Çərşənbə günü, 8 oktyabr 2025
     

Ukraynada “qismən atəşkəs” qərarı... Putin Trampla görüşdən dərhal sonra orduya əmr verdi...

Image

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında 2,5 saatdan çox davam edən kritik telefon danışığında Ukraynadakı müharibənin həlli ilə bağlı mühüm qərarlar qəbul edilib. Kremldən verilən açıqlamaya görə, Putin Trampın tərəflərin enerji infrastrukturuna hücumları 30 gün ərzində qarşılıqlı olaraq dayandırmaq təklifinə müsbət cavab verib və hərbçilərə dərhal atəşı dayandırmağı əmr edib.

Ağ Ev də Tramp və Putinin Ukrayna müharibəsində daimi sülh və atəşkəs haqqında razılığa gəldiyini bəyan edib.

Kremlin açıqlamasında bildirilib ki, görüş zamanı tərəflər əsir mübadiləsi ilə bağlı da razılığa gəliblər. Kremlin məlumatına görə, Rusiya və Ukrayna martın 19-da 175-175 düsturu əsasında əsir mübadiləsi həyata keçirəcək. Həmçinin Rusiyanın tibb müəssisələrində müalicə alan 23 ağır yaralı ukraynalı əsgərin xoşməramlılıq əlaməti olaraq Kiyevə təhvil veriləcəyi açıqlanıb.

Bundan başqa, Putinin Trampın Qara dənizdə gəmilərin təhlükəsizliyi ilə bağlı təşəbbüsünə də müsbət yanaşdığı və bu məsələnin təfərrüatlarını müəyyən etmək üçün danışıqlara başlayacağı bildirilib. Tərəflər təhlükəsizlik sahəsində əməkdaşlığı artırmaq niyyətində olduqlarını bildiriblər.

Putin görüşdə münaqişənin gərginləşməsinin qarşısını almaq üçün əsas şərtlərini də Trampa çatdırıb. Rusiya prezidenti bildirib ki, Ukraynaya xarici hərbi yardımı tamamilə dayandırılmalı, Kiyevə kəşfiyyat dəstəyinə son qoyulmalı və Ukraynanın yenidən silahlanmasının qarşısı alınmalıdır. Ukraynada məcburi səfərbərliyin dayandırılması şərtini də qoyan Rusiya lideri bildirib ki, mümkün atəşkəsə bütün cəbhə xətti boyunca effektiv şəkildə nəzarət edilməlidir.

Trampın Kursk vilayətində mühasirəyə alınan ukraynalı əsgərlərin həyatını qorumaq tələbinə cavab olaraq Putin, ukraynalı əsgərlər təslim olacaqları halda Rusiyanın humanitar əsaslarla bu əsgərlərin həyatına və beynəlxalq hüquqa uyğun olaraq onlara humanist münasibət göstəriləcəyinə zəmanət verəcəyini bildirib.

Putin və Tramp Ukrayna böhranının diplomatik həlli üçün ikitərəfli təmasları davam etdirməyə razılaşıblar və bu çərçivədə Rusiya və Amerika ekspert qruplarının yaradılacağı açıqlanıb. Liderlər Qara dənizdə atəşkəsin təmin edilməsi və daimi sülh üçün texniki danışıqlara başlanılacağını da açıqlayıblar. Qeyd edilib ki, bütün bunlarla bağlı müzakirlər Yaxın Şərqdə aparılacaq.

Liderlər həmçinin ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının vacibliyini də vurğulayıblar. “İki lider ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının gələcəyinin böyük dividentlər gətirəcəyi barədə razılığa gəliblər. Bura nəhəng iqtisadi sövdələşmələr və sülh əldə edildikdən sonra geosiyasi sabitlik də daxildir” – deyə Ağ Evin açıqlamasında bildirilir.

Tramp isə sosial media hesabından verdiyi açıqlamada Putinlə görüşü “çox yaxşı və məhsuldar” adlandırıb.

"Rusiya prezidenti Putinlə danışığım çox yaxşı və məhsuldar oldu. Bütün enerji və infrastruktur sahələrində dərhal atəşkəsə razılaşdıq və Rusiya ilə Ukrayna arasında bu dəhşətli müharibəni tam sona çatdırmaq üçün sürətli şəkildə tez çalışmaq barədə razılığa gəldik. Mən prezident olsaydım, bu müharibə heç vaxt başlamazdı!

