Çərşənbə günü, 8 oktyabr 2025
     

Əvvəl konstitusiya, ya parlament seçkisi - ölkə başçısı çətin seçimə düşüb...

Image

Bakı və İrəvan, nəhayət ki, sülh müqaviləsinin mətni üzərində razılığa gəliblər. Amma indi Ermənistan ölkə konstitusiyasına Azərbaycanla münasibətlərin mehriban qonşuluq vektorunu möhkəmləndirmək üçün düzəlişlər etməlidir. Bu fonda əsas sual budur ki, Ermənistan konstitusiya dəyişikliklərini nə vaxt qəbul edəcək?

Hələlik bu suala dəqiq cavab yoxdur. Halbuki, Ermənistan və Azərbaycan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin mətni üzrə danışıqları başa çatdırıblar, lakin bu sənədi imzalamaq üçün Bakının əsas tələbi Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qəsdləri aradan qaldırmaq üçün Ermənistan konstitusiyasına əlavə və dəyişikliklərin edilməsidir. Ekspertlər qeyd edir ki, baş nazir Nikol Paşinyanın əsas vəzifəsinin 2026-cı ilə təyin edilmiş parlament seçkilərinə hazırlaşmaq olduğunu nəzərə alsaq, Ermənistanda konstitusiya referendumu elə 2025-ci ildə keçirilə bilər. Qeyd edək ki, Nikol Paşinyan özü də Ermənistan konstitusiyasını çoxdan bəyənmir. Hələ 2020-ci ilin fevralında Paşinyan konstitusiya islahatları üzrə xüsusi komissiya yaradıb və sonradan o şuraya çevrilib. O illərin düzəlişləri bugünkü standartlara görə təvazökar idi: idarəetmə sistemini korrektə etmək, prezident səlahiyyətlərini artırmaq, məhkəmə sistemini məhdudlaşdırmaq. O zaman Paşinyan hələ də rəqiblərini, keçmiş prezidentlər Robert Köçəryanı və Serj Sarkisyanı dəmir barmaqlıqlar arxasına sala bilmirdi. Ölkədaxili siyasi islahatlara koronavirus epidemiyası və İkinci Qarabağ müharibəsindəki məğlubiyyət mane oldu. İndi Ermənistanın qonşuları ilə razılığa gəlməyə çalışan Paşinyan 2026-cı ilin sonuna kimi yeni əsas qanun layihəsinin hazırlanmasını tapşırıb. O, bunu hələ 2024-cü ildə edib, Konstitusiya İslahatı Şurasının tərkibini xeyli genişləndirib və ona Ədliyyə Nazirliyi ilə sıx əməkdaşlıq etməyi tapşırıb. Lakin elə o andan problemlər başlayıb. Şura üzvlərindən biri Daniel İoannisyan bildirib ki, əvvəlki iki ədliyyə naziri konstitusiya islahatlarına maraq göstərməyib. Ədliyyə Nazirliyinin hazırkı rəhbəri Srbuhi Qalyan hesab edir ki, yeni konstitusiyanın mətni ən yaxşı halda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkilərinə qədər hazırlana və seçkilərdən sonra ümumxalq referenduma çıxarıla bilər. Belə görünür ki, yeni əsas qanunun hazırlanması üçün il yarım kifayət edər. Bunlar fonunda “Vesti Kavkaza” nəşri yazır: “Paşinyan “Real Ermənistan” konsepsiyasını əks etdirən yeni əsas qanun layihəsinin Azərbaycanın tələblərinə açıq-aşkar güzəşt kimi görünməsini istəmir. Ona görə də baş nazir mətbuatda əsas qanunun hazırkı redaksiyasının natamamlıqlarını ifşa edən şərhlər verir, anlaşılmaz ifadələr işlədir, düzəlişlərin məzmunu isə açıqlanmır.

