Çərşənbə günü, 8 oktyabr 2025
     

Azərbaycan-Ermənistan sazişində Qərbi Azərbaycan məsələsi - mövzu hələ qapanmayıb...

Image

İsmayıl Tanrıverdi: “Azərbaycanlıların yenidən öz doğma yurdlarına qayıtması istəyi, arzusu heç zaman gündəmdən çıxa bilməz, bu bizim üçün aktualdır”

Ermənistan pralamentindəki çıxışında bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, sülh müqaviləsinin razılaşdırılmış mətnində Sovet İttifaqı dağılana qədər hər iki ölkənin ərazilərində yaşamış, sonra həmin əraziləri tərk etmiş insanların öz evlərinə və ya əcdadlarının yaşadığı ərazilərə qayıtması ilə bağlı heç bir müddəa yoxdur.

Bəli, doğrudan da, saziş layihəsinin mətnində Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisinə, eləcə də ermənilərin Qarabağa qayıtması ilə bağlı hər hansı bir qeyd yoxdur. Onsuz da Qərbi azərbayucanlıların geri qayıdışı məsələsi Azərbaycanın əvvəlcədən qoyduğu şərtlər çərçivəsindədir. Azərbaycan Prezidenti bəyan etmişdi ki, Qarabağdan köçüb getmiş ermənilərin qayıtması sazişə düşəcəksə Qərbi azərbaycanlıların da məsələsi düşməlidir, ya da heç biri düşməli deyil. Amma Qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı maddənin sülh sazişi layihəsinə daxil edilməməsindən Ermənistanda bir eyforya var ki, Qərbi azərbaycanlıların Ermənistana qayıdış məsələsi gündəmdən çıxa bilər. Bu sazişdə onun olmaması hələ Qərbi Azərbaycan icmasının Ermənistana qayıdışının gündəmdən çıxması anlamına gəlmir, Ermənistandakı bu eyforya da əsassızdır.

“Ermənistanın xarici işlər nazirinin bəyanatına baxmayaraq, ümid edirik ki, Qərbi azərbaycanlılar öz yurdlarına qayıdacaqlar”

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin rəhbəri, ermənişünas İsmayıl Tanrıverdi "Bakı-Xəbər"ə bildirdi ki, A.Mirzoyanın sülh sazişinin razılaşdırılmış mətnində Qərbi azərbaycanlıların indiki Ermənistan ərazisinə, öz ata-baba yurdlarına qayıtması ilə bağlı müddəanın olmadığını xüsusi vurğulaması Ermənistan hakimiyyətinin və cəmiyyətinin azərbaycanlıların geri qayıtmasını istəməmələrinin göstəricisidir. "Ermənistan hökuməti açıq-aydın göstərir ki, azərbaycanlıların geri qayıdışında maraqlı deyil. Onlar elə zənn edirlər ki, azərbaycanlılar öz dədə-baba yurdlarına qayıdarlarsa və orda məskunlaşarlarsa bunlar üçün pis olar. Bu mənada onlar qorxurlar ki, Qərbi azərbaycanlılar qayıtsalar vəziyyət pis olacaq və erməniləri tədricən sıxışdırıb çıxaracaqlar. Elə bir vəziyyət yaranıb ki, əvvəlcədən proqnoz vermək də çox çətindir. Ermənistanda xüsusi qruplar yaradılıb ki, azərbaycanlılar geri qayıdarsa onlara qarşı təxribatlar törətsinlər. Bu cür təbliğat aparırlar ki, azərbaycanlılar geri qayıtmasınlar.

Ermənilər əvvəlcə şərt qoydular ki, ermənilərin nəinki Qarabağa, hətta Azərbaycanın başqa ərazilərinə də qayıtmasını tələb edəcəklər. Amma aydın məsələdir ki, Bakıdan gedən ermənilər artıq bura qayıtmaq niyyətində deyillər. Buna yüz faiz əminəm. Amma Qarabağdan getmiş ermənilər arasında geri qayıtmaq niyyətində olanlar var. Çünki Ermənistanda onları aşağılayırlar, təhqir edirlər, hətta çoxlarına “alban” adı qoyublar, deyirlər ki, siz təmiz erməni deyilsiz, albanlardan dönməsiniz. Onlara İrəvanda çox pis baxırlar, orda vəziyyətləri yaxşı deyil, yardımlar ala bilmirlər, alanlar da çox cizi məbləğdə alırlar. Ermənistana xarici dövlətlərin də yardımları azalıb”.

