Çərşənbə günü, 19 mart 2025
     

Trampın xüsusi elçisi Bakıya niyə gəlmişdi - İbrahim sazişi və Bakı-İrəvan sazişi ilə bağlılıq...

Image

Məhəmməd Əsədullazadə: “Uitkofun Bakı səfəri və digər çağırışlar sülhün tezləşməsinə hesablanıb”

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi, Vladimir Putinlə atəşkəslə bağlı danışıqlar aparmaq üçün xüsusi missiya ilə Moskvaya getmiş Stiv Uitkofun oradan birbaşa Bakıya gəlməsi xeyli maraq doğurur. Uitkof Putinlə görüşəndən dərhal sonra, gecə saat 3-də onun təyyarəsi “Vnukovo” aeroportundan havaya qalxaraq, 5.30-da Bakıya enib.

Xüsusi nümayəndənin səfəri haqqında heç bir rəsmi açıqlama yoxdur. İsrailin “The Jerusalem Post” qəzeti yazır ki, Uitkof Azərbaycan-ABŞ-İsrail üçtərəfli münasibətlərini müzakirə etmək üçün Bakıya gəlib. Söhbət nədən gedir?

Martın 5-də İsrailin baş naziri Binyamin Netanyahunun ofisi bildirmişdi ki, İsrail Azərbaycanın da daxil olduğu üçtərəfli əməkdaşlıq formatı yaratmaq üçün ABŞ ilə danışıqlar aparır. “Azərbaycan İsrailin Qafqaz regionundakı vacib tərəfdaşıdır. Ölkələrin münasibətləri təhlükəsizlik, ticarət, texnologiya və enerji sektorlarını əhatə edir”,- məlumatda deyilirdi. Bundan bir neçə gün sonra milli missiyalar naziri Orit Strok isə hökumətin qarşısındakı çıxışında Azərbaycan-İsrail əlaqələrini “qarşılıqlı maraqlara və uzunmüddətli dostluğa əsaslanan unikal münasibət” adlandırıb. Xanım Strokun sözlərinə görə, İsrail Azərbaycan və ABŞ ilə münasibətləri möhkəmləndirməkdə davam edəcək və buna mane olmaq istəyənlərlə qəti şəkildə mübarizə aparacaq. Bundan sonra İsraili və yəhudi diasporunu təmsil edən onlarla məşhur ravvin ABŞ prezidenti Donald Trampa məktub yazaraq Azərbaycanı “İbrahim sazişi”nə daxil etməyə çağırdı. Onlardan biri - Birləşmiş Ərəb Əmirliklərinin baş ravvini Əli Abadi Trampın kürəkəni Cared Kuşnerə yaxınlığı ilə tanınır. O, həmçinin, “İbrahim sazişi”nin müəlliflərindən biridir. Bu məktub mediada və diplomatik dairələrdə böyük rezonans doğurmuşdu.

Maraqlıdır, Trampın xüsusi nümayəndəsi Uitkofun həm də Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi təsdiq ediləndən sonra Bakıya səfər etməsi nə deməkdir? Üstəlik, Prezident İlham Əliyev “Euronyus” televiziyasına müsahibəsində dedi ki, Tramp hökumətindən müsbət addımlar gözləyirik. O baxımdan bütün bunlardan sonra bunun baş verməsi nə deməkdir?