Digər problem Paşinyanın Ermənistanda populyar olmamasıdır. “Gallup”un məlumatına görə, sorğuda iştirak edən respondentlərin 12%-dən az hissəsi hakim “Vətəndaş Müqaviləsi” partiyasına səs verməyə hazırdır. Respondentlərin əksəriyyəti (46,5%) baş nazirin işini bəyənmir. 15%-dən bir qədər çoxu ölkədəki vəziyyətə nikbin baxır, 19,1%-i bədbindir, yalnız 9%-i Paşinyanın siyasətini tam bəyənir. Respondentlərin 10%-i cavab verməkdən yayınıb.Ermənistan vətəndaşlarının əksəriyyəti konstitusiyanın dəyişdirilməsinin əleyhinədir, lakin növbədənkənar seçkilərin keçirilməsinin əleyhinə deyil. Paşinyan və partiyası başa düşürlər ki, 2021-ci ilin uğurunu təkrarlaya bilməyəcəklər, parlamentdə rahat çoxluğu təmin etməyəcəklər və buna görə də 2026-cı ilin iyunundan əvvəl yeni konstitusiyanın qəbuluna risk etməyəcəklər. Avropaya inteqrasiya vədləri ətrafında səs-küylü kampaniya Paşinyanın reytinqini yüksəltməlidir. Bu texnika ötən il Moldovada konstitusiya referendumu ilə eyni gündə keçirilmiş prezident seçkiləri zamanı uğurla sınaqdan keçirilib. Bu addım mühüm şərti - seçici fəallığını təmin edir, çünki referendumun həyata keçirilməsi üçün ciddi şərtlər müəyyən edilib. Parlament yeni konstitusiya layihəsini 2/3 səs çoxluğu ilə təsdiq etməli, bundan sonra layihə ümumxalq səsverməsinə çıxarılır. Qüvvədə olan əsas qanunun 207-ci maddəsinə əsasən, referendum iştirakçıların yarıdan çoxu “lehinə”, lakin səsvermə hüququna malik bütün vətəndaşların dörddə birindən az olmamaq şərti ilə “lehinə” səs verdikdə referendum keçirilmiş sayılır. Əks halda konstitusiyaya dəyişikliklər qəbul olunmayacaq”. Konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə qarşı olan istinadların çıxarılması barədə artıq Paşinyan mövqe ifadə edib. O, bildirib ki, Ermənistan hakimiyyəti regional əhəmiyyət daşıyacaq yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır. “Yeni konstitusiya üçün təklif etdiyim tezis geniş müzakirə olunub və Azərbaycanın irəli sürdüyü tələbin yerinə yetirilməsi kimi təqdim edilib. Reallıqda isə “Real Ermənistan” ideologiyası çərçivəsində başqa məna daşıyır. Baxmayaraq ki, bu şəraitdə mövcud ola biləcək mətnin özlüyündə regional əhəmiyyət daşıyacağını inkar etmək mümkün deyil”. Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri gələn ilin yayında keçiriləcək. Baş nazir bəyan edib ki, referendum bundan sonra - gələn ilin dekabrında baş tuta bilər. Amma bu qrafiklərin dəyişməsi, növbədənkənar seçkilərin təyin edilməsi də istisna deyil. Azərbaycanla Ermənistan arasında 17 bəndlik sülh sazişi bütün problemlərin həlli demək deyil. Sərhədlərin delimitasiya və demarkasiya olunması, Zəngəzur dəhlizinin açılması bu layihədən kənarda danışıqlar predmetidir.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

08.10.2025 / 21:39
Rusiya Mərkəzi Asiya ölkələri üzərində təsirini xeyli itirdi - Çin, ABŞ və Avropa şərik çıxır...

08.10.2025 / 21:37
“... Zəngəzur Dəhlizi Kipr türkləri üçün də önəmlidir” - Ersin Tatar

08.10.2025 / 21:25
Birinci kim vurulacaq - İran, ya Venesuela?...

08.10.2025 / 21:10
Azərbaycan Türk dünyasında yeni hərbi əməkdaşlıq mərhələsi açır...

08.10.2025 / 21:06
Prezident Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə təşəkkür etdi - VİDEO

08.10.2025 / 21:03
Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirildi

08.10.2025 / 20:57
Beynəlxalq hüquq kütləvi pozulur, türk dünyası sıx birləşməsə hamı məhv olacaq...

08.10.2025 / 20:43
Türk Zirvəsi İrəvanın “TRİPP-dən başqa dəhliz yoxdur” bəyanatına konkret cavab verdi...

08.10.2025 / 20:29
Türk dövlətlərinin hər biri digərlərinə 20 milyard sərmayə qoysaydı... Azərbaycan kimi...

08.10.2025 / 20:15
Sabiq prezidentlər Paşinyana qarşı dəhşətli “fakt” çıxardılar - 70 ədəd "Döyüş xaçı"...

