Çərşənbə günü, 8 oktyabr 2025
     

ABŞ-ın köhnə media-informasiya sistemi alt-üst edildi - "diktatorlar sevinəcək" şüarı başladı...

Image

ABŞ prezidenti Donald Tramp dövlət büdcəsindən maliyyələşən yeddi təşkilatda, o cümlədən” Azad Avropa/Azadlıq Radiosu”unda ciddi ixtisarların aparılması ilə bağlı fərman imzalayıb. Fərmanda miqyasının kiçildilməsi planlanan təşkilatlar arasında ABŞ-ın Qlobal Media Agentliyi də (USAGM) yer alır. Bu agentlik “Azadlıq Radiosu” və “Amerikanın Səsi” də daxil, xarici ölkələrə yayımlanan ABŞ mediasına nəzarəti həyata keçirir.

Fərmanın dərcindən bir neçə saat sonra media Qlobal Media Agentliyinin məktubunu yayıb. Məktubda deyilir ki, Konqresin “Azadlıq Radiosu” və “Amerikanın Səsi”nin maliyyələşdirilməsinə ayırdığı qrant dayandırılıb. Məktubu Keri Leyk imzalayıb. O, vəzifəsini Qlobal Media Agentliyinin fəaliyyətdə olan rəhbərinin müşaviri kimi göstərib. Tramp Leyki “Amerikanın Səsi”nin rəhbəri vəzifəsinə namizəd göstərib, amma o, hələ bu posta təsdiqlənməyib. “Azadlıq Radiosu”nun prezident Stiven Kapus deyib ki, qrant sazişinin dayandırılması Amerikanın düşmənlərinə böyük hədiyyədir: “İran ayətullahları, Çinin kommunist liderləri, Moskva və Minskdəki avtokratlar 75 ildən sonra “Azadlıq Radiosu”nun işinin dayandırılımasını bayram edəcəklər. Düşmənlərimizin bu qələbəni əldə etməsi onları gücləndirəcək, Amerikanı zəiflədəcək. “Azadlıq Radiosu”nun tarixi boyunca bizə hər iki partiya güclü dəstək verib. Biz olmasaq, qapalı cəmiyyətlərdə hər həftə dəqiq xəbəri bizdən alan 50 milyonadək adamın Amerika və dünya haqda həqiqətə çıxışı kəsiləcək”. "Amerikanın səsi"nin direktoru Maykl Abramovitsin sözlərinə görə, Trampın qərarından sonra radiostansiyanın 1 300-dən çox əməkdaşını məzuniyyətə yollayıblar. “Amerikanın səsi” ilk dəfə 1942-ci ildə yayıma başlayıb. Onun təxminən 260 milyon dollar illik büdcəsi var idi.Qeyd edək ki, fevral ayında Hökumətin Effektivliyi Ofisinə rəhbərlik edən İlon Mask ABŞ hökumətini “Azadlıq Radiosu” media korporasiyası və “Amerikanın Səsi” radiostansiyasını maliyyələşdirməyi dayandırmağa çağırıb. ABŞ-ın keçmiş Milli Kəşfiyyat direktoru Rik Qrenell bu mətbu orqanları “keçmişin qalığı” və “ultrasol aktivistlərlə dolu” qurumlar adlandırırb. O, “Amerikanın Səsi” və “Azadlıq Radiosu”nu qərəzlilikdə ittiham edərək bu media platformaların radikal solçuların meydanına çevrildiyini iddia edib. Qeyd edək ki, Qrenell mühafizəkar və trampizm tərəfdarıdır, antiimiqrasiya, antiqlobalist və antiliberal görüşləri ilə tanınır. O, diplomatik vəzifələrdə və ictimai bəyanatlarda liberal hökumətləri, bürokratiyanı və beynəlxalq qurumları fəal şəkildə tənqid edərək, daha sərt xarici siyasətdən yana çıxış edir. Xatırladaq ki, 1970-ci illərin əvvəllərinə qədər “Azadlıq radiosu” Mərkəzi Kəşfiyyat İdarəsinin büdcəsi hesabına