Cümə axşamı günü, 9 oktyabr 2025
     

Əsəd rejimi dəyişdi, Ermənistanın Suriya ilə qardaşlığı dəyişmədi...

Image

Afsəddin Nəbiyev: “Onların erməni hakimiyyət nümayəndələri ilə əlaqələri narahatlıq doğurur”

Hələb qubernatoru Əzzam əl-Qərib Ermənistan Respublikasının Hələbdəki baş konsulu Ara Avetisyan ilə investisiya layihələri və turizmin inkişafına xüsusi diqqət yetirərək, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edib.

Bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, tərəflər Hələbin erməni icmasındakı vəziyyəti də müzakirə ediblər. Əl-Qərib əyalətin Ermənistanla infrastruktur və iqtisadi artım sahələrində strateji tərəfdaşlığın qurulmasına dəstəyini bir daha vurğulayaraq, ortaq mədəni irsin qorunmasının vacibliyini vurğulayıb. Bundan əvvəl Hələb qubernatorunun müavini Əli Xannurə və onu müşayiət edən nümayəndə heyəti ikitərəfli münasibətlərin möhkəmləndirilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün Ermənistanın Hələbdəki baş konsulluğunda olub.

Çox qəribədir, Bəşər Əsəd rejimi dönəmində də Suriya Ermənistanla qardaş olur, rejim dəyişəndən sonra da iki ölkə arasında çox yaxın münasibətlər qurulur. Halbuki, Ermənistan Əsəd rejiminin qatı tərəfdarı olduğu üçün hakimiyyətə gələn yeni qüvvələr İrəvanla münasibətlərdə bu amili nəzərə almalı idilər. Ancaq məlum olur ki, bu, belə deyil. Ermənistandan Suriyaya rəsmi səfərlər, tərəflər arasında təmaslar davam edir. Əlaqələr qurulur, əməkdaşlıq edilir. Nə baş verir? Dünənə qədər Ermənistan Suriya xalqının başına oyun açan Əsəd rejiminin yanında idi, onu dəstəkləyirdi. Suriyada yeni qüvvələr hakimiyyətə gələndən sonra Ermənistan yenə orada peyda olub və qardaşlıq davam edir. O zaman nədir bu? Yeni qüvvələr bilmir ki, Ermənistan hər zaman Əsəd rejiminin tərəfdarı olub?

