Çərşənbə günü, 19 mart 2025
     

Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesini yenə pozur...

Image

Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzrə müvafiq mətnlə bağlı danışıqlar yekunlaşıb. Lakin bu, yaxın zamanda sülhə nail olunacağı anlamına gəlmir. Əksinə, görünən odur ki, Ermənistan sülh pərdəsi altında Azərbaycanla yeni savaş hazırlığını gücləndirir.

Bu prosesdə Ermənistanın xarici havadarları da intensiv fəaliyyət göstərirlər. Sözügedən xüsusda Avropa İttifaqının (Aİ) indi daha çox canfəşanlıq etməsi də diqqətdən yayınmır.

Bu arada Türkiyənin “Haber Global” telekanalı məlumat yayıb ki, Avropa İttifaqı Ermənistanı silahlandırmaq üçün Fransanın rəhbərlik etdiyi layihə hazırlayıb. Telekanalın saytında dərc olunan “Ermənistan PUA axtarışında! Avropa İttifaqından Ermənistana silah yardımı” sərlövhəli məqalədə qeyd olunur ki, Paris, Dehli və Afina Ermənistanı silahlandıran əsas oyunçulardır: “Hazırda İrəvana 10 milyon avro dəyərində hərbi yardım göstərilsə də, bu yardım genişləndiriləcək. Mənbələrə görə, İrəvan növbəti müharibəyə hazırlaşmaq üçün PUA almağa çalışır”. Məqalədə deyilir ki, Aİ-nin Ermənistana hərbi yardımları onun sülh təşəbbüsü ilə bağlı çağırışlarına ziddir: “Aİ rəsmiləri deyirlər ki, Cənubi Qafqazda sülhə ehtiyac var. Amma təşkilat tərəflərdən birini silahla təchiz edərək bu təşəbbüsə mane olur. Aİ-nin dəstəyini hiss edən Ermənistan Azərbaycanla sülh danışıqlarına son qoya bilər. Fransa rəsmiləri iddia edirlər ki, Ermənistan yenidən silahlanaraq sülh danışıqlarında güclü mövqeyə sahib ola bilər”. Analitiklərin fikrincə Ermənistan növbəti müharibəyə hazırlaşır. Onu da qeyd edək ki, Brüssel yaxın zamanda "Avropa Sülh Fondu" vasitəsilə Ermənistana növbəti tranşı ayırmağa hazırlaşır. Ayrılacaq məbləğ hələ açıqlanmayıb, lakin Avropa diplomatik dairələrindəki mənbələr bu məbləğin ən azı on milyon avro olduğunu bildirir. Bu, ilk belə yardım deyil. 2024-cü ilin iyulunda Aİ artıq Ermənistana "müdafiə ehtiyacları" üçün 10 milyon avro ayırmışdı. Maraqlıdır ki, bu vəsaitlər birbaşa silah alışı üçün nəzərdə tutulmasa da, Ermənistanın dövlət büdcəsinin digər istiqamətlərə yönəldilməsinə və hərbi xərclərin artırılmasına şərait yaradır. Rəsmi olaraq Avropa İttifaqı dəfələrlə Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını öz üzərinə götürdüyünü bəyan edib və rəsmi olaraq sülhü dəstəklədiyini iddia edib. Lakin eyni zamanda Ermənistana hərbi yardımların artırılması və bölgədə güc balansının pozulması tam fərqli mənzərə yaradır. Onu da qeyd edək ki, Aİ daxilində Cənubi Qafqazın hərbiləşdirilməsində xüsusi marağı olan ölkə Fransadır. Paris Ermənistana silah və hərbi dəstəyin əsas təşviqatçısıdır. Xatırladaq ki, Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi Ermənistanın İctimai Radiosuna verdiyi son müsahibədə açıq şəkildə etiraf etmişdi: "2025-ci ildə bizim əməkdaşlığımız üç əsas istiqamətə fokuslanacaq: Ermənistanın müdafiə avadanlıqları ilə təchiz edilməsi, erməni əsgərlərinin təlimi və Ermənistan Müdafiə Nazirliyinə islahatlar üçün məsləhətlər vermək. Bu islahatlar Ermənistan ordusunun gücünü artırmağa imkan verəcək". Hazırda bu istiqmətdə işlər davam etdirilir.