maliyyələşib, çünki Konqresə özəl təşkilatları maliyyələşdirməsi qanunla qadağan edilib. Daha sonra radiostansiyanın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəsi üzə çıxandan sonra qadağa götürülüb və maliyyə birbaşa ABŞ Konqresi tərəfindən ayrılmağa başlayıb. Bir sıra ekspertlər qeyd edirlər ki, “Azadlıq Radiosu” “demokratik dəyərlər” bəhanəsi ilə üstüörtülü formada destruktiv fəaliyyətlə məşğuldur. Onu da bildirək ki, Qlobal Media Agentliyi müstəqil qurum olaraq 50-dək dildə hər həftə 360 milyonluq auditoriya üçün xəbər yayımının həyata keçirilməsinə nəzarət edir. Qurumun 2025-ci il üçün büdcəsi 950 milyon dollardır. ABŞ Konqresində təsdiqlənməklə həmin vəsait qurumun cari xərcləri və əsaslı sərmayələri üçün ayrılır. Agentlik “Azad Asiya”, Kubaya yayımlanan “Radio Marti”, Yaxın Şərq Yayım Şəbəkəsi (MBN) və Açıq Texnologiya Fondu kimi qurumlara da nəzarət edir. Hakimiyyətə ikinci dəfə gəldikdən sonra hökumət xərclərini azaltmaq yönündə addımlar atan Trampın birinci prezidentlik dövründə Qlobal Media Agentliyi ilə redaksiya müstəqilliyi və proqram siyasəti ilə bağlı mübahisəsi də olmuşdu. O, prezidentliyinin ikinci dövrünə başladıqdan sonra həmin narahatlıqlarını bir daha ifadə edib. Qlobal Media Agentliyinin nəzarət etdiyi media qurumlarının dəstəkçiləri isə fərqli fikirdədirlər. Onlar bildirirlər ki, həmin KİV-lər ABŞ diplomatiyasının vacib qoludurlar. Onu da qeyd edək ki, bir sıra ölkələrdə, məsələn, Rusiyada xarici agent kateqoriyasına aid edilən “Azadlıq Radiosu” və “Amerikanın Səsi” Azərbaycanda da həqiqətdən kənar, populizm və şou xarakterli təbliğatla məşğul olur. Daha dəqiq desək bu radiolar ölkəmizə qarşı yalan, böhtan, iftira kampaniyası ilə məşğul olanlar üçün əsas meydançadır. Sözügedən media vasitələrinin ölkədə konkret cinayət halının mahiyyətini təhrif edərək, kontekstdən çıxarıb ümumiləşdirməsi, bundan Azərbaycan dövlətinə qarşı istifadəyə cəhd etməsi indi adi hala çevrilib. Bu gün “Azadlıq Radiosu” 27 ölkə üçün 23 dildə, “Amerikanın Səsi” 48 dildə xəbərlər hazırlayır. Amma bütün bunlar indiki vaxtda ABŞ üçün hansısa dividend qazandırmır. Əksinə, bu media vasitələrinin qərəzli fəaliyyəti çox vaxt ABŞ üçün problemlərə, müxtəlif ölkələrlə münasibətlərinə mənfi təsir edir. Eyni zamanda “Azadlıq Radiosu” və “Amerikanın Səsi” hər il yüz milyonlarla dolların boş yerə sərf olunmasında istifadə edilir. Biznes karyeralarında kifayət qədər böyük uğurlara imza atan, pulun qazanılmasının heç də asan olmadığını yaxşı bilən Donald Tramp, İlon Mask kimi şəxslər buna qətiyyən yol vermək niyyətində deyillər. Elə bu səbəbdən onlar Amerika vergi ödəyicilərinin pullarının mənasız israfını dayandırmaq istəyirlər. Hər il “The New York Times”, “Politico” və “Associated Press” kimi media vasitələrinə ayrılan milyonlarla dollar vəsait artıq kəsilib.

