Çərşənbə günü, 19 mart 2025
     

Putin xüsusi elçini 8 saat gözlətməklə Trampa mesajlar verdi...

Image

Akif Nağı: "Beynəlxalq münasibətlər sistemində Rusiyanın yerini artıq Amerika müəyyənləşdirir"

"Sky News" telekanalının məlumatına görə, ABŞ-nin Moskvaya gələn nümayəndəsi Stiven Vitkoff Putinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə danışıqlarının bitməsini gözləməli olub. Trampın xüsusi nümayəndəsi Kreml rəhbəri ilə ancaq axşam saatlarında, qaranlıq düşəndə görüşə bilib.

Nəşr yazır: “Putin artıq hava qaraldıqda Vitkoffa vaxt ayıra bildi və danışıqlar bağlı qapılar arxasında keçirildi”. "Sky News", həmçinin, Putinlə görüşmək üçün Stiven Vitkoffu 6 saat gözlətməyini Rusiya tərəfinin “klassik güc nümayişi” kimi dəyərləndirib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp həmin ərəfədə Endryu hərbi bazasında jurnalistlərə açıqlamasında atəşkəslə bağlı Rusiyadan yaxşı siqnallar gəldiyini demişdi.

Putin bununla hansı mesajı verir? Yəni demək istiyir ki, Belarus kimi müttəfiqim sizdən daha qiymətlidir?

Məsələ ilə bağlı baki-xeber.com-a açıqlamasında politoloq Akif Nağı bildirdi ki, Putin artıq Trampın oyunçularından birinə çevrilib: "Ssenari Tramp tərəfindən cızılır, digər aktorlar isə bu "yol xəritəsi"nə uyğun hərəkət edirlər. Dünyanın bir çox nöqtəsində Tramp öz ssenarilərini həyata keçirə bilir. Rusiya isə istəyir ki, heç olmasa superdövlət görüntüsünü saxlasın. Amma özləri də başa düşür ki, Rusiya artıq superdövlət deyil. Rusiya Amerika ilə heç bir halda rəqabət apara bilməz. Beynəlxalq münasibətlər sistemində Rusiyanın yerini artıq Amerika müəyyənləşdirir. Tramp hakimiyyətə gələnə qədər Rusiya Çin, Hindistan, Afrika ölkələri və İranla birlikdə müxtəlif təşkilatlar çərçivəsində tez-tez görüşürdü. Son vaxtlar mediada Rusiya, Çin və İran arasında görüş olacağı, birgə təlimlər keçirəcəkləri barədə məlumat yayılıb. Amma reallıqda heç nə yoxdur. Görüşsələr də, bu üç ölkədən ikisinin - İran və Rusiyanın qəbul edəcəyi qərar Amerikadan asılı olacaq. Bu üçlükdə yeganə sərbəst siyasət yürüdən Çindir. Amma onun da Amerikadan ciddi hərbi-siyasi çəkinəcəyi var.

Amerika İranın mövqeyini zəiflətməkdən ötrü husilərə qarşı əməliyyat komandası verdi, ciddi itkilər var.

Bu gün Putin tam olaraq Trampın əlindədir, amma o, Putini sıradan çıxarmaq istəmir. Xüsusilə də Ukrayna məsələsində Tramp Rusiyanı razı salacaq. Trampın Ukrayna ilə bağlı planları var və o planlarda Rusiyanın da öz yeri var. Rusiya münaqişə tərəfi olsa da, ABŞ üçün müəyyən məsələlərin həllində rola malikdir. Ola bilsin ki, Rusiya müəyyən hərəkətlənməyə getsin, amma bu da gorüntü xarakteri daşıyacaq. Amerika da Rusiyanın bu cəhdlərinə mane olmur.

Putin bu hərəkəti daha ciddi rəsmi numayəndəyə qarşı etsəydi, Trampın ciddi qəzəbinə tuş gələrdi. İstənilən halda, bu hərəkətinin cavabını hansısa formada alacaq. Bunu Putin imicini qorumaq, azacıq da olsa sifətini saxlamaq üçün edir. Demək istəyir ki, biz ABŞ-nin əlaltısi deyilik, onların nümayəndələrini qapı arxasında da saxlaya bilərik...

