Bazar günü, 16 mart 2025
     

Bakı forumu Cənubi Qafqazı kənar böhranlardan qorumaq formulunu tapdı...

Image

Faiq Ələkbərli: "Yeni mərhələdə başqa dövlətlərin himayədarlığından uzaqlaşıb Azərbaycanın təklif etdiyi yol izlənərsə, Cənubu Qafqazda uzunmüddətli sülh bərpa oluna bilər"

Prezident İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibəsində dünya və regionla, eləcə də Azərbaycanla bağlı diqqət çəkən fikirlər səsləndirib.

Jurnalistin "Biz dünyada çoxsaylı geosiyasi dəyişikliklərin şahidi oluruq. Əsasən, xüsusilə də bu regionda baş verən dəyişikliklərlə bağlı mövqeyiniz nədən ibarətdir" sualına cavabında Prezident İlham Əliyev bildirib: "Əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və Sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq.

Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi Sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik".

Prezident bildirdi ki, sovet dövründəki kimi mehriban qonşuluq şəraitində yaşamağa çalışmalıyıq. Bu mesaj kimlərə ünvanlanıb?

"Prezidentin bu mesajı həm ermənilərə, həm də gürcülərə ünvanlanıb ki, biz birləşib öz başımıza özümüz çarə qılmalıyıq, özümüz öz problemimizi həll etməliyik"

Fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli baki-xeber.com-a şərhində bildirdi ki, Qafqaz xalqlarının, xüsusən də Cənubi Qafqaz xalqlarının dinc bir şəraitdə yaşamasının böyük bir tarixi var. F.Ələkbərlinin fikrincə, bunu yalnız XX əsrə və XXI əsrin əvvəllərinə bağlamalı deyilik, Səfəvilər dövlətinin dövründə də bu xalqlar uzun müddət bir yerdə yaşayıblar. "Sadəcə, Çar Rusiyası gələndən sonra hayları bu bölgəyə köçürməyə başladı. Yəni XIX əsrin əvvəllərində Qacarlar dövləti Rusiya ilə müharibədə məğlub olduqdan, Türkmənçay müqaviləsindən sonra hayların bu bölgəyə köçürülməsi tədricən proseslərdə problem yaratdı. Söhbət Cənubi Qafqaz xalqlarının bir arada yaşamasından gedir. Çar Rusiyasının süqutundan sonra Zaqafqaziya Seymi yarandı. Burda əsasən ermənilər sülh prosesinə mənfi təsir göstərsələr də, hər halda Zaqafqaziya Seymində qısa müddətli müstəqillik oldu. Yəni belə bir təcrübə də vardı. Cumhuriyyət dönəmində də bu sahədə müsbət inkişaf vardı.

Sonrakı dövrdə, Sovetlər zamanında ermənilər, qismən də gürcülər problem yaratsalar da, bütövlükdə stabillik mövcud idi. Sovet dövründə üç xalqın və digər Qafqaz xalqlarının arasında xoş münasibətlər oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müsbət ünsiyyətlər, təmaslar vardı. Burda həmişə problem yaradan ermənilər olub. Müstəqilliyin ilk dövründə də ən çox sülhü pozan, istər gürcülərə, istər azərbaycanlılara problem yaradan ermənilər olub".

F.Ələkbərli hesab edir ki, bu problemlərə son qoymaq üçün yenidən tarixi fürsət yaranıb və biz Azərbaycan olaraq yenidən bu məsələdə ön plana keçə bilərik. "Necə ki, Cumhuriyyət dönəmində də biz irəlidə idik. Səfəvilər türklərin, azərbaycanlıların qurduğu dövlət idi, amma burada digər xalqlara da geniş şərait yaradılırdı.

Biz həm Səfəvilər dövlətinin, həm Cumhuriyyətin varisi kimi yenə də Cənubi Qafqazda sülhün əsas qarantı, zəmanətçisi olmağa layiqik və buna çox yaxınıq. Bu baxımdan, cənab Prezidentin ifadə etdiyi kimi, biz bu məsələdə yenidən öz iradəmizlə, öz gücümüzlə, ədalətimizlə bu barışı, bu sülhü təmin edə bilərik. Bu istiqamətdə də ciddi addımlar atılır".