“Vaşinqton hesab edir ki, Azərbaycanın “İbrahim sazişi”ndə iştirakı ümumi işə töhfə verəcək”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycan ABŞ-ın yeni administrasiyası ilə əlaqələrin inkişafında maraqlıdır: “Və bu istiqamətdə öz diplomatk səylərini artırıb. ABŞ prezidentinin xüsusi nümayəndəsinin Bakıya səfəri geniş ictimaiyyətə açıqlanmasa da, hər halda tərəflər arasında konfidensial danışıqlar var. Təbii ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıdır. Tramp da sülh sazişinin imzalanmasında müəyyən qədər iştirak etmək istəyir. İstəyir ki, imzalanacaq sülh həm də onun aktivinə yazılsın. Çünki bu, beynəlxalq müstəvidə ona dividend gətirəcək. Trampın milli təhlükəsizlik üzrə müşavirinin Prezident köməkçisi Hikmət Hacıyevlə telefon danışığından aydın olur ki, Vaşinqton sülh sazişinin tezləşməsində maraqlıdır. Çünki dövlət katibi Marko Rubio da sülhlə bağlı çağırış etdi. O baxımdan hesab edirəm ki, Uitkofun Bakı səfəri və digər çağırışlar sülhün tezləşməsinə hesablanıb. Tramp administrasiyasının siyasi iradəsi Azərbaycanla əlaqələri genişləndirməyi özündə ehtiva edir. Digər tərəfdən Vaşinqton istəyir ki, müsəlman ölkəsi olan və həm də İsraillə yaxın əlaqələrə malik Azərbaycan “İbrahim sazişi”ndə yer alsın. Nəzərə almaq lazımdır ki, “İbrahim sazişi” hələ Trampın birinci prezidentliyi dövründə ərsəyə gəlib. Vaşinqton hesab edir ki, Azərbaycanın iştirakı ümumi işə töhfə verəcək”.

Vidadi ORDAHALLI



VİDEO

SON XƏBƏRLƏR

19.03.2025 / 19:15
Ukraynanı 1944- cü ilin "Finlandiya sülhünə" bağlamaq olmaz - prezident rədd etdi...

19.03.2025 / 19:14
Paşinyançılar gözləyirdi ki, türk jurnalisti İrəvanı “erməni şəhəri” adlandıracaq...

19.03.2025 / 18:59
Əmək pensiyası alanların sayı 216 min nəfər azalıb...

19.03.2025 / 18:49
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO

19.03.2025 / 18:46
Rusiya "üçtərəfli işçi qrupa" görə Ermənistanın üzərinə yürüşə hazırlaşır...

19.03.2025 / 18:32
Putin-Tramp razılaşmasını Ukraynada həqiqi atəşkəs adlandırmaq olarmı...

19.03.2025 / 18:19
Ermənistan sazişin imzalanma şərtləri üzərində oyunlara başladı...

19.03.2025 / 18:07
İstanbulda kütləvi həbslər çevriliş adlandırıldı, Ədliyyə naziri hədələdi...

19.03.2025 / 18:01
Rus bölmələrində DİM imtahanlarının qaydası dəyişdirildi…

19.03.2025 / 17:54
İkinci Dünya müharibəsindən sonra yaradılan və hələ ki unikal olan Azərbaycan nümunəsi...

19.03.2025 / 17:40
İran aviaşirkəti Hindistandan Ermənistana silah daşıyır - yeni şok fakt...

19.03.2025 / 17:28
İsveçrə parlamenti Qarabağ ermənilərini geri qaytarmaq üçün “əməliyyata başladı”...

19.03.2025 / 17:15
Əsəd rejimi dəyişdi, Ermənistanın Suriya ilə qardaşlığı dəyişmədi...

19.03.2025 / 17:03
Tramp-Putin görüşü ilə bağlı ziddiyyətli açıqlama - Tramp Kremlin “atəşkəs üçün əsas şərt” açıqlamasını təkzib edir…

19.03.2025 / 16:57
Çanaqqala Zəfərinin 110-cu ildönümündə Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət olundu

19.03.2025 / 16:37
Vüqar Rəhimzadə: Güclü dövlət, güclü Lider formulu Azərbaycanın davamlı uğurlarının əsasıdır

19.03.2025 / 16:23
Gədəbəydə 2 hərbçimiz dumanlı hava şəraitində qar uçqununa düşdü...

19.03.2025 / 15:12
Ceyhun Bayramov Britaniya nazirlə Ermənistanla sülh prosesinin hazırkı durumunu müzakirə etdi

19.03.2025 / 14:55
Kommunal ödənişlər üzrə vahid abunəçi kodu sistemi yaradılır...