İ.Tanrıverdinin fikrincə, sülh sazişinin mətni razılaşdırılsa da, amma Ermənistanın sözünün üstündə duracağına inanmır və ola bilsin, onlar sülh sazişinin imzalanmasını yenə də uzatsınlar. “Saziş nə vaxt bağlanacaq, bu məlum deyil. Ermənistan hər an öz sözündən dönə bilər. Necə ki, indiyə qədər bunu dəfələrlə edib. Amma müqavilə bağlanarsa belə, Ermənistan çalışacaq ki, Qərbi azərbaycanlıların öz tarixi yurdlarına, öz ata-baba ocaqlarına qayıtmasına mane olsun.

Düzdür, bu məsələ sazişin razılaşdırılmış mətnində yoxdur. Amma azərbaycanlıların geri qayıtması aktualdır.

Ermənistanda bir sıra qüvvələr var ki, bu sazişin mətnini qaralamaqla məşğuldurlar, onlar həm də Qərbi azərbaycanlıların geri qayıdışını istəməyən insanlardır. Eyni zamanda, Ermənistanda əhalinin beyninə yeritməyə çalışırlar ki, Qərbi azərbaycanlıların indiki Ermənistan ərazinə qayıtması mümkün deyil. Onları buna hazırlayırlar. Hətta Ermənistan müxalifəti belə bir qərar da qəbul edib ki, Paşinyan hökuməti azərbaycanlıların geri qayıtmasına razılıq versə belə, geri qayıdan azərbaycanlılara qarşı güc tədbirləri tətbiq edəcəklər”-deyə müsahibimiz bildirdi.

“Azərbaycanlıların yenidən öz doğma yurdlarına qayıtması istəyi, arzusu heç zaman gündəmdən çıxa bilməz, bu bizim üçün aktualdır. Ermənistanın xarici işlər nazirinin bəyanatına baxmayaraq, ümid edirik ki, Qərbi azərbaycanlılar öz yurdlarına qayıdacaqlar. Müqavilə bağlanandan sonra bu məsələ barədə daha ətraflı danışmaq olar, amma hazırda hər hansı bir proqnoz vermək çətindir. Amma soydaşlarımızın geri qayıtmaq niyyəti qətidir”-deyə bildirən İ.Tanrıverdi qeyd etdi ki, bu məsələnin sülh sazişində əks olunmamasının Ermənistanda yaratdığı rəy bizə görə yanlışdır, çünki gec-tez azərbaycanlı icma ora dönməlidir. İ.Tanrıverdi qeyd etdi ki, Ermənistan mətbuatında gedən fikirlərə görə, Azərbaycanla sərhəd kəndlərdə yaşayan ermənilər azərbaycanlıların qayıtmasına razıdır. “Bu günlərdə Yuri Manvelyanın azərbaycanlı jurnalistə müsahibəsinə baxdım. O, açıq-açığına dedi ki, Ermənistanın sərhəd bölgəsində olan kəndlərdə yaşayan erməni əhali azərbaycanlıların qayıtmasına razıdır”.

İ.Tanrıverdi qeyd etdi ki, bununla yanaşı, Ermənistan əhalisinin çox hissəsi, o cümlədən də siyasi partiyalar və təşkilatlar, hakimiyyət özü azərbaycanlıların qayıtmasını istəmir, qayıdışa qarşı təxribatçı fikirlər səsləndirirlər.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

08.10.2025 / 21:39
Rusiya Mərkəzi Asiya ölkələri üzərində təsirini xeyli itirdi - Çin, ABŞ və Avropa şərik çıxır...

08.10.2025 / 21:37
“... Zəngəzur Dəhlizi Kipr türkləri üçün də önəmlidir” - Ersin Tatar

08.10.2025 / 21:25
Birinci kim vurulacaq - İran, ya Venesuela?...

08.10.2025 / 21:10
Azərbaycan Türk dünyasında yeni hərbi əməkdaşlıq mərhələsi açır...

08.10.2025 / 21:06
Prezident Qarabağın və Şərqi Zəngəzurun bərpasına dəstək üçün qardaş ölkələrə təşəkkür etdi - VİDEO

08.10.2025 / 21:03
Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirildi

08.10.2025 / 20:57
Beynəlxalq hüquq kütləvi pozulur, türk dünyası sıx birləşməsə hamı məhv olacaq...

08.10.2025 / 20:43
Türk Zirvəsi İrəvanın “TRİPP-dən başqa dəhliz yoxdur” bəyanatına konkret cavab verdi...

08.10.2025 / 20:29
Türk dövlətlərinin hər biri digərlərinə 20 milyard sərmayə qoysaydı... Azərbaycan kimi...

08.10.2025 / 20:15
Sabiq prezidentlər Paşinyana qarşı dəhşətli “fakt” çıxardılar - 70 ədəd "Döyüş xaçı"...