Sülh sazişinin bir çox elementləri müzakirə edildi, o cümlədən minlərlə əsgərin həlak olması faktı da var. Həm prezident Putin, həm də prezident Zelenski bunun bitməsini istəyir. Bu proses artıq tam qüvvədədir və ümid edirəm ki, bəşəriyyət naminə biz bu işi uğurla başa vuracağıq!” – deyə Tramp bildirib.

Trampın qısa müddət ərzində Ukrayna prezidenti Zelenski ilə telefon danışığı aparacağı açıqlanıb. Trampın Putinlə telefon danışığının təfərrüatlarını Zelenski ilə bölüşəcəyi gözlənilir.

Tramp-Putin danışıqlarına münasibət bildirən Zelenski isə deyib ki, liderlər arasında danışıqlar zamanı Ukraynada hava hücumu siqnalları səslənib. Ona görə də ukraynalılara aydındır ki, onların razılaşmaları hələ işə yaramır.

Onun fikrincə, Ukrayna və Amerika nümayəndə heyətlərinin Səudiyyə Ərəbistanında, Ciddədə apardığı danışıqlarda yaxşı nəticələr əldə olunub, xüsusən də ABŞ tərəfindən tam atəşkəs təklifi irəli sürülüb. Baxmayaraq ki, Ukraynanın təklifi enerji obyektlərinə, həmçinin silsilə zərbələrin dayandırılması ilə bağlı idi.

"İndi qaldırılan yeganə sual enerji sektoruna zərbə vurmamaqdır. Hələlik əlavə məlumatım yoxdur. Düşünürəm ki, Prezident Trampla söhbətimiz olub, rusların amerikalılara nə təklif etdiyini və ya amerikalıların ruslara nə təklif etdiyini təfərrüatlarını bilsək, düzgün olardı", - deyə Zelenski vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Amerika tərəfi Ukrayna ilə razılaşmalara hörmətlə yanaşaraq, Ciddədə Ukrayna ilə müzakirə olunan təklifləri irəli sürüb.

Ukrayna enerji sahəsində atəşkəslə bağlı təklifləri dəstəkləyəcək, lakin razılaşmanın tərəfləri ilə bağlı bütün detalları ictimaiyyətə açıqlamaq lazımdır.

"Amerika Prezidentindən, Amerika tərəfdən təfərrüatları aldıqdan sonra biz öz cavabımızı verəcəyik, onu hazırlayacağıq və komanda texniki danışıqlara hazır olacaq", - deyə Zelenski bildirib.

TAHİR



VİDEO

SON XƏBƏRLƏR

08.10.2025 / 21:39
Rusiya Mərkəzi Asiya ölkələri üzərində təsirini xeyli itirdi - Çin, ABŞ və Avropa şərik çıxır...

08.10.2025 / 21:37
“... Zəngəzur Dəhlizi Kipr türkləri üçün də önəmlidir” - Ersin Tatar

08.10.2025 / 21:25
Birinci kim vurulacaq - İran, ya Venesuela?...

08.10.2025 / 21:10
Azərbaycan Türk dünyasında yeni hərbi əməkdaşlıq mərhələsi açır...

08.10.2025 / 21:06
Prezident Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə təşəkkür etdi - VİDEO

08.10.2025 / 21:03
Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirildi

08.10.2025 / 20:57
Beynəlxalq hüquq kütləvi pozulur, türk dünyası sıx birləşməsə hamı məhv olacaq...

08.10.2025 / 20:43
Türk Zirvəsi İrəvanın “TRİPP-dən başqa dəhliz yoxdur” bəyanatına konkret cavab verdi...

08.10.2025 / 20:29
Türk dövlətlərinin hər biri digərlərinə 20 milyard sərmayə qoysaydı... Azərbaycan kimi...

08.10.2025 / 20:15
Sabiq prezidentlər Paşinyana qarşı dəhşətli “fakt” çıxardılar - 70 ədəd "Döyüş xaçı"...

08.10.2025 / 20:02
Türk dünyası 1-ci Türkologiya Qurultayının “sirlərini” 100 il sonra tam biləcək...