Görünən həm də budur ki, Aİ Azərbaycan və Gürcüstanda nüfuzunu itirdikdən sonra geosiyasi mövqeyini Ermənistan vasitəsilə gücləndirməyə can atır. Bakı ilə İrəvan arasında birbaşa təmasların intensivləşdiyi və bu təmaslar müəyyən nəticələrin əldə olunduğu, regional sülhə mane olan məqamların tədricən azaldığı bir vaxtda Avropanın bu addımları təsadüfi deyil. Şübhəsiz ki, Ermənistana ayrılan hərbi yardım, bu ölkənin silahlndırılması bölgədə destruktiv fəaliyyətə xidmət edir. Avropa İttifaqı tərəfindən bu kimi fəaliyyətlər açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır, bölgədə “bölücü xətlər” yaratmaq siyasətinin təzahürüdür. İstisna deyil ki, Ermənistan Aİ-dən aldığı dəstəklə destruktiv mövqeyini gücləndirəcək, hərbi-siyasi gərginliyi artıracaq, sülhdən yayınmağa çalışacaq. Sərhəd zonasına ordumuzun mövqelərinin Ermənistan tərəfindən atəşə tutulması halalrının artması da elə bundan irəli gəlir. Beləliklə, Ermənistanın davamlı şəkildə silahlandırılması həm sülh danışıqlarının gələcəyi, həm də regional təhlükəsizlik məsələləri ilə bağlı narahatlıqlar yaradır. Görünən odur ki, Ermənistan və onu himayə edən güc mərkəzləri sülhü imitasiya edərək vaxt qazanmağa və beləliklə, yeni süni münaqişə ocağı yaratmağa çalışırlar. Sülhə mane olan zəruri məqamlardan biri də işğalçı Ermənistana münasibətdə dəstəkləyici və himayəedici mövqeyə sahib güc mərkəzlərinin məkrli niyyətləri, sülhə zərbə vuran addımlarıdır. Avropa İttifaqı bu prosesdə xüsusi çəkiyə malikdir. Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyəti də elə sülhə zərbəyə hesablanıb. Bu missiya öz mandatına uyğun olmayan fəaliyyətlə məşğuldur, onun nümayəndələri Ermənistanla Azərbaycan arasında müvəqqəti şərti sərhəddə təxribat xarakterli səfərlər edərək, regionda hərbi-siyasi sabitliyi təhdid altında saxlamağa çalışır, Azərbaycan əleyhinə iş aparır, kəşfiyyat məlumatları toplayır. Onlar bununla da hərbiləşmiş struktura çevrilir və daimi əsaslarla Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərir ki, bu da sülhə zərbə vurur. Ümumiyyətlə, bu missiyanın fəaliyyətinə heç bir ehtiyac yoxdur, amma regionda sülh istəməyən, eskalasiya yaratmağa çalışan qüvvələr bu hərbiləşmiş strukturu saxlamağa çalışırlar. Təəssüf ki, hər zaman xarici qüvvələrin əlində vasitə olan Ermənistan özü də Bakının tələblərinə baxmayaraq, bu missiyanın çıxarılması üçün addım atmır.

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

19.03.2025 / 18:32
Putin-Tramp razılaşmasını Ukraynada həqiqi atəşkəs adlandırmaq olarmı...

19.03.2025 / 18:19
Ermənistan sazişin imzalanma şərtləri üzərində oyunlara başladı...

19.03.2025 / 18:07
İstanbulda kütləvi həbslər çevriliş adlandırıldı, Ədliyyə naziri hədələdi...

19.03.2025 / 18:01
Rus bölmələrində DİM imtahanlarının qaydası dəyişdirildi…

19.03.2025 / 17:54
İkinci Dünya müharibəsindən sonra yaradılan və hələ ki unikal olan Azərbaycan nümunəsi...

19.03.2025 / 17:40
İran aviaşirkəti Hindistandan Ermənistana silah daşıyır - yeni şok fakt...

19.03.2025 / 17:28
İsveçrə parlamenti Qarabağ ermənilərini geri qaytarmaq üçün “əməliyyata başladı”...

19.03.2025 / 17:15
Əsəd rejimi dəyişdi, Ermənistanın Suriya ilə qardaşlığı dəyişmədi...

19.03.2025 / 17:03
Tramp-Putin görüşü ilə bağlı ziddiyyətli açıqlama - Tramp Kremlin “atəşkəs üçün əsas şərt” açıqlamasını təkzib edir…

19.03.2025 / 16:57
Çanaqqala Zəfərinin 110-cu ildönümündə Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət olundu

19.03.2025 / 16:37
Vüqar Rəhimzadə: Güclü dövlət, güclü Lider formulu Azərbaycanın davamlı uğurlarının əsasıdır

19.03.2025 / 16:23
Gədəbəydə 2 hərbçimiz dumanlı hava şəraitində qar uçqununa düşdü...

