Tramp-Putin görüşündən əvvəl şok xəbər yayıldı - ABŞ Krımı Rusiya ərazisi kimi tanıyacaq...

ABŞ prezidenti Donald Tramp bu gün Rusiya prezidenti Putinlə görüşərək Rusiya-Ukrayna müharibəsinə son qoyulmasını müzakirə edəcək. Kritik görüşdən əvvəl diqqətçəkən bir iddia ortaya atılıb. Xarici medi yazır ki, ABŞ 2014-cü ildə ilhaq edilən Krımı Rusiya ərazisi kimi tanıyacaq.
Məsələ ilə tanış olan iki mənbəyə görə, Tramp administrasiyası Moskvanın Kiyevə qarşı müharibəsini dayandırmaq üçün gələcək razılaşmanın bir hissəsi kimi Ukraynanın Krım bölgəsini Rusiya ərazisi kimi tanımağı düşünür.
Hər iki şəxsin açıqlamalarına görə, administrasiya rəsmiləri ABŞ-ın Birləşmiş Millətlər Təşkilatına eyni addımı atması üçün təzyiq edə biləcəyi ehtimalını da müzakirə ediblər. Belə bir tələb Tramp administrasiyasını uzun müddətdir Krımı öz ərazisi hesab edən Rusiya prezidenti Vladimir Putinin mövqeyinə uyğunlaşdıracaq.
TAHİR