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

08.10.2025 / 21:39
Rusiya Mərkəzi Asiya ölkələri üzərində təsirini xeyli itirdi - Çin, ABŞ və Avropa şərik çıxır...

08.10.2025 / 21:37
“... Zəngəzur Dəhlizi Kipr türkləri üçün də önəmlidir” - Ersin Tatar

08.10.2025 / 21:25
Birinci kim vurulacaq - İran, ya Venesuela?...

08.10.2025 / 21:10
Azərbaycan Türk dünyasında yeni hərbi əməkdaşlıq mərhələsi açır...

08.10.2025 / 21:06
Prezident Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə təşəkkür etdi - VİDEO

08.10.2025 / 21:03
Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirildi

08.10.2025 / 20:57
Beynəlxalq hüquq kütləvi pozulur, türk dünyası sıx birləşməsə hamı məhv olacaq...

08.10.2025 / 20:43
Türk Zirvəsi İrəvanın “TRİPP-dən başqa dəhliz yoxdur” bəyanatına konkret cavab verdi...

08.10.2025 / 20:29
Türk dövlətlərinin hər biri digərlərinə 20 milyard sərmayə qoysaydı... Azərbaycan kimi...

08.10.2025 / 20:15
Sabiq prezidentlər Paşinyana qarşı dəhşətli “fakt” çıxardılar - 70 ədəd "Döyüş xaçı"...

08.10.2025 / 20:02
Türk dünyası 1-ci Türkologiya Qurultayının “sirlərini” 100 il sonra tam biləcək...

08.10.2025 / 19:48
Netanyahu Trampı İrana yeni zərbə vurmağa görün necə inandırmaq istəyir...

08.10.2025 / 19:35
Tələbələrə verilən kredit ildə 19 milyon manata çatdı - layihə özünü necə doğruldur...

08.10.2025 / 19:22
"Azərbaycan və Ermənistan Rusiyasız öz məsələlərini həll edə bilməz"... Daha bir hədə mesajı...

08.10.2025 / 19:08
İlham Əliyev ölkələrarası münasibətlərin ən gərgin vaxtında Putinlə danışdı...

08.10.2025 / 18:55
Bu sahədə dünya birinciliyi Azərbaycana üstünlüklər verir... Təhlil..

08.10.2025 / 18:42
Bütün türk dünyasının vahid hərbi təliminə start verildi...

08.10.2025 / 18:28
Başqa ölkələrlə ildə 25 hərbi təlim keçirən dövlətlər çox deyil - Prezident fakt açdı...

08.10.2025 / 18:22
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 18:18
THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib

08.10.2025 / 18:15
Mərkəzi Asiyadan Avropaya Yaşıl Dəhliz yalnız türk dövlətlərindən keçəcək...

08.10.2025 / 18:02
Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı ŞOK RƏQƏM açıqladı - bir milyondan çox...

08.10.2025 / 17:55
İlham Əliyevin dedikləri olmasaydı, TDT geosiyasi mərkəz ola bilməzdi...

08.10.2025 / 17:48
Vüqar Rəhimzadə: Qəbələ Zirvə Görüşündə qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək

08.10.2025 / 17:41
Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

08.10.2025 / 17:34
İmişlidə 73 nəfərin xəstəxanalıq olduğu kütləvi zəhərlənmənin səbəbi açıqlandı

08.10.2025 / 17:23
“Türk birliyi XXI əsrin yeni geosiyasi arxitekturasıdır” - Əhliman Əmiraslanov

08.10.2025 / 17:10
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Ankarada bir araya gəlir...

08.10.2025 / 16:56
Polis piyadaların hərəkətinə mane olan sürücülərə müraciət etdi

08.10.2025 / 16:42
Rusiya Xəzəryanı dövlətlərin hərbi dəniz təlimini keçirməyi təklif edir...

08.10.2025 / 16:29
Azərbaycan III MDB Oyunlarında öz rekordunu yenilədi - 184 medal...

08.10.2025 / 16:10
Dənizkənarı Milli Park beynəlxalq mükafat aldı

08.10.2025 / 16:07
Məktəbli çantası ağır olmamalıdır - TƏBİB-dən çağırış...

08.10.2025 / 15:43
"Qarşılıqlı fəaliyyət üçün Türk Dövlətləri Təşkilatı strateji platformadır" - Ərdoğan

08.10.2025 / 15:40
Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

08.10.2025 / 15:04
Paşinyan konstitusiya dəyişikliyi məsələsində “ilişib”...

08.10.2025 / 14:47
Bir qrup azərbaycanlı Moskva hava limanında saxlanıldı...

08.10.2025 / 14:27
DİN-dən əməliyyat - daha bir onlayn qumar şəbəkəsi ifşa edildi, 5 nəfər tutuldu - VİDEO

08.10.2025 / 14:25
Akademik Musiqili Teatrda “Sən kralsan” tamaşasının premyerası olacaq

08.10.2025 / 14:11
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

08.10.2025 / 13:54
İsrail Qəzza istiqamətində hərəkət edən daha bir gəmi qrupunu saxladı...

08.10.2025 / 13:23
İran Avropa İttifaqı ölkələrinə nota verdi

08.10.2025 / 13:10
Меркель взорвала "б*омбу"! Европа продавала нас Путину. За сколько? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.10.2025 / 12:58
Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib - FOTO

08.10.2025 / 12:46
Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradıldı

08.10.2025 / 12:34
Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib - FOTO

08.10.2025 / 12:11
Hava limanında gömrük nəzarətindən gizlədilən 365 qram qızıl külçə aşkarlandı

08.10.2025 / 12:02
Dumandakı dua — Çinarə Ömray yazır...

