri gələndə ermənilərin müdafiəsinə qalxırlar”.

A.Nağı hesab edir ki, burda söhbət heç də ermənilərin müdafiəsindən getmir, Azərbaycan bütövlükdə Avropa cameəsinin əlində alət olmadı, onlara ondan regionda alət kimi istifadə etmələri üçün şansı vermədi. “Bu təkcə İsveçrənin qərarı deyil, ümumavropa qərarıdır. Avropa Parlamentinin tutduğu xətdir ki, ayrı-ayrı ölkələrdən, istər Belçika, Niderland, istər Almaniya, istərsə də İsçeçrə olsun, Azərbaycana qarşı istifadə etsin. Fransa onsuz da Azərbaycana düşməndir. Bununla bağlı Avropa İttifaqında Avropa Parlamenti tərəfindən bir xətt qəbul olunub və o xəttə uyğun vaxtaşırda bu cür qətnamələr, sənədlər qəbul edib Azərbaycana təzyiq etməyə çalışırlar”.

A.Nağı bildirdi ki, Avropa ölkələri “dəyərlərlə” bütün ölkələri öz nəzarətində saxlamağa cəhd edir, daxillərindəki proseslərə müdaxilə etmək istəyirlər. A.Nağının fikrincə, hətta bu istiqamətdə milyonlarla pul da xərcləyirlər. Azərbaycanın daxilində bunların fəaliyyətinin məhdudlaşdırıldığını deyən A.Nağının sözlərinə görə, o ölkələr ölkəmizin daxilindəki bəzi qrupları öz nəzarətlərində saxlamaq üçün milyonlarla vəsait xərcləyirlər. A.Nağı deyir ki, onlar ölkələrdə öz maraqlarına xidmət edən proksi qüvvələr saxlayırlar və onlar vasitəsilə hakimiyyətlərə nəzarət edib onların qəbul etdiyi qərarlara təsir etmək niyyəti güdürlər. Müsahibimiz qeyd etdi ki, Avropa ölkələri onların sözündən çıxan, maraqlarına xidmət etməyən ölkələri qara rəngdə təqdim edirlər. “Bu baxımdan, İsveçrə parlamentinin Qarabağdan könüllü getmiş ermənilərin geri qaytarılması ilə bağlı qərarı absurddur, bunun əsasında saxta iddialar dayanır. Açıq görsənir ki, onlar erməni mərkəzlərinin, lobbi təşkilatlarının sifarişlərini yerinə yetiriblər, çünki onlardan maliyyələşirlər. Bu siyasi alverdir və bundan pul qazanırlar. Bu bizə aydındır. Azərbaycan Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, eləcə də İsveçrənin, ona bənzər ölkələrin qərarlarını bir kağız parçası sayır. Belə də olmalıdır. Bu bizim daxili işimizdir. Heç bir təzyiq olmadan ermənilər ölkəmizi tərk edib və onların geri qayıtması üçün də Azərbaycan konkret şərt qoyub ki, Azərbaycan vətəndaşlığını, qanunlarını, bayrağını qəbul etməlidirlər, geri qayıdanlar arasında hərbi cinayətlərdə iştirak edənlər cəzalarını alacaqlar. Azərbaycanın şərtləri bundan ibarətdir. Buna kiminsə müdaxiləsinə ehtiyac yoxdur. Azərbaycan siyasətini bu cür də davam etdirməlidir, bu kimi qərəzli qətnamələrə heç reaksiya da verməməlidir” - deyə A.Nağı bildirdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

08.10.2025 / 21:39
Rusiya Mərkəzi Asiya ölkələri üzərində təsirini xeyli itirdi - Çin, ABŞ və Avropa şərik çıxır...

08.10.2025 / 21:37
“... Zəngəzur Dəhlizi Kipr türkləri üçün də önəmlidir” - Ersin Tatar

08.10.2025 / 21:25
Birinci kim vurulacaq - İran, ya Venesuela?...

08.10.2025 / 21:10
Azərbaycan Türk dünyasında yeni hərbi əməkdaşlıq mərhələsi açır...

08.10.2025 / 21:06
Prezident Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə təşəkkür etdi - VİDEO

08.10.2025 / 21:03
Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirildi

08.10.2025 / 20:57
Beynəlxalq hüquq kütləvi pozulur, türk dünyası sıx birləşməsə hamı məhv olacaq...

08.10.2025 / 20:43
Türk Zirvəsi İrəvanın “TRİPP-dən başqa dəhliz yoxdur” bəyanatına konkret cavab verdi...