Lakin Rusiya Amerika ilə aralarında narazılıq yaradan hərəkətlərə indiki dövrdə yol verməz. Heç Vaşinqton üçün də hazırda Moskva ilə qarşıdurma arzuolunan deyil. Amerika nəyin bahasına olur-olsun, müvəqqəti də olsa, hərbi əməliyyatları dayandırmaq istəyir. Çünki atəşkəs olmayana qədər ABŞ Ukrayna ilə mineral ehtiyatların istismarına dair əldə edilən memorandumu muqaviləyə çevirə bilməyəcək.

Digər tərəfdən, Tramp istəyir ki, Rusiyanı Çindən ayırsın. Rubio bir müddət əvvəl açıq şəkildə bildirdi ki, XXI əsrdə onların siyasətinin əsasını Çinlə münasibətlər təşkil edəcək. Sanki Rusiya ABŞ üçün artıq yoxdur. İndiyə qədər Amerikanın siyasətinin əsaslarını Rusiya ilə münasibətlər təşkil edirdisə, lakin artıq Vaşinqton Moskva ilə məsələni həll edilmiş sayır. İndi əsas məsələ Çin olduğuna görə, Rusiyanın müəyyən şıltaqlıqlarına dözəcəklər və rəsmi Pekini təkləyəcəklər. Hazırda Rusiya özünu Amerikaya satır, sadəcə, bir qədər qiyməti qaldirmaq istəyir".

Dəniz NƏSİRLİ



VİDEO

SON XƏBƏRLƏR

19.03.2025 / 21:55
Məhkəmə qərar verdi ki, Tramp konstitusiyanı pozub...

19.03.2025 / 21:42
Ukrayna üzrə danışıqlardan Avropanı kənarda qoydular - müqavimət başladı...

19.03.2025 / 21:29
ABŞ “Azadlıq heykəlinə” görə Parisə təhqiramiz cavab verdi - “indi almanca danışırdınız”...

19.03.2025 / 21:15
Paşinyan: "Əliyev Tiqraneşeni də tələb edir"- Siz məni cinayətə təhrik edirsiniz?

19.03.2025 / 21:15
Tramp-Putin danışığından sonra Avropa qorxudan titrəyir - Ukrayna süfrədə yox, “menyu”dadır...

19.03.2025 / 21:06
Paşinyan Türkiyə jurnalistlərinə 18.9 min dollar xərclədi...

19.03.2025 / 21:03
Yenidən Azərbaycan-Ermənistan toqquşmaları ola bilər - İrəvan eskalasiya yolundadır...

19.03.2025 / 21:00
Ermənilərdən sülh sazişinə yeni təxribat - Bakıda mühakimə edilənlər barədə sazişdə maddə olsun...

19.03.2025 / 20:44
Tramp bu media orqanlarından Azərbaycanın da "qisasını aldı"...

19.03.2025 / 20:38
İrəvanda üçtərəfli Azərbaycan - ABŞ - İsrail əməkdaşlığını Ermənistana təhlükəli sayırlar....

19.03.2025 / 20:37
Putin İranı Trampa "satdı"- İran İsraili məhv etmək gücündə olmamalıdır ...

19.03.2025 / 20:31
Avroittifaq ermənilərdən sifariş alıb - Bakıda mühakimə edilən ermənilər "hərbi əsirdi"....

19.03.2025 / 20:26
Ölkəmizə buğda idxalı 9 milyon manatlıq artıb - yerli istehsal azalır, ya tələbat artır...

19.03.2025 / 20:19
Britaniya milyarder Fərhad Əhmədovu sanksiyalar siyahısından çıxardı...

19.03.2025 / 20:11
ABŞ Ermənistan ərazisindən bu ölkəyə hücum edəcək...

19.03.2025 / 20:03
Senat sübut etdi ki, Ermənistanın Azərbaycanla saziş imzalamasına Fransa mane olur...

19.03.2025 / 19:53
İmamoğlunun həbsi Türkiyənin siyasi gündəmini çalxalayır...