08.10.2025 / 20:02
Türk dünyası 1-ci Türkologiya Qurultayının “sirlərini” 100 il sonra tam biləcək...

08.10.2025 / 19:48
Netanyahu Trampı İrana yeni zərbə vurmağa görün necə inandırmaq istəyir...

08.10.2025 / 19:35
Tələbələrə verilən kredit ildə 19 milyon manata çatdı - layihə özünü necə doğruldur...

08.10.2025 / 19:22
"Azərbaycan və Ermənistan Rusiyasız öz məsələlərini həll edə bilməz"... Daha bir hədə mesajı...

08.10.2025 / 19:08
İlham Əliyev ölkələrarası münasibətlərin ən gərgin vaxtında Putinlə danışdı...

08.10.2025 / 18:55
Bu sahədə dünya birinciliyi Azərbaycana üstünlüklər verir... Təhlil..

08.10.2025 / 18:42
Bütün türk dünyasının vahid hərbi təliminə start verildi...

08.10.2025 / 18:28
Başqa ölkələrlə ildə 25 hərbi təlim keçirən dövlətlər çox deyil - Prezident fakt açdı...

08.10.2025 / 18:22
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 18:18
THE BDU rektorunun beynəlxalq əməkdaşlıqlar barədə müsahibəsini dərc edib

08.10.2025 / 18:15
Mərkəzi Asiyadan Avropaya Yaşıl Dəhliz yalnız türk dövlətlərindən keçəcək...

08.10.2025 / 18:02
Britaniya kəşfiyyatı Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı ŞOK RƏQƏM açıqladı - bir milyondan çox...

08.10.2025 / 17:55
İlham Əliyevin dedikləri olmasaydı, TDT geosiyasi mərkəz ola bilməzdi...

08.10.2025 / 17:48
Vüqar Rəhimzadə: Qəbələ Zirvə Görüşündə qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək

08.10.2025 / 17:41
Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

08.10.2025 / 17:34
İmişlidə 73 nəfərin xəstəxanalıq olduğu kütləvi zəhərlənmənin səbəbi açıqlandı

08.10.2025 / 17:23
“Türk birliyi XXI əsrin yeni geosiyasi arxitekturasıdır” - Əhliman Əmiraslanov

08.10.2025 / 17:10
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri Ankarada bir araya gəlir...

08.10.2025 / 16:56
Polis piyadaların hərəkətinə mane olan sürücülərə müraciət etdi

08.10.2025 / 16:42
Rusiya Xəzəryanı dövlətlərin hərbi dəniz təlimini keçirməyi təklif edir...

08.10.2025 / 16:29
Azərbaycan III MDB Oyunlarında öz rekordunu yenilədi - 184 medal...

08.10.2025 / 16:10
Dənizkənarı Milli Park beynəlxalq mükafat aldı

08.10.2025 / 16:07
Məktəbli çantası ağır olmamalıdır - TƏBİB-dən çağırış...

08.10.2025 / 15:43
"Qarşılıqlı fəaliyyət üçün Türk Dövlətləri Təşkilatı strateji platformadır" - Ərdoğan

08.10.2025 / 15:40
Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!

08.10.2025 / 15:04
Paşinyan konstitusiya dəyişikliyi məsələsində “ilişib”...

08.10.2025 / 14:47
Bir qrup azərbaycanlı Moskva hava limanında saxlanıldı...

08.10.2025 / 14:27
DİN-dən əməliyyat - daha bir onlayn qumar şəbəkəsi ifşa edildi, 5 nəfər tutuldu - VİDEO

08.10.2025 / 14:25
Akademik Musiqili Teatrda “Sən kralsan” tamaşasının premyerası olacaq

08.10.2025 / 14:11
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edildi

08.10.2025 / 13:54
İsrail Qəzza istiqamətində hərəkət edən daha bir gəmi qrupunu saxladı...

08.10.2025 / 13:23
İran Avropa İttifaqı ölkələrinə nota verdi

08.10.2025 / 13:10
Меркель взорвала "б*омбу"! Европа продавала нас Путину. За сколько? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.10.2025 / 12:58
Prezident İlham Əliyev Xorvatiya parlamentinin nümayəndə heyətini qəbul edib - FOTO

08.10.2025 / 12:46
Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxslər yaradıldı

08.10.2025 / 12:34
Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib - FOTO

08.10.2025 / 12:11
Hava limanında gömrük nəzarətindən gizlədilən 365 qram qızıl külçə aşkarlandı

08.10.2025 / 12:02
Dumandakı dua — Çinarə Ömray yazır...