19.03.2025 / 14:38
Avroittifaq Kiyevə silah tədarükünü dayandırmayacağını açıqladı...

19.03.2025 / 14:26
Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan Daşqın Behbudov Göyçayda dəfn edildi

19.03.2025 / 14:17
Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

19.03.2025 / 13:37
ABŞ Ukraynada atəşkəsin bütün kritik infrastrukturu əhatə edəcəyini açıqladı...

19.03.2025 / 13:19
Xətaidə narkotiklərin satışına görə iki nəfər saxlandı

19.03.2025 / 13:12
Azərbaycanın 2025–2028-ci illər üçün süni intellekt Strategiyası təsdiq edildi - SƏRƏNCAM

19.03.2025 / 13:10
Россия встретилась с кошмаром - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

19.03.2025 / 12:57
Oğuzda aptekdə satıcı qadını bıçaqla hədələyib quldurluq edən şəxs yaxalamdı

19.03.2025 / 12:44
Bakıda quldurluqda şübhəli bilinən şəxs saxlandı

19.03.2025 / 12:35
İtkin şəhid Atakişi Atayev Keşlədəki Şəhidlər xiyabanında torpağa tapşırıldı

19.03.2025 / 11:40
Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

19.03.2025 / 11:20
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edildi

19.03.2025 / 11:18
Milli Məclis bayramdan sonra toplanır - 15 məsələ müzakirə olunacaq

19.03.2025 / 11:11
Ağdamda silahlı şəxs yaxalanıb - DİN məlumat yaydı

19.03.2025 / 11:05
İsraildə partiya lideri təhlükəsizlik naziri təyin edildi

19.03.2025 / 11:03
Putin Trampla razılaşdı. Qəribə razılaşma... - CANLI

19.03.2025 / 11:00
Əkrəm İmamoğlu saxlanıldı, Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

19.03.2025 / 10:38
İranda əxlaq polisi ləğv edilir? - iranlı spiker paylaşım etdi

19.03.2025 / 10:22
Putin ABŞ-ın atəşkəs təklifini rədd etdi,Tramp isə Putinlə söhbətdən həzz aldığını dedi

19.03.2025 / 10:18
"Arsenal" 23 yaşlı futbolçuya yeni müqavilə təklif edir

19.03.2025 / 10:13
Əkrəm İmamoğlu saxlanıldı - TƏCİLİ

19.03.2025 / 10:10
Leyla Əliyeva "Atəşgah məbədi"ndə - Fotolar

19.03.2025 / 10:03
Bu nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

19.03.2025 / 10:00
Bu gün Bakının bu rayonu qazsız qalacaq

19.03.2025 / 09:45
ABŞ və Rusiya Ukraynada atəşkəslə bağlı Ciddədə danışıqlar aparacaq

19.03.2025 / 09:34
“Putin tam atəşkəs təklifini faktiki olaraq rədd etdi”

19.03.2025 / 09:23
Falçılar vergiyə cəlb olunacaq... Dünya buna gedir..

19.03.2025 / 09:22
ABŞ-da insanabənzər robot istehsal ediləcək zavod açılır

19.03.2025 / 09:11
Ermənistan dinc durmur - yenə mövqelərimiz atəşə tutulub

19.03.2025 / 09:00
Zelenski dəstək və silah axtarır - Finlandiyaya gedib

19.03.2025 / 08:35
Azərbaycanda istixanaların sonu gəlir?...

19.03.2025 / 08:20
Putinlə Trampın söhbətinin təfərrüatları açıqlandı

19.03.2025 / 00:25
Ukraynada “qismən atəşkəs” qərarı... Putin Trampla görüşdən dərhal sonra orduya əmr verdi...

