Kiyev Belarusa ukraynalı və rus hərbi əsirlər üçün düşərgələr yaratmağı təklif etdi…

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Kiyev Belarusda hərbi əsirlər üçün düşərgələr yaratmağı təklif edib.
“Bu təklif Ukraynadan gəlib: Bu düşərgələrə Belarus nəzarət edəcək, ukraynalı əsirlər bir düşərgəyə, rusiyalı əsirlər digər düşərgəyə göndəriləcək”, - o deyib.
Lukaenko bildirib ki, Belarusda tərəf tutmadan əsirlərin təhlükəsizliyini, yaralıların müalicəsini və lazımi dəstəyi almasını təmin etmək istənilib. əlavə edib ki, Ukraynanın düşərgələrin maliyyələşdirilməsi üçün vəsait tapacağına söz verdiyini deyən Lukaşenko, Kiyevə Moskva ilə birbaşa danışıqlar aparmağı təklif etdiyini bildirib.
"Razılaşın, biz də sizə kömək etməkdən məmnun olarıq" deyən Belarus prezidenti bildirib.
TAHİR