08.10.2025 / 20:29
Türk dövlətlərinin hər biri digərlərinə 20 milyard sərmayə qoysaydı... Azərbaycan kimi...

08.10.2025 / 20:15
Sabiq prezidentlər Paşinyana qarşı dəhşətli “fakt” çıxardılar - 70 ədəd "Döyüş xaçı"...

08.10.2025 / 20:02
Türk dünyası 1-ci Türkologiya Qurultayının “sirlərini” 100 il sonra tam biləcək...

08.10.2025 / 19:48
Netanyahu Trampı İrana yeni zərbə vurmağa görün necə inandırmaq istəyir...

08.10.2025 / 19:35
Tələbələrə verilən kredit ildə 19 milyon manata çatdı - layihə özünü necə doğruldur...

08.10.2025 / 19:22
"Azərbaycan və Ermənistan Rusiyasız öz məsələlərini həll edə bilməz"... Daha bir hədə mesajı...

08.10.2025 / 19:08
İlham Əliyev ölkələrarası münasibətlərin ən gərgin vaxtında Putinlə danışdı...

08.10.2025 / 18:55
Bu sahədə dünya birinciliyi Azərbaycana üstünlüklər verir... Təhlil..

08.10.2025 / 18:42
Bütün türk dünyasının vahid hərbi təliminə start verildi...

08.10.2025 / 18:28
Başqa ölkələrlə ildə 25 hərbi təlim keçirən dövlətlər çox deyil - Prezident fakt açdı...

08.10.2025 / 18:22
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 18:18
THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib

08.10.2025 / 18:15
Mərkəzi Asiyadan Avropaya Yaşıl Dəhliz yalnız türk dövlətlərindən keçəcək...

08.10.2025 / 18:02
Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı ŞOK RƏQƏM açıqladı - bir milyondan çox...

08.10.2025 / 17:55
İlham Əliyevin dedikləri olmasaydı, TDT geosiyasi mərkəz ola bilməzdi...

08.10.2025 / 17:48
Vüqar Rəhimzadə: Qəbələ Zirvə Görüşündə qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək

08.10.2025 / 17:41
Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

08.10.2025 / 17:34
İmişlidə 73 nəfərin xəstəxanalıq olduğu kütləvi zəhərlənmənin səbəbi açıqlandı

08.10.2025 / 17:23
“Türk birliyi XXI əsrin yeni geosiyasi arxitekturasıdır” - Əhliman Əmiraslanov

08.10.2025 / 17:10
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Ankarada bir araya gəlir...

08.10.2025 / 16:56
Polis piyadaların hərəkətinə mane olan sürücülərə müraciət etdi

08.10.2025 / 16:42
Rusiya Xəzəryanı dövlətlərin hərbi dəniz təlimini keçirməyi təklif edir...

08.10.2025 / 16:29
Azərbaycan III MDB Oyunlarında öz rekordunu yenilədi - 184 medal...

08.10.2025 / 16:10
Dənizkənarı Milli Park beynəlxalq mükafat aldı

08.10.2025 / 16:07
Məktəbli çantası ağır olmamalıdır - TƏBİB-dən çağırış...

08.10.2025 / 15:43
"Qarşılıqlı fəaliyyət üçün Türk Dövlətləri Təşkilatı strateji platformadır" - Ərdoğan

08.10.2025 / 15:40
Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

08.10.2025 / 15:04
Paşinyan konstitusiya dəyişikliyi məsələsində “ilişib”...

08.10.2025 / 14:47
Bir qrup azərbaycanlı Moskva hava limanında saxlanıldı...

08.10.2025 / 14:27
DİN-dən əməliyyat - daha bir onlayn qumar şəbəkəsi ifşa edildi, 5 nəfər tutuldu - VİDEO

08.10.2025 / 14:25
Akademik Musiqili Teatrda “Sən kralsan” tamaşasının premyerası olacaq

08.10.2025 / 14:11
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

08.10.2025 / 13:54
İsrail Qəzza istiqamətində hərəkət edən daha bir gəmi qrupunu saxladı...

08.10.2025 / 13:23
İran Avropa İttifaqı ölkələrinə nota verdi

08.10.2025 / 13:10
Меркель взорвала "б*омбу"! Европа продавала нас Путину. За сколько? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.10.2025 / 12:58
Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib - FOTO

08.10.2025 / 12:46
Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradıldı

08.10.2025 / 12:34
Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib - FOTO

08.10.2025 / 12:11
Hava limanında gömrük nəzarətindən gizlədilən 365 qram qızıl külçə aşkarlandı

08.10.2025 / 12:02
Dumandakı dua — Çinarə Ömray yazır...