18.03.2025 / 23:42
Paşinyanın aparatı Türkiyə-Azərbaycan qardaşlığını təxribata çəkir... - VİDEO

18.03.2025 / 21:09
ABŞ-İsrail-Ərəb dünyası məkanında Azərbaycan təsirli iqtisadi-siyasi gücə çevrilir...

18.03.2025 / 20:52
Simonyan Azərbaycanın və Ermənistanın konstitusiyasını Venesiya komissiyasına göndərməyi təklif edir...

18.03.2025 / 20:37
Trampın xüsusi elçisi Bakıya niyə gəlmişdi - İbrahim sazişi və Bakı-İrəvan sazişi ilə bağlılıq...

18.03.2025 / 20:23
Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesini yenə pozur...

18.03.2025 / 20:07
USAİD-in Azərbaycan səhiyyəsində şübhəli layihələri araşdırıla bilər...

18.03.2025 / 19:52
Ərdoğan Trampla son söhbətində Qəzza məsələsinə necə yanaşdı...

18.03.2025 / 19:38
Azərbaycan-ABŞ-İsrail strateji əməkdaşlığı Ermənistanı qorxuya saldı...

18.03.2025 / 19:25
Putin xüsusi elçini 8 saat gözlətməklə Trampa mesajlar verdi...

18.03.2025 / 19:11
Mərkəzi Asiya - Avropa İttifaqı sammiti Azərbaycana müstəsna ehtiyac yaratdı...

18.03.2025 / 18:57
Qlobal Bakı Forumu gənclərimizə stimul verdi...

18.03.2025 / 18:44
AMEA-nın 80 illiyi qeyd ediləcək

18.03.2025 / 18:42
İran yeni pulun üstünə Qarabağ rəmzləri vurdu...

18.03.2025 / 18:31
Ermənistan sülhə ən yaxın olduğumuz vaxt sərhədlərə təcavüz edir - kimin planıdır...

18.03.2025 / 18:30
Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

18.03.2025 / 18:28
Türkiyənin tarixi irsi xüsusi örtüklə mühafizə olunacaq

18.03.2025 / 18:26
Türkiyənin Azərbaycandakı səfiri şəhid ailələri ilə görüşdü

18.03.2025 / 18:18
"Rusiya, Azərbaycan, Ermənistan işçi Qrupu "yatmış " vəziyyətdədir" - Rusiyadan təklif

18.03.2025 / 18:14
Ermənistan hüquqi məsələyə görə Bakıya siyasi təzyiqlərə başlayıb...

18.03.2025 / 18:11
Vardanyanın məhkəməsində ondan çox zərərçəkmiş şəxs ifadə verdi - FOTO

18.03.2025 / 18:05
"Kəlbəcərdə o heykəli qoyun" - Kəlbəcər sakini İlham Əliyevdən çox maraqlı xahiş etdi...

18.03.2025 / 17:59
Trampın müşaviri Bakıda məhkəməsi gedən ermənilərin statusu ilə bağlı ciddi yanlışa yol verdi...

18.03.2025 / 17:46
ABŞ-ın Almaniyadan çıxarılan 151 hərbi texnikası 1-2 ay Ermənistanda qalacaq...

18.03.2025 / 17:33
Azərbaycana böhtanlar atan erməni “Lemkin institutunun sirri” açıldı - işdə terrorçu Teyliryanın adı keçir...

18.03.2025 / 17:19
Ermənistan Qarabağda Azərbaycana qarşı etdiyi bu cinayət faktlarından yayına bilməz - Bakı məhkəməsində ifşa...

18.03.2025 / 17:06
"Azərbaycanda hicabla gəzənlər döyülür, həbs olunur" - İrandan gələn ağ yalan...

18.03.2025 / 17:04
DMX əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edildi

18.03.2025 / 17:03
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

18.03.2025 / 16:52
XİN-dən Paşinyanın ofisinin sərhəddə atışma ilə bağlı bəyanatına cavab - Ermənistan hökuməti izahat verməlidir...

Qlobal Bakı Forumu gənclərimizə stimul verdi...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456