“Paradoks ondadır ki, Əsədin yanında yer alan erməni icması bu gün də siyasi arenada qalmada davam edir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev bildirdi ki, ermənilərin Suriyaya kütləvi köçürülməsi Osmanlı imperiyası dövründə baş verib: “Bu hadisə o zaman baş verdi ki, Osmanlı dövlətinin başı dərddə olduğu zaman xarici düşmənlərlə mübarizə apardığı ağır vaxtlarda ermənilər üsyana qalxaraq imperiyanı içəridən parçalamağa cəhd etdilər. Buna görə də Osmanlı dövləti ermənilərə silahı yerə qoyub təslim olmağı, əks halda sürgün olunacaqlarını bəyan etdi. Ermənilər ikinci yolu seçib Suriyada məskunlaşıblar. Elə o zamandan, Suriyadakı müasir erməni icması 1920-ci illərin əvvəllərində Qərbi Ermənistan və Kilikiyadan olan erməni qaçqınlarından formalaşıb. XX əsrin ortalarından Yaxın Şərqdə davam edən siyasi qeyri-sabitlik səbəbindən Suriya ermənilərinin Avropa ölkələrinə mühacirət etməsinə baxmayaraq, vətəndaş müharibəsinin başlanmasına qədər xeyli sayda erməni hələ də Suriyada, xüsusilə Hələbdə, həmçinin Dəməşq, Homs, Latakiya, Kessab, Qamışlı, Tartus və s məntəqələrdə yaşayırdı. Erməni icmasının öz kilsələri, milli məktəbləri, qəzet və jurnalları, mətbəələri, gənclər, mədəniyyət, xeyriyyə və idman mərkəzləri, soydaş birlikləri fəaliyyət göstərib. Hətta Suriyada Erməni Apostol Kilsəsinin iki yeparxiyası var: Beriya (Hələb) və Dəməşq. Bütün bunları ona görə xatırladıram ki, Suriyada erməni dayaqları çox möhkəm tellərlə bağlıdır. Hələ sovetlər dövründə sovet Ermənistanı ilə Suriya erməniləri arasında dərin bağlantı mövcud olub. İndiki Ermənistanda yaşayan azərbaycanlıların 1947-ci illər deportasiyası zamanı əsas hədəflərdən biri də orada minillər boyu məskunlaşmış əhalini oradan çıxarıb yerinə Suriya ermənilərini yerləşdirmək olub. Bu, zaman-zaman həyata keçirilən siyasət olub. Azərbaycanın əraziləri işğal altında olanda Suriyadan xeyli sayda erməni Qarabağ ətrafında məskunlaşdırılıb. Bütün bunlar azmış kimi, Əsəd rejimi Ermənistana hər zaman bütün sahələrdə - maddi, hərbi, siyasi dəstəyini göstərib. İndi vəziyyət bir az fərqlidir. Bəşər Əsədin qaçmasından sonra Türkiyə amili önə çıxdı. Ancaq məsələ burasındadır ki, yuxarıda qeyd etdiyim kimi, Suriya ermənilərinin bu ölkədə güclü dayaqları var. Paradoks ondadır ki, Əsədin yanında yer alan erməni icması bu gün də siyasi arenada qalmada davam edir. Onların erməni hakimiyyət nümayəndələri ilə görüşləri, əlaqələr, narahatlıq doğuran məsələlərdəndir. Fikrimcə, bu məsələ də yaxın vaxtlarda öz həllini tapacaq. Yəni yeni formalaşan hakimiyyət Əsədin yanında yer alan erməni icmasının nümayəndələrini bu proseslərdən uzaqlaşdırmağı bacaracaq. Burada Türkiyə-Azərbaycan amili önə çıxacaq. Məhz bundan sonra Əsəd rejiminin tərəfdarları tarixin arxivinə atılacaq”.

Vidadi ORDAHALLI



VİDEO

SON XƏBƏRLƏR

08.10.2025 / 21:39
Rusiya Mərkəzi Asiya ölkələri üzərində təsirini xeyli itirdi - Çin, ABŞ və Avropa şərik çıxır...

08.10.2025 / 21:37
“... Zəngəzur Dəhlizi Kipr türkləri üçün də önəmlidir” - Ersin Tatar

08.10.2025 / 21:25
Birinci kim vurulacaq - İran, ya Venesuela?...

08.10.2025 / 21:10
Azərbaycan Türk dünyasında yeni hərbi əməkdaşlıq mərhələsi açır...

08.10.2025 / 21:06
Prezident Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə təşəkkür etdi - VİDEO

08.10.2025 / 21:03
Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirildi

08.10.2025 / 20:57
Beynəlxalq hüquq kütləvi pozulur, türk dünyası sıx birləşməsə hamı məhv olacaq...

08.10.2025 / 20:43
Türk Zirvəsi İrəvanın “TRİPP-dən başqa dəhliz yoxdur” bəyanatına konkret cavab verdi...

08.10.2025 / 20:29
Türk dövlətlərinin hər biri digərlərinə 20 milyard sərmayə qoysaydı... Azərbaycan kimi...

08.10.2025 / 20:15
Sabiq prezidentlər Paşinyana qarşı dəhşətli “fakt” çıxardılar - 70 ədəd "Döyüş xaçı"...

08.10.2025 / 20:02
Türk dünyası 1-ci Türkologiya Qurultayının “sirlərini” 100 il sonra tam biləcək...

08.10.2025 / 19:48
Netanyahu Trampı İrana yeni zərbə vurmağa görün necə inandırmaq istəyir...

08.10.2025 / 19:35
Tələbələrə verilən kredit ildə 19 milyon manata çatdı - layihə özünü necə doğruldur...

08.10.2025 / 19:22
"Azərbaycan və Ermənistan Rusiyasız öz məsələlərini həll edə bilməz"... Daha bir hədə mesajı...

