Kiyev narahatdır - Tramp Odessanın Rusiyaya verilməsi ilə razılaşa bilər...

Volodimir Zelenskinin köməkçiləri ABŞ Prezidenti Donald Trampın Odessa şəhərinin Rusiyaya verilməsi ilə razılaşacağından ehtiyatlanır.
“The New York Times” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə bu gün gözlənilən telefon danışığından öncə rusiyalı həmkarı ilə “əraziləri” müzakirə etməyi planlaşdırdığını bildirib.
Birləşmiş Ştatların dövlət başçısı konkret hansı bölgələrdən bəhs etdiyini açıqlamasa da, Ağ ev Moskvanın ərazilərə nəzarəti əlində saxlaya biləcəyini aydın şəkildə vurğulayıb. Volodimir Zelenskinin köməkçiləri isə Donald Trampın Ukraynanın digər bölgələrində, o cümlədən Odessa limanında Vladimir Putinin istəklərinə boyun əyə biləcəyindən narahatdır.
ZÜMRÜD