08.10.2025 / 19:48
Netanyahu Trampı İrana yeni zərbə vurmağa görün necə inandırmaq istəyir...

08.10.2025 / 19:35
Tələbələrə verilən kredit ildə 19 milyon manata çatdı - layihə özünü necə doğruldur...

08.10.2025 / 19:22
"Azərbaycan və Ermənistan Rusiyasız öz məsələlərini həll edə bilməz"... Daha bir hədə mesajı...

08.10.2025 / 19:08
İlham Əliyev ölkələrarası münasibətlərin ən gərgin vaxtında Putinlə danışdı...

08.10.2025 / 18:55
Bu sahədə dünya birinciliyi Azərbaycana üstünlüklər verir... Təhlil..

08.10.2025 / 18:42
Bütün türk dünyasının vahid hərbi təliminə start verildi...

08.10.2025 / 18:28
Başqa ölkələrlə ildə 25 hərbi təlim keçirən dövlətlər çox deyil - Prezident fakt açdı...

08.10.2025 / 18:22
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 18:18
THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib

08.10.2025 / 18:15
Mərkəzi Asiyadan Avropaya Yaşıl Dəhliz yalnız türk dövlətlərindən keçəcək...

08.10.2025 / 18:02
Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı ŞOK RƏQƏM açıqladı - bir milyondan çox...

08.10.2025 / 17:55
İlham Əliyevin dedikləri olmasaydı, TDT geosiyasi mərkəz ola bilməzdi...

08.10.2025 / 17:48
Vüqar Rəhimzadə: Qəbələ Zirvə Görüşündə qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək

08.10.2025 / 17:41
Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

08.10.2025 / 17:34
İmişlidə 73 nəfərin xəstəxanalıq olduğu kütləvi zəhərlənmənin səbəbi açıqlandı

08.10.2025 / 17:23
“Türk birliyi XXI əsrin yeni geosiyasi arxitekturasıdır” - Əhliman Əmiraslanov

08.10.2025 / 17:10
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Ankarada bir araya gəlir...

08.10.2025 / 16:56
Polis piyadaların hərəkətinə mane olan sürücülərə müraciət etdi

08.10.2025 / 16:42
Rusiya Xəzəryanı dövlətlərin hərbi dəniz təlimini keçirməyi təklif edir...

08.10.2025 / 16:29
Azərbaycan III MDB Oyunlarında öz rekordunu yenilədi - 184 medal...

08.10.2025 / 16:10
Dənizkənarı Milli Park beynəlxalq mükafat aldı

08.10.2025 / 16:07
Məktəbli çantası ağır olmamalıdır - TƏBİB-dən çağırış...

08.10.2025 / 15:43
"Qarşılıqlı fəaliyyət üçün Türk Dövlətləri Təşkilatı strateji platformadır" - Ərdoğan

08.10.2025 / 15:40
Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

08.10.2025 / 15:04
Paşinyan konstitusiya dəyişikliyi məsələsində “ilişib”...

08.10.2025 / 14:47
Bir qrup azərbaycanlı Moskva hava limanında saxlanıldı...

08.10.2025 / 14:27
DİN-dən əməliyyat - daha bir onlayn qumar şəbəkəsi ifşa edildi, 5 nəfər tutuldu - VİDEO

08.10.2025 / 14:25
Akademik Musiqili Teatrda “Sən kralsan” tamaşasının premyerası olacaq

08.10.2025 / 14:11
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

08.10.2025 / 13:54
İsrail Qəzza istiqamətində hərəkət edən daha bir gəmi qrupunu saxladı...

08.10.2025 / 13:23
İran Avropa İttifaqı ölkələrinə nota verdi

08.10.2025 / 13:10
Меркель взорвала "б*омбу"! Европа продавала нас Путину. За сколько? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.10.2025 / 12:58
Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib - FOTO

08.10.2025 / 12:46
Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradıldı

08.10.2025 / 12:34
Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib - FOTO

08.10.2025 / 12:11
Hava limanında gömrük nəzarətindən gizlədilən 365 qram qızıl külçə aşkarlandı

08.10.2025 / 12:02
Dumandakı dua — Çinarə Ömray yazır...