08.10.2025 / 19:08
İlham Əliyev ölkələrarası münasibətlərin ən gərgin vaxtında Putinlə danışdı...

08.10.2025 / 18:55
Bu sahədə dünya birinciliyi Azərbaycana üstünlüklər verir... Təhlil..

08.10.2025 / 18:42
Bütün türk dünyasının vahid hərbi təliminə start verildi...

08.10.2025 / 18:28
Başqa ölkələrlə ildə 25 hərbi təlim keçirən dövlətlər çox deyil - Prezident fakt açdı...

08.10.2025 / 18:22
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 18:18
THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib

08.10.2025 / 18:15
Mərkəzi Asiyadan Avropaya Yaşıl Dəhliz yalnız türk dövlətlərindən keçəcək...

08.10.2025 / 18:02
Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı ŞOK RƏQƏM açıqladı - bir milyondan çox...

08.10.2025 / 17:55
İlham Əliyevin dedikləri olmasaydı, TDT geosiyasi mərkəz ola bilməzdi...

08.10.2025 / 17:48
Vüqar Rəhimzadə: Qəbələ Zirvə Görüşündə qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək

08.10.2025 / 17:41
Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

08.10.2025 / 17:34
İmişlidə 73 nəfərin xəstəxanalıq olduğu kütləvi zəhərlənmənin səbəbi açıqlandı

08.10.2025 / 17:23
“Türk birliyi XXI əsrin yeni geosiyasi arxitekturasıdır” - Əhliman Əmiraslanov

08.10.2025 / 17:10
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Ankarada bir araya gəlir...

08.10.2025 / 16:56
Polis piyadaların hərəkətinə mane olan sürücülərə müraciət etdi

08.10.2025 / 16:42
Rusiya Xəzəryanı dövlətlərin hərbi dəniz təlimini keçirməyi təklif edir...

08.10.2025 / 16:29
Azərbaycan III MDB Oyunlarında öz rekordunu yenilədi - 184 medal...

08.10.2025 / 16:10
Dənizkənarı Milli Park beynəlxalq mükafat aldı

08.10.2025 / 16:07
Məktəbli çantası ağır olmamalıdır - TƏBİB-dən çağırış...

08.10.2025 / 15:43
"Qarşılıqlı fəaliyyət üçün Türk Dövlətləri Təşkilatı strateji platformadır" - Ərdoğan

08.10.2025 / 15:40
Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

08.10.2025 / 15:04
Paşinyan konstitusiya dəyişikliyi məsələsində “ilişib”...

08.10.2025 / 14:47
Bir qrup azərbaycanlı Moskva hava limanında saxlanıldı...

08.10.2025 / 14:27
DİN-dən əməliyyat - daha bir onlayn qumar şəbəkəsi ifşa edildi, 5 nəfər tutuldu - VİDEO

08.10.2025 / 14:25
Akademik Musiqili Teatrda “Sən kralsan” tamaşasının premyerası olacaq

08.10.2025 / 14:11
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

08.10.2025 / 13:54
İsrail Qəzza istiqamətində hərəkət edən daha bir gəmi qrupunu saxladı...

08.10.2025 / 13:23
İran Avropa İttifaqı ölkələrinə nota verdi

08.10.2025 / 13:10
Меркель взорвала "б*омбу"! Европа продавала нас Путину. За сколько? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.10.2025 / 12:58
Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib - FOTO

08.10.2025 / 12:46
Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradıldı

08.10.2025 / 12:34
Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib - FOTO

08.10.2025 / 12:11
Hava limanında gömrük nəzarətindən gizlədilən 365 qram qızıl külçə aşkarlandı

08.10.2025 / 12:02
Dumandakı dua — Çinarə Ömray yazır...