19.03.2025 / 15:12
Ceyhun Bayramov Britaniya nazirlə Ermənistanla sülh prosesinin hazırkı durumunu müzakirə etdi

19.03.2025 / 14:55
Kommunal ödənişlər üzrə vahid abunəçi kodu sistemi yaradılır...

19.03.2025 / 14:38
Avroittifaq Kiyevə silah tədarükünü dayandırmayacağını açıqladı...

19.03.2025 / 14:26
Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan Daşqın Behbudov Göyçayda dəfn edildi

19.03.2025 / 14:17
Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

19.03.2025 / 13:37
ABŞ Ukraynada atəşkəsin bütün kritik infrastrukturu əhatə edəcəyini açıqladı...

19.03.2025 / 13:19
Xətaidə narkotiklərin satışına görə iki nəfər saxlandı

19.03.2025 / 13:12
Azərbaycanın 2025–2028-ci illər üçün süni intellekt Strategiyası təsdiq edildi - SƏRƏNCAM

19.03.2025 / 13:10
Россия встретилась с кошмаром

19.03.2025 / 12:57
Oğuzda aptekdə satıcı qadını bıçaqla hədələyib quldurluq edən şəxs yaxalamdı

19.03.2025 / 12:44
Bakıda quldurluqda şübhəli bilinən şəxs saxlandı

19.03.2025 / 12:35
İtkin şəhid Atakişi Atayev Keşlədəki Şəhidlər xiyabanında torpağa tapşırıldı

19.03.2025 / 11:40
Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

19.03.2025 / 11:20
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edildi

19.03.2025 / 11:18
Milli Məclis bayramdan sonra toplanır - 15 məsələ müzakirə olunacaq

19.03.2025 / 11:11
Ağdamda silahlı şəxs yaxalanıb - DİN məlumat yaydı

19.03.2025 / 11:05
İsraildə partiya lideri təhlükəsizlik naziri təyin edildi

19.03.2025 / 11:03
Putin Trampla razılaşdı. Qəribə razılaşma...

19.03.2025 / 11:00
Əkrəm İmamoğlu saxlanıldı, Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

19.03.2025 / 10:38
İranda əxlaq polisi ləğv edilir? - iranlı spiker paylaşım etdi

19.03.2025 / 10:22
Putin ABŞ-ın atəşkəs təklifini rədd etdi,Tramp isə Putinlə söhbətdən həzz aldığını dedi

19.03.2025 / 10:18
"Arsenal" 23 yaşlı futbolçuya yeni müqavilə təklif edir

19.03.2025 / 10:13
Əkrəm İmamoğlu saxlanıldı - TƏCİLİ

19.03.2025 / 10:10
Leyla Əliyeva "Atəşgah məbədi"ndə - Fotolar

19.03.2025 / 10:03
Bu nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

19.03.2025 / 10:00
Bu gün Bakının bu rayonu qazsız qalacaq

19.03.2025 / 09:45
ABŞ və Rusiya Ukraynada atəşkəslə bağlı Ciddədə danışıqlar aparacaq

19.03.2025 / 09:34
“Putin tam atəşkəs təklifini faktiki olaraq rədd etdi”

19.03.2025 / 09:23
Falçılar vergiyə cəlb olunacaq... Dünya buna gedir..

19.03.2025 / 09:22
ABŞ-da insanabənzər robot istehsal ediləcək zavod açılır

19.03.2025 / 09:11
Ermənistan dinc durmur - yenə mövqelərimiz atəşə tutulub

19.03.2025 / 09:00
Zelenski dəstək və silah axtarır - Finlandiyaya gedib

19.03.2025 / 08:35
Azərbaycanda istixanaların sonu gəlir?...

19.03.2025 / 08:20
Putinlə Trampın söhbətinin təfərrüatları açıqlandı

19.03.2025 / 00:25
Ukraynada “qismən atəşkəs” qərarı... Putin Trampla görüşdən dərhal sonra orduya əmr verdi...

18.03.2025 / 23:42
Paşinyanın aparatı Türkiyə-Azərbaycan qardaşlığını təxribata çəkir... - VİDEO

18.03.2025 / 21:09
ABŞ-İsrail-Ərəb dünyası məkanında Azərbaycan təsirli iqtisadi-siyasi gücə çevrilir...