19.03.2025 / 19:43
Paşinyandan tələsik yalan bəyanat - Azərbaycanla sazişi indicə imzalaya bilərəm...

19.03.2025 / 19:39
Avropa İttifaqı Ermənistanın PUA-larla təchizatını gücləndirir...

19.03.2025 / 19:27
Prezidentin bölgə səfərləri ölkəni gücləndirir...

19.03.2025 / 19:15
Ukraynanı 1944- cü ilin "Finlandiya sülhünə" bağlamaq olmaz - prezident rədd etdi...

19.03.2025 / 19:14
Paşinyançılar gözləyirdi ki, türk jurnalisti İrəvanı “erməni şəhəri” adlandıracaq...

19.03.2025 / 18:59
Əmək pensiyası alanların sayı 216 min nəfər azalıb...

19.03.2025 / 18:49
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO

19.03.2025 / 18:46
Rusiya "üçtərəfli işçi qrupa" görə Ermənistanın üzərinə yürüşə hazırlaşır...

19.03.2025 / 18:32
Putin-Tramp razılaşmasını Ukraynada həqiqi atəşkəs adlandırmaq olarmı...

19.03.2025 / 18:19
Ermənistan sazişin imzalanma şərtləri üzərində oyunlara başladı...

19.03.2025 / 18:07
İstanbulda kütləvi həbslər çevriliş adlandırıldı, Ədliyyə naziri hədələdi...

19.03.2025 / 18:01
Rus bölmələrində DİM imtahanlarının qaydası dəyişdirildi…

19.03.2025 / 17:54
İkinci Dünya müharibəsindən sonra yaradılan və hələ ki unikal olan Azərbaycan nümunəsi...

19.03.2025 / 17:40
İran aviaşirkəti Hindistandan Ermənistana silah daşıyır - yeni şok fakt...

19.03.2025 / 17:28
İsveçrə parlamenti Qarabağ ermənilərini geri qaytarmaq üçün “əməliyyata başladı”...

19.03.2025 / 17:15
Əsəd rejimi dəyişdi, Ermənistanın Suriya ilə qardaşlığı dəyişmədi...

19.03.2025 / 17:03
Tramp-Putin görüşü ilə bağlı ziddiyyətli açıqlama - Tramp Kremlin “atəşkəs üçün əsas şərt” açıqlamasını təkzib edir…

19.03.2025 / 16:57
Çanaqqala Zəfərinin 110-cu ildönümündə Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət olundu

19.03.2025 / 16:37
Vüqar Rəhimzadə: Güclü dövlət, güclü Lider formulu Azərbaycanın davamlı uğurlarının əsasıdır

19.03.2025 / 16:30
Astarada Milli Qəhrəman Yalçın Nəsirovun anım gününə həsr olunmuş tədbir keçirildi - FOTO

19.03.2025 / 16:23
Gədəbəydə 2 hərbçimiz dumanlı hava şəraitində qar uçqununa düşdü...

19.03.2025 / 15:12
Ceyhun Bayramov Britaniya nazirlə Ermənistanla sülh prosesinin hazırkı durumunu müzakirə etdi

19.03.2025 / 15:03
“Bakcell” DaimOnline ilə tələbələrə 5GB hədiyyə edir!

19.03.2025 / 14:55
Kommunal ödənişlər üzrə vahid abunəçi kodu yaradılır...

19.03.2025 / 14:38
Avroittifaq Kiyevə silah tədarükünü dayandırmayacağını açıqladı...

19.03.2025 / 14:26
Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılan Daşqın Behbudov Göyçayda dəfn edildi

19.03.2025 / 14:17
Azərbaycanda Süni İntellekt Akademiyası yaradılacaq

19.03.2025 / 13:37
ABŞ Ukraynada atəşkəsin bütün kritik infrastrukturu əhatə edəcəyini açıqladı...