08.10.2025 / 11:52
İbrahim Kalın və Trampın xüsusi nümayəndəsi Qəzza ilə bağlı danışıqlara qatılırlar

08.10.2025 / 11:13
FİFA Ermənistan Futbol Federasiyasını 16 min dollar cərimələdi - azarkeşlərə görə

08.10.2025 / 11:06
Əfqanlar 11 Pakistan əsgərini öldürdü - TƏCİLİ

08.10.2025 / 11:03
Moskvadan ultimatum: "Rusiyasız Ermənistan - Azərbaycan sülhü olmayacaq!" - VİDEO

08.10.2025 / 11:01
Dövlət büdcəsindən 9 ayda 218 milyon manatdan çox vəsait geri qaytarılıb

08.10.2025 / 10:43
Bu il neçə Azərbaycan vətəndaşı əcnəbilərlə nigah bağlayıb?

08.10.2025 / 10:29
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 10:21
Minatəmizləmə Agentliyi Hadrutda mobil baza yaradır

08.10.2025 / 10:12
Naxçıvanda oğurluğa görə 2 nəfər həbs edilib

08.10.2025 / 10:06
Türkiyədə tanınmış müqğənnilər həbs edilib - narkotikaya görə...

08.10.2025 / 10:02
ABŞ-da gizli qırıcı təyyarələr işə salınır - layihə təsdiqləndi

08.10.2025 / 09:30
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb

08.10.2025 / 09:27
Valideynlər bahalı "məktəb avtobusları"nın alternativini tapdı - həm də xeyli ucuz...

08.10.2025 / 09:21
Bu gün III MDB Oyunlarına yekun vurulacaq

08.10.2025 / 09:12
Nobel mükafatının təsis edildiyi əsas kapital Bakı neftindən əldə edilib - İsveç mediası

08.10.2025 / 09:05
Bu tarixdə Azərbaycanda qısaldılmış iş rejimi olacaq

08.10.2025 / 09:01
"O, məni çox məyus edib" - Tramp Putin barədə danışıb

08.10.2025 / 08:34
Əmək pensiyasının təyinatı üçün heç bir kağız tələb olunmayacaq - rahatlıq, ya təzə çətinliklər?..

08.10.2025 / 08:32
Bu ölkədə prezidentin korteji daşa basıldı

07.10.2025 / 22:51
MDU-nun müəllim və tələbələri ilk dəfə olaraq “Orhun Mübadilə Proqramı”nda iştirak edəcəklər - FOTO

07.10.2025 / 21:41
Rusiya-Ukrayna cəbhəsində təhlükəli eskalasiya: ABŞ oyuna dağıdıcı texnika daxil edir...

07.10.2025 / 21:34
Prezident İlham Əliyev TDT-nin Dövlət Başçıları Şurasının Zirvə Görüşü ilə bağlı paylaşım etdi - VİDEO

07.10.2025 / 21:28
"Ermənistan rəhbəri Gəncəni raketlə vurmaq əmrini verdi"...

07.10.2025 / 21:14
Avroittifaq Azərbaycan üçün yeni müsbət gündəlik müəyyən etdi...

07.10.2025 / 21:01
Türk Dövlətləri Təşkilatı yeni qlobal güc mərkəzinə çevrilir

07.10.2025 / 20:47
“Azərbaycan əlavə şərt qoymasa, sülh imzalana bilər” - Mirzoyan baş-ayaq danışdı...

07.10.2025 / 20:33
İrəvan Avropaya doğru daha bir addım atan kimi Rusiya təzyiq kartını dərhal işə saldı...

07.10.2025 / 20:20
Türk Dövlətlərinə 1 illik rəhbərlik Azərbaycanın qarşısında yeni meydan açacaq...

07.10.2025 / 20:06
Türkiyədən Rusiyanı şoka salan qərar - Rusiya ilə yox, ABŞ-la...

07.10.2025 / 19:52
Türk Dövlətləri Təşkilatının Zirvələri fonunda Azərbaycan mədəniyyətinin təbliği geniş vüsət alır...

07.10.2025 / 19:39
Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır - FOTO

07.10.2025 / 19:27
Ermənistan 5 il sonra qərar verəcək - özlərindən başqa heç kim inanmır...

07.10.2025 / 19:21
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ

Oktyabr
B.eÇ.aÇC.aCŞB
293012345678910111213141516171819202122232425262728293031123456789