08.10.2025 / 20:02
Türk dünyası 1-ci Türkologiya Qurultayının “sirlərini” 100 il sonra tam biləcək...

08.10.2025 / 19:48
Netanyahu Trampı İrana yeni zərbə vurmağa görün necə inandırmaq istəyir...

08.10.2025 / 19:35
Tələbələrə verilən kredit ildə 19 milyon manata çatdı - layihə özünü necə doğruldur...

08.10.2025 / 19:22
"Azərbaycan və Ermənistan Rusiyasız öz məsələlərini həll edə bilməz"... Daha bir hədə mesajı...

08.10.2025 / 19:08
İlham Əliyev ölkələrarası münasibətlərin ən gərgin vaxtında Putinlə danışdı...

08.10.2025 / 18:55
Bu sahədə dünya birinciliyi Azərbaycana üstünlüklər verir... Təhlil..

08.10.2025 / 18:42
Bütün türk dünyasının vahid hərbi təliminə start verildi...

08.10.2025 / 18:28
Başqa ölkələrlə ildə 25 hərbi təlim keçirən dövlətlər çox deyil - Prezident fakt açdı...

08.10.2025 / 18:22
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 18:18
THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib

08.10.2025 / 18:15
Mərkəzi Asiyadan Avropaya Yaşıl Dəhliz yalnız türk dövlətlərindən keçəcək...

08.10.2025 / 18:02
Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı ŞOK RƏQƏM açıqladı - bir milyondan çox...

08.10.2025 / 17:55
İlham Əliyevin dedikləri olmasaydı, TDT geosiyasi mərkəz ola bilməzdi...

08.10.2025 / 17:48
Vüqar Rəhimzadə: Qəbələ Zirvə Görüşündə qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək

08.10.2025 / 17:41
Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

08.10.2025 / 17:34
İmişlidə 73 nəfərin xəstəxanalıq olduğu kütləvi zəhərlənmənin səbəbi açıqlandı

08.10.2025 / 17:23
“Türk birliyi XXI əsrin yeni geosiyasi arxitekturasıdır” - Əhliman Əmiraslanov

08.10.2025 / 17:10
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Ankarada bir araya gəlir...

08.10.2025 / 16:56
Polis piyadaların hərəkətinə mane olan sürücülərə müraciət etdi

08.10.2025 / 16:42
Rusiya Xəzəryanı dövlətlərin hərbi dəniz təlimini keçirməyi təklif edir...

08.10.2025 / 16:29
Azərbaycan III MDB Oyunlarında öz rekordunu yenilədi - 184 medal...

08.10.2025 / 16:10
Dənizkənarı Milli Park beynəlxalq mükafat aldı

08.10.2025 / 16:07
Məktəbli çantası ağır olmamalıdır - TƏBİB-dən çağırış...

08.10.2025 / 15:43
"Qarşılıqlı fəaliyyət üçün Türk Dövlətləri Təşkilatı strateji platformadır" - Ərdoğan

08.10.2025 / 15:40
Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

08.10.2025 / 15:04
Paşinyan konstitusiya dəyişikliyi məsələsində “ilişib”...

08.10.2025 / 14:47
Bir qrup azərbaycanlı Moskva hava limanında saxlanıldı...

08.10.2025 / 14:27
DİN-dən əməliyyat - daha bir onlayn qumar şəbəkəsi ifşa edildi, 5 nəfər tutuldu - VİDEO

08.10.2025 / 14:25
Akademik Musiqili Teatrda “Sən kralsan” tamaşasının premyerası olacaq

08.10.2025 / 14:11
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

08.10.2025 / 13:54
İsrail Qəzza istiqamətində hərəkət edən daha bir gəmi qrupunu saxladı...

08.10.2025 / 13:23
İran Avropa İttifaqı ölkələrinə nota verdi

08.10.2025 / 13:10
Меркель взорвала "б*омбу"! Европа продавала нас Путину. За сколько? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.10.2025 / 12:58
Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib - FOTO

08.10.2025 / 12:46
Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradıldı

08.10.2025 / 12:34
Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib - FOTO

08.10.2025 / 12:11
Hava limanında gömrük nəzarətindən gizlədilən 365 qram qızıl külçə aşkarlandı

08.10.2025 / 12:02
Dumandakı dua — Çinarə Ömray yazır...