08.10.2025 / 11:52
İbrahim Kalın və Trampın xüsusi nümayəndəsi Qəzza ilə bağlı danışıqlara qatılırlar

08.10.2025 / 11:13
FİFA Ermənistan Futbol Federasiyasını 16 min dollar cərimələdi - azarkeşlərə görə

08.10.2025 / 11:06
Əfqanlar 11 Pakistan əsgərini öldürdü - TƏCİLİ

08.10.2025 / 11:03
Moskvadan ultimatum: "Rusiyasız Ermənistan - Azərbaycan sülhü olmayacaq!" - VİDEO

08.10.2025 / 11:01
Dövlət büdcəsindən 9 ayda 218 milyon manatdan çox vəsait geri qaytarılıb

08.10.2025 / 10:43
Bu il neçə Azərbaycan vətəndaşı əcnəbilərlə nigah bağlayıb?

08.10.2025 / 10:29
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 10:21
Minatəmizləmə Agentliyi Hadrutda mobil baza yaradır

08.10.2025 / 10:12
Naxçıvanda oğurluğa görə 2 nəfər həbs edilib

08.10.2025 / 10:06
Türkiyədə tanınmış müqğənnilər həbs edilib - narkotikaya görə...

08.10.2025 / 10:02
ABŞ-da gizli qırıcı təyyarələr işə salınır - layihə təsdiqləndi

08.10.2025 / 09:30
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb

08.10.2025 / 09:27
Valideynlər bahalı "məktəb avtobusları"nın alternativini tapdı - həm də xeyli ucuz...

08.10.2025 / 09:21
Bu gün III MDB Oyunlarına yekun vurulacaq

08.10.2025 / 09:12
Nobel mükafatının təsis edildiyi əsas kapital Bakı neftindən əldə edilib - İsveç mediası

08.10.2025 / 09:05
Bu tarixdə Azərbaycanda qısaldılmış iş rejimi olacaq

08.10.2025 / 09:01
"O, məni çox məyus edib" - Tramp Putin barədə danışıb

08.10.2025 / 08:34
Əmək pensiyasının təyinatı üçün heç bir kağız tələb olunmayacaq - rahatlıq, ya təzə çətinliklər?..

08.10.2025 / 08:32
Bu ölkədə prezidentin korteji daşa basıldı

07.10.2025 / 22:51
MDU-nun müəllim və tələbələri ilk dəfə olaraq “Orhun Mübadilə Proqramı”nda iştirak edəcəklər - FOTO

07.10.2025 / 21:41
Rusiya-Ukrayna cəbhəsində təhlükəli eskalasiya: ABŞ oyuna dağıdıcı texnika daxil edir...

07.10.2025 / 21:34
Prezident İlham Əliyev TDT-nin Dövlət Başçıları Şurasının Zirvə Görüşü ilə bağlı paylaşım etdi - VİDEO

07.10.2025 / 21:28
"Ermənistan rəhbəri Gəncəni raketlə vurmaq əmrini verdi"...

07.10.2025 / 21:14
Avroittifaq Azərbaycan üçün yeni müsbət gündəlik müəyyən etdi...

07.10.2025 / 21:01
Türk Dövlətləri Təşkilatı yeni qlobal güc mərkəzinə çevrilir

07.10.2025 / 20:47
“Azərbaycan əlavə şərt qoymasa, sülh imzalana bilər” - Mirzoyan baş-ayaq danışdı...

07.10.2025 / 20:33
İrəvan Avropaya doğru daha bir addım atan kimi Rusiya təzyiq kartını dərhal işə saldı...

07.10.2025 / 20:20
Türk Dövlətlərinə 1 illik rəhbərlik Azərbaycanın qarşısında yeni meydan açacaq...

07.10.2025 / 20:06
Türkiyədən Rusiyanı şoka salan qərar - Rusiya ilə yox, ABŞ-la...

07.10.2025 / 19:52
Türk Dövlətləri Təşkilatının Zirvələri fonunda Azərbaycan mədəniyyətinin təbliği geniş vüsət alır...

07.10.2025 / 19:39
Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır - FOTO

07.10.2025 / 19:27
Ermənistan 5 il sonra qərar verəcək - özlərindən başqa heç kim inanmır...

07.10.2025 / 19:21
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ

Oktyabr
B.eÇ.aÇC.aCŞB
293012345678910111213141516171819202122232425262728293031123456789