Zəngəzur dəhlizinin Türkiyə hissəsinin tikintisinə start verildi

“Anadolu” agentliyi xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbul Texniki Universitetinin 2025-ci il İnşaat Mühəndisliyi Konvensiyası tədbirindəki çıxışı zamanı Türkiyə hissəsində “Zəngəzur dəhlizi”nin tikintisinə yaxın aylarda başlanacağını bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfində “Zəngəzur dəhlizi” ərazisində tikinti işləri davam edir. 224 kilometrlik Türkiyə hissəsində isə yaxın aylarda işlərə başlanılacaq. Uraloğlu onu da bildirib ki, Türkiyə bu marşrutun əsas ölkələrindən biridir və əlavə edib ki, tarixən bu yolun böyük əhəmiyyəti olub. Bu gün biz onun potensialını daha da gücləndirmək istəyirik. Türkiyəli nazir bildirib ki,Zəngəzur dəhlizi Azərbaycandan başlayacaq, Ermənistan ərazisindən keçərək, Naxçıvan, Diluçu və Qarsdan keçərək Bakı-Tbilisi marşrutu ilə birləşəcək.
Surxay Əliyev