08.10.2025 / 11:52
İbrahim Kalın və Trampın xüsusi nümayəndəsi Qəzza ilə bağlı danışıqlara qatılırlar

08.10.2025 / 11:13
FİFA Ermənistan Futbol Federasiyasını 16 min dollar cərimələdi - azarkeşlərə görə

08.10.2025 / 11:06
Əfqanlar 11 Pakistan əsgərini öldürdü - TƏCİLİ

08.10.2025 / 11:03
Moskvadan ultimatum: "Rusiyasız Ermənistan - Azərbaycan sülhü olmayacaq!" - VİDEO

08.10.2025 / 11:01
Dövlət büdcəsindən 9 ayda 218 milyon manatdan çox vəsait geri qaytarılıb

08.10.2025 / 10:43
Bu il neçə Azərbaycan vətəndaşı əcnəbilərlə nigah bağlayıb?

08.10.2025 / 10:29
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 10:21
Minatəmizləmə Agentliyi Hadrutda mobil baza yaradır

08.10.2025 / 10:12
Naxçıvanda oğurluğa görə 2 nəfər həbs edilib

08.10.2025 / 10:06
Türkiyədə tanınmış müqğənnilər həbs edilib - narkotikaya görə...

08.10.2025 / 10:02
ABŞ-da gizli qırıcı təyyarələr işə salınır - layihə təsdiqləndi

08.10.2025 / 09:30
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb

08.10.2025 / 09:27
Valideynlər bahalı "məktəb avtobusları"nın alternativini tapdı - həm də xeyli ucuz...

08.10.2025 / 09:21
Bu gün III MDB Oyunlarına yekun vurulacaq

08.10.2025 / 09:12
Nobel mükafatının təsis edildiyi əsas kapital Bakı neftindən əldə edilib - İsveç mediası

08.10.2025 / 09:05
Bu tarixdə Azərbaycanda qısaldılmış iş rejimi olacaq

08.10.2025 / 09:01
"O, məni çox məyus edib" - Tramp Putin barədə danışıb

08.10.2025 / 08:34
Əmək pensiyasının təyinatı üçün heç bir kağız tələb olunmayacaq - rahatlıq, ya təzə çətinliklər?..

08.10.2025 / 08:32
Bu ölkədə prezidentin korteji daşa basıldı

07.10.2025 / 22:51
MDU-nun müəllim və tələbələri ilk dəfə olaraq “Orhun Mübadilə Proqramı”nda iştirak edəcəklər - FOTO

07.10.2025 / 21:41
Rusiya-Ukrayna cəbhəsində təhlükəli eskalasiya: ABŞ oyuna dağıdıcı texnika daxil edir...

07.10.2025 / 21:34
Prezident İlham Əliyev TDT-nin Dövlət Başçıları Şurasının Zirvə Görüşü ilə bağlı paylaşım etdi - VİDEO

07.10.2025 / 21:28
"Ermənistan rəhbəri Gəncəni raketlə vurmaq əmrini verdi"...

07.10.2025 / 21:14
Avroittifaq Azərbaycan üçün yeni müsbət gündəlik müəyyən etdi...

07.10.2025 / 21:01
Türk Dövlətləri Təşkilatı yeni qlobal güc mərkəzinə çevrilir

07.10.2025 / 20:47
“Azərbaycan əlavə şərt qoymasa, sülh imzalana bilər” - Mirzoyan baş-ayaq danışdı...

07.10.2025 / 20:33
İrəvan Avropaya doğru daha bir addım atan kimi Rusiya təzyiq kartını dərhal işə saldı...

07.10.2025 / 20:20
Türk Dövlətlərinə 1 illik rəhbərlik Azərbaycanın qarşısında yeni meydan açacaq...

07.10.2025 / 20:06
Türkiyədən Rusiyanı şoka salan qərar - Rusiya ilə yox, ABŞ-la...

07.10.2025 / 19:52
Türk Dövlətləri Təşkilatının Zirvələri fonunda Azərbaycan mədəniyyətinin təbliği geniş vüsət alır...

07.10.2025 / 19:39
Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır - FOTO

07.10.2025 / 19:27
Ermənistan 5 il sonra qərar verəcək - özlərindən başqa heç kim inanmır...

07.10.2025 / 19:21
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ

Oktyabr
B.eÇ.aÇC.aCŞB
293012345678910111213141516171819202122232425262728293031123456789