Tramp ilk müharibə qərarını verdi...

ABŞ prezidenti Tramp onun barəsində öncədən deyilən bu proqnozu yanlış çıxardı. Onun müharibələrə başlamayacağını demişdilər. Buyurun, nəticəyə baxın. Tramp 2-ci prezidentlik dövrünün ilk müharibəsinə başladı.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Yəmən Ərəb respublikasının paytaxtı Sana şəhəri bu səhər bombardman edildi. Atəş əmrini şəxsən Tramp özü verdi və hətta Pentaqondakı bunkerdə Sananın vurulduğu anları sputnik çəkilişləri üzərindən birbaşa müşahidə etdi...
Tahir TAĞIYEV