08.10.2025 / 11:52
İbrahim Kalın və Trampın xüsusi nümayəndəsi Qəzza ilə bağlı danışıqlara qatılırlar

08.10.2025 / 11:13
FİFA Ermənistan Futbol Federasiyasını 16 min dollar cərimələdi - azarkeşlərə görə

08.10.2025 / 11:06
Əfqanlar 11 Pakistan əsgərini öldürdü - TƏCİLİ

08.10.2025 / 11:03
Moskvadan ultimatum: "Rusiyasız Ermənistan - Azərbaycan sülhü olmayacaq!" - VİDEO

08.10.2025 / 11:01
Dövlət büdcəsindən 9 ayda 218 milyon manatdan çox vəsait geri qaytarılıb

08.10.2025 / 10:43
Bu il neçə Azərbaycan vətəndaşı əcnəbilərlə nigah bağlayıb?

08.10.2025 / 10:29
Ramin Məmmədov ABŞ-da bir sıra görüşlər keçirib

08.10.2025 / 10:21
Minatəmizləmə Agentliyi Hadrutda mobil baza yaradır

08.10.2025 / 10:12
Naxçıvanda oğurluğa görə 2 nəfər həbs edilib

08.10.2025 / 10:06
Türkiyədə tanınmış müqğənnilər həbs edilib - narkotikaya görə...

08.10.2025 / 10:02
ABŞ-da gizli qırıcı təyyarələr işə salınır - layihə təsdiqləndi

08.10.2025 / 09:30
Hacıqabulda avtomobil aşıb, üç nəfər xəsarət alıb

08.10.2025 / 09:27
Valideynlər bahalı "məktəb avtobusları"nın alternativini tapdı - həm də xeyli ucuz...

08.10.2025 / 09:21
Bu gün III MDB Oyunlarına yekun vurulacaq

08.10.2025 / 09:12
Nobel mükafatının təsis edildiyi əsas kapital Bakı neftindən əldə edilib - İsveç mediası

08.10.2025 / 09:05
Bu tarixdə Azərbaycanda qısaldılmış iş rejimi olacaq

08.10.2025 / 09:01
"O, məni çox məyus edib" - Tramp Putin barədə danışıb

08.10.2025 / 08:34
Əmək pensiyasının təyinatı üçün heç bir kağız tələb olunmayacaq - rahatlıq, ya təzə çətinliklər?..

08.10.2025 / 08:32
Bu ölkədə prezidentin korteji daşa basıldı

07.10.2025 / 22:51
MDU-nun müəllim və tələbələri ilk dəfə olaraq “Orhun Mübadilə Proqramı”nda iştirak edəcəklər - FOTO

07.10.2025 / 21:41
Rusiya-Ukrayna cəbhəsində təhlükəli eskalasiya: ABŞ oyuna dağıdıcı texnika daxil edir...

07.10.2025 / 21:34
Prezident İlham Əliyev TDT-nin Dövlət Başçıları Şurasının Zirvə Görüşü ilə bağlı paylaşım etdi - VİDEO

07.10.2025 / 21:28
"Ermənistan rəhbəri Gəncəni raketlə vurmaq əmrini verdi"...

07.10.2025 / 21:14
Avroittifaq Azərbaycan üçün yeni müsbət gündəlik müəyyən etdi...

07.10.2025 / 21:01
Türk Dövlətləri Təşkilatı yeni qlobal güc mərkəzinə çevrilir

07.10.2025 / 20:47
“Azərbaycan əlavə şərt qoymasa, sülh imzalana bilər” - Mirzoyan baş-ayaq danışdı...

07.10.2025 / 20:33
İrəvan Avropaya doğru daha bir addım atan kimi Rusiya təzyiq kartını dərhal işə saldı...

07.10.2025 / 20:20
Türk Dövlətlərinə 1 illik rəhbərlik Azərbaycanın qarşısında yeni meydan açacaq...

07.10.2025 / 20:06
Türkiyədən Rusiyanı şoka salan qərar - Rusiya ilə yox, ABŞ-la...

07.10.2025 / 19:52
Türk Dövlətləri Təşkilatının Zirvələri fonunda Azərbaycan mədəniyyətinin təbliği geniş vüsət alır...

07.10.2025 / 19:39
Heydər Əliyev Xatirə Kitabının yaradıcısıdır - FOTO

07.10.2025 / 19:27
Ermənistan 5 il sonra qərar verəcək - özlərindən başqa heç kim inanmır...

07.10.2025 / 19:21
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Zirvədə türk görüşləri Azərbaycançılığın güc mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ

Oktyabr
B.eÇ.aÇC.aCŞB
293012345678910111213141516171819202122232425262728293031123456789