08.10.2025 / 11:52
İbrahim Kalın və Trampın xüsusi nümayəndəsi Qəzza ilə bağlı danışıqlara qatılırlar

08.10.2025 / 11:13
FİFA Ermənistan Futbol Federasiyasını 16 min dollar cərimələdi - azarkeşlərə görə

08.10.2025 / 11:06
Əfqanlar 11 Pakistan əsgərini öldürdü - TƏCİLİ

08.10.2025 / 11:03
Moskvadan ultimatum: "Rusiyasız Ermənistan - Azərbaycan sülhü olmayacaq!" - VİDEO

08.10.2025 / 11:01
Dövlət büdcəsindən 9 ayda 218 milyon manatdan çox vəsait geri qaytarılıb

08.10.2025 / 10:43
Bu il neçə Azərbaycan vətəndaşı əcnəbilərlə nigah bağlayıb?

08.10.2025 / 10:29
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 10:21
Minatəmizləmə Agentliyi Hadrutda mobil baza yaradır

08.10.2025 / 10:12
Naxçıvanda oğurluğa görə 2 nəfər həbs edilib

08.10.2025 / 10:06
Türkiyədə tanınmış müqğənnilər həbs edilib - narkotikaya görə...

08.10.2025 / 10:02
ABŞ-da gizli qırıcı təyyarələr işə salınır - layihə təsdiqləndi

08.10.2025 / 09:30
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb

08.10.2025 / 09:27
Valideynlər bahalı "məktəb avtobusları"nın alternativini tapdı - həm də xeyli ucuz...

08.10.2025 / 09:21
Bu gün III MDB Oyunlarına yekun vurulacaq

08.10.2025 / 09:12
Nobel mükafatının təsis edildiyi əsas kapital Bakı neftindən əldə edilib - İsveç mediası

08.10.2025 / 09:05
Bu tarixdə Azərbaycanda qısaldılmış iş rejimi olacaq

08.10.2025 / 09:01
"O, məni çox məyus edib" - Tramp Putin barədə danışıb

08.10.2025 / 08:34
Əmək pensiyasının təyinatı üçün heç bir kağız tələb olunmayacaq - rahatlıq, ya təzə çətinliklər?..

08.10.2025 / 08:32
Bu ölkədə prezidentin korteji daşa basıldı

07.10.2025 / 22:51
MDU-nun müəllim və tələbələri ilk dəfə olaraq “Orhun Mübadilə Proqramı”nda iştirak edəcəklər - FOTO

07.10.2025 / 21:41
Rusiya-Ukrayna cəbhəsində təhlükəli eskalasiya: ABŞ oyuna dağıdıcı texnika daxil edir...

07.10.2025 / 21:34
Prezident İlham Əliyev TDT-nin Dövlət Başçıları Şurasının Zirvə Görüşü ilə bağlı paylaşım etdi - VİDEO

07.10.2025 / 21:28
"Ermənistan rəhbəri Gəncəni raketlə vurmaq əmrini verdi"...

07.10.2025 / 21:14
Avroittifaq Azərbaycan üçün yeni müsbət gündəlik müəyyən etdi...

07.10.2025 / 21:01
Türk Dövlətləri Təşkilatı yeni qlobal güc mərkəzinə çevrilir

07.10.2025 / 20:47
“Azərbaycan əlavə şərt qoymasa, sülh imzalana bilər” - Mirzoyan baş-ayaq danışdı...

07.10.2025 / 20:33
İrəvan Avropaya doğru daha bir addım atan kimi Rusiya təzyiq kartını dərhal işə saldı...

07.10.2025 / 20:20
Türk Dövlətlərinə 1 illik rəhbərlik Azərbaycanın qarşısında yeni meydan açacaq...

07.10.2025 / 20:06
Türkiyədən Rusiyanı şoka salan qərar - Rusiya ilə yox, ABŞ-la...

07.10.2025 / 19:52
Türk Dövlətləri Təşkilatının Zirvələri fonunda Azərbaycan mədəniyyətinin təbliği geniş vüsət alır...

07.10.2025 / 19:39
Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır - FOTO

07.10.2025 / 19:27
Ermənistan 5 il sonra qərar verəcək - özlərindən başqa heç kim inanmır...

07.10.2025 / 19:21
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ

Oktyabr
B.eÇ.aÇC.aCŞB
293012345678910111213141516171819202122232425262728293031123456789