19.03.2025 / 13:19
Xətaidə narkotiklərin satışına görə iki nəfər saxlandı

19.03.2025 / 13:12
Azərbaycanın 2025–2028-ci illər üçün süni intellekt Strategiyası təsdiq edildi - SƏRƏNCAM

19.03.2025 / 13:10
Россия встретилась с кошмаром - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

19.03.2025 / 12:57
Oğuzda aptekdə satıcı qadını bıçaqla hədələyib quldurluq edən şəxs yaxalamdı

19.03.2025 / 12:44
Bakıda quldurluqda şübhəli bilinən şəxs saxlandı

19.03.2025 / 12:35
İtkin şəhid Atakişi Atayev Keşlədəki Şəhidlər xiyabanında torpağa tapşırıldı

19.03.2025 / 11:40
Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

19.03.2025 / 11:20
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edildi

19.03.2025 / 11:18
Milli Məclis bayramdan sonra toplanır - 15 məsələ müzakirə olunacaq

19.03.2025 / 11:11
Ağdamda silahlı şəxs yaxalanıb - DİN məlumat yaydı

19.03.2025 / 11:05
İsraildə partiya lideri təhlükəsizlik naziri təyin edildi

19.03.2025 / 11:03
Putin Trampla razılaşdı. Qəribə razılaşma... - CANLI

19.03.2025 / 11:00
Əkrəm İmamoğlu saxlanıldı, Türkiyədə sosial şəbəkələrə giriş məhdudlaşdırıldı

19.03.2025 / 10:38
İranda əxlaq polisi ləğv edilir? - iranlı spiker paylaşım etdi

19.03.2025 / 10:22
Putin ABŞ-ın atəşkəs təklifini rədd etdi,Tramp isə Putinlə söhbətdən həzz aldığını dedi

19.03.2025 / 10:18
"Arsenal" 23 yaşlı futbolçuya yeni müqavilə təklif edir

19.03.2025 / 10:13
Əkrəm İmamoğlu saxlanıldı - TƏCİLİ

19.03.2025 / 10:10
Leyla Əliyeva "Atəşgah məbədi"ndə - Fotolar

19.03.2025 / 10:03
Bu nazirlik bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

19.03.2025 / 10:00
Bu gün Bakının bu rayonu qazsız qalacaq

19.03.2025 / 09:45
ABŞ və Rusiya Ukraynada atəşkəslə bağlı Ciddədə danışıqlar aparacaq

19.03.2025 / 09:34
“Putin tam atəşkəs təklifini faktiki olaraq rədd etdi”

19.03.2025 / 09:23
Falçılar vergiyə cəlb olunacaq... Dünya buna gedir..

19.03.2025 / 09:22
ABŞ-da insanabənzər robot istehsal ediləcək zavod açılır

19.03.2025 / 09:11
Ermənistan dinc durmur - yenə mövqelərimiz atəşə tutulub

19.03.2025 / 09:00
Zelenski dəstək və silah axtarır - Finlandiyaya gedib

19.03.2025 / 08:35
Azərbaycanda istixanaların sonu gəlir?...

19.03.2025 / 08:20
Putinlə Trampın söhbətinin təfərrüatları açıqlandı

19.03.2025 / 00:25
Ukraynada “qismən atəşkəs” qərarı... Putin Trampla görüşdən dərhal sonra orduya əmr verdi...

18.03.2025 / 23:42
Paşinyanın aparatı Türkiyə-Azərbaycan qardaşlığını təxribata çəkir... - VİDEO

18.03.2025 / 21:09
ABŞ-İsrail-Ərəb dünyası məkanında Azərbaycan təsirli iqtisadi-siyasi gücə çevrilir...

18.03.2025 / 20:52
Simonyan Azərbaycanın və Ermənistanın konstitusiyasını Venesiya komissiyasına göndərməyi təklif edir...

18.03.2025 / 20:37
Trampın xüsusi elçisi Bakıya niyə gəlmişdi - İbrahim sazişi və Bakı-İrəvan sazişi ilə bağlılıq...

18.03.2025 / 20:23
Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesini yenə pozur...

18.03.2025 / 20:07
USAİD-in Azərbaycan səhiyyəsində şübhəli layihələri araşdırıla bilər...

18.03.2025 / 19:52
Ərdoğan Trampla son söhbətində Qəzza məsələsinə necə yanaşdı...

Prezidentin bölgə səfərləri ölkəni gücləndirir...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456