18.03.2025 / 20:52
Simonyan Azərbaycanın və Ermənistanın konstitusiyasını Venesiya komissiyasına göndərməyi təklif edir...

18.03.2025 / 20:37
Trampın xüsusi elçisi Bakıya niyə gəlmişdi - İbrahim sazişi və Bakı-İrəvan sazişi ilə bağlılıq...

18.03.2025 / 20:23
Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesini yenə pozur...

18.03.2025 / 20:07
USAİD-in Azərbaycan səhiyyəsində şübhəli layihələri araşdırıla bilər...

18.03.2025 / 19:52
Ərdoğan Trampla son söhbətində Qəzza məsələsinə necə yanaşdı...

18.03.2025 / 19:38
Azərbaycan-ABŞ-İsrail strateji əməkdaşlığı Ermənistanı qorxuya saldı...

18.03.2025 / 19:25
Putin xüsusi elçini 8 saat gözlətməklə Trampa mesajlar verdi...

18.03.2025 / 19:11
Mərkəzi Asiya - Avropa İttifaqı sammiti Azərbaycana müstəsna ehtiyac yaratdı...

18.03.2025 / 18:57
Qlobal Bakı Forumu gənclərimizə stimul verdi...

18.03.2025 / 18:44
AMEA-nın 80 illiyi qeyd ediləcək

18.03.2025 / 18:42
İran yeni pulun üstünə Qarabağ rəmzləri vurdu...

18.03.2025 / 18:31
Ermənistan sülhə ən yaxın olduğumuz vaxt sərhədlərə təcavüz edir - kimin planıdır...

18.03.2025 / 18:30
Zakir Həsənov Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi

18.03.2025 / 18:28
Türkiyənin tarixi irsi xüsusi örtüklə mühafizə olunacaq

18.03.2025 / 18:26
Türkiyənin Azərbaycandakı səfiri şəhid ailələri ilə görüşdü

18.03.2025 / 18:18
"Rusiya, Azərbaycan, Ermənistan işçi Qrupu "yatmış " vəziyyətdədir" - Rusiyadan təklif

18.03.2025 / 18:14
Ermənistan hüquqi məsələyə görə Bakıya siyasi təzyiqlərə başlayıb...

18.03.2025 / 18:11
Vardanyanın məhkəməsində ondan çox zərərçəkmiş şəxs ifadə verdi - FOTO

18.03.2025 / 18:05
"Kəlbəcərdə o heykəli qoyun" - Kəlbəcər sakini İlham Əliyevdən çox maraqlı xahiş etdi...

18.03.2025 / 17:59
Trampın müşaviri Bakıda məhkəməsi gedən ermənilərin statusu ilə bağlı ciddi yanlışa yol verdi...

18.03.2025 / 17:46
ABŞ-ın Almaniyadan çıxarılan 151 hərbi texnikası 1-2 ay Ermənistanda qalacaq...

18.03.2025 / 17:33
Azərbaycana böhtanlar atan erməni “Lemkin institutunun sirri” açıldı - işdə terrorçu Teyliryanın adı keçir...

18.03.2025 / 17:19
Ermənistan Qarabağda Azərbaycana qarşı etdiyi bu cinayət faktlarından yayına bilməz - Bakı məhkəməsində ifşa...

18.03.2025 / 17:06
"Azərbaycanda hicabla gəzənlər döyülür, həbs olunur" - İrandan gələn ağ yalan...

18.03.2025 / 17:04
DMX əməkdaşları “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edildi

18.03.2025 / 17:03
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

18.03.2025 / 16:52
XİN-dən Paşinyanın ofisinin sərhəddə atışma ilə bağlı bəyanatına cavab - Ermənistan hökuməti izahat verməlidir...

18.03.2025 / 16:48
Britaniya Azərbaycanla Ermənistanı sülh razılaşmasını tezliklə imzalamağa çağırdı

18.03.2025 / 16:43
Heç vaxt ölmür qəhrəman!

18.03.2025 / 16:34
“Tramp özünü mafiya başçısı kimi aparır”

18.03.2025 / 16:32
Netanyahu məhkəməyə ifadə verməyə getmədi, əvəzinə Qəzzanı bombaladı...

18.03.2025 / 16:20
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

Qlobal Bakı Forumu gənclərimizə stimul verdi...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456