08.10.2025 / 11:52
İbrahim Kalın və Trampın xüsusi nümayəndəsi Qəzza ilə bağlı danışıqlara qatılırlar

08.10.2025 / 11:13
FİFA Ermənistan Futbol Federasiyasını 16 min dollar cərimələdi - azarkeşlərə görə

08.10.2025 / 11:06
Əfqanlar 11 Pakistan əsgərini öldürdü - TƏCİLİ

08.10.2025 / 11:03
Moskvadan ultimatum: "Rusiyasız Ermənistan - Azərbaycan sülhü olmayacaq!" - VİDEO

08.10.2025 / 11:01
Dövlət büdcəsindən 9 ayda 218 milyon manatdan çox vəsait geri qaytarılıb

08.10.2025 / 10:43
Bu il neçə Azərbaycan vətəndaşı əcnəbilərlə nigah bağlayıb?

08.10.2025 / 10:29
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 10:21
Minatəmizləmə Agentliyi Hadrutda mobil baza yaradır

08.10.2025 / 10:12
Naxçıvanda oğurluğa görə 2 nəfər həbs edilib

08.10.2025 / 10:06
Türkiyədə tanınmış müqğənnilər həbs edilib - narkotikaya görə...

08.10.2025 / 10:02
ABŞ-da gizli qırıcı təyyarələr işə salınır - layihə təsdiqləndi

08.10.2025 / 09:30
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb

08.10.2025 / 09:27
Valideynlər bahalı "məktəb avtobusları"nın alternativini tapdı - həm də xeyli ucuz...

08.10.2025 / 09:21
Bu gün III MDB Oyunlarına yekun vurulacaq

08.10.2025 / 09:12
Nobel mükafatının təsis edildiyi əsas kapital Bakı neftindən əldə edilib - İsveç mediası

08.10.2025 / 09:05
Bu tarixdə Azərbaycanda qısaldılmış iş rejimi olacaq

08.10.2025 / 09:01
"O, məni çox məyus edib" - Tramp Putin barədə danışıb

08.10.2025 / 08:34
Əmək pensiyasının təyinatı üçün heç bir kağız tələb olunmayacaq - rahatlıq, ya təzə çətinliklər?..

08.10.2025 / 08:32
Bu ölkədə prezidentin korteji daşa basıldı

07.10.2025 / 22:51
MDU-nun müəllim və tələbələri ilk dəfə olaraq “Orhun Mübadilə Proqramı”nda iştirak edəcəklər - FOTO

07.10.2025 / 21:41
Rusiya-Ukrayna cəbhəsində təhlükəli eskalasiya: ABŞ oyuna dağıdıcı texnika daxil edir...

07.10.2025 / 21:34
Prezident İlham Əliyev TDT-nin Dövlət Başçıları Şurasının Zirvə Görüşü ilə bağlı paylaşım etdi - VİDEO

07.10.2025 / 21:28
"Ermənistan rəhbəri Gəncəni raketlə vurmaq əmrini verdi"...

07.10.2025 / 21:14
Avroittifaq Azərbaycan üçün yeni müsbət gündəlik müəyyən etdi...

07.10.2025 / 21:01
Türk Dövlətləri Təşkilatı yeni qlobal güc mərkəzinə çevrilir

07.10.2025 / 20:47
“Azərbaycan əlavə şərt qoymasa, sülh imzalana bilər” - Mirzoyan baş-ayaq danışdı...

07.10.2025 / 20:33
İrəvan Avropaya doğru daha bir addım atan kimi Rusiya təzyiq kartını dərhal işə saldı...

07.10.2025 / 20:20
Türk Dövlətlərinə 1 illik rəhbərlik Azərbaycanın qarşısında yeni meydan açacaq...

07.10.2025 / 20:06
Türkiyədən Rusiyanı şoka salan qərar - Rusiya ilə yox, ABŞ-la...

07.10.2025 / 19:52
Türk Dövlətləri Təşkilatının Zirvələri fonunda Azərbaycan mədəniyyətinin təbliği geniş vüsət alır...

07.10.2025 / 19:39
Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır - FOTO

07.10.2025 / 19:27
Ermənistan 5 il sonra qərar verəcək - özlərindən başqa heç kim inanmır...

07.10.2025 / 19:21
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ

Oktyabr
B.eÇ.aÇC.aCŞB
293012345678910111213141516171819202122232425262728293031123456789