F. Ələkbərlinin sözlərinə görə, Azərbaycan Prezidentinin təqdim etdiyi yeni formul Cənubi Qafqaz xalqlarının taleyində mühüm rol oynaya bilər. O hesab edir ki, ermənilər kifayət qədər nəticə çıxarmalıdır, gürcülər müəyyən qədər nəticələr çıxarıblar. Cənab Prezidentin dediyi kimi, indiki şəraitdə də

azərbaycanlılar olaraq biz buna hazırıq. Ancaq ermənilər və gürcülər də artıq birmənalı şəkildə öz işlərini bilməlidir. Onlar bugünlərini və gələcəklərini düşünürlərsə belə etməlidirlər.

Fikrimcə, Prezidentin bu mesajı həm ermənilərə, həm də gürcülərə ünvanlanıb ki, biz birləşib öz başımıza özümüz çarə qılmalıyıq, özümüz öz problemimizi həll etməliyik.

Ermənistan Rusiyanın, Qərb dövlətlərinin, ABŞ, Fransanın himayədarlığından imtina etməlidir, bu çox vacibdir. Ancaq Qafqaz xalqları kimi özümüz sülhü bərpa edib arxasında dayanmalıyıq. Burda da ən güclü iradəni ortaya qoyan Azərbaycandır. Ümid edirəm ki, mesajlar ünvanına çatacaq, ermənilər ciddi nəticə çıxaracaqlar. Bu məsələdə böyük bir məsafə qət etməliyik. Hesab edirəm ki, yeni mərhələdə başqa dövlətlərin himayədarlığından uzaqlaşıb Azərbaycanın təklif etdiyi yol izlənərsə, Cənubu Qafqazda uzunmüddətli sülh bərpa oluna bilər"-deyə F.Ələkbərli bildirdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

16.03.2025 / 19:34
Kiyev Belarusa ukraynalı və rus hərbi əsirlər üçün düşərgələr yaratmağı təklif etdi…

16.03.2025 / 18:50
Zəngəzur dəhlizinin Türkiyə hissəsinin tikintisinə start verildi

16.03.2025 / 18:35
“Biz satılmırıq” - Qrenlandiyalılar ayağa qalxdı

16.03.2025 / 18:23
Tramp bir qərarla azad medianı dəfn etdi

16.03.2025 / 18:10
İrandan Rusiyaya “kahı” formasına salınmış narkotik daşıyan yükü maşını “Astara” saxlandı... - FOTO

16.03.2025 / 17:50
Pezeşkian: “Biz heç vaxt alçaldılmağa boyun əyməyəcəyik”

16.03.2025 / 17:34
"Bu yazılanlar bir daha yazıçı Anarın ədəbi çəkisini ortaya qoydu.."

16.03.2025 / 17:29
Azərbaycan Yazıçılar Birliyinin sədri Anara MƏKTUB

16.03.2025 / 17:10
Türkiyə Krımla bağlı mövqeyini bir daha təsdiqlədi

16.03.2025 / 17:04
Matviyenko Bakıya gəldi... - FOTO

16.03.2025 / 15:29
İran üzərindən Naxçıvana açılacaq yol heç bir halda "Zəngəzur dəhlizi" adlandırıla bilməz... Türkiyə naziri nə deyib?...

16.03.2025 / 15:14
İlon Maskın dörd yaşlı uşağı Trampdan ayrılmır - FOTO

16.03.2025 / 15:09
Azərbaycan 50 nəfərin faciəli ölümü ilə bağlı Şimali Makedoniyaya başsağlığı verdi

16.03.2025 / 15:03
“Kiyev istərsə Rusiyanın razılığı olmadan xarici qüvvələr Ukraynaya daxil ola bilər”

16.03.2025 / 14:47
Serbiyada parlament binası qarşısında etirazçılarla polis arasında dava düşüb

16.03.2025 / 14:35
Tramp Yəmənə endirilən hava zərbələrini seyr etdi

16.03.2025 / 14:21
İran Xarici İşlər Nazirliyi ABŞ-ın Yəmənə endirdiyi zərbələrlə bağlı bəyanat yaydı

16.03.2025 / 14:08
Tramp “Amerikanın Səsi”nin yayımını dayandırdı

16.03.2025 / 13:34
Ermənilər mövqelərimizi atəşə tutdu

16.03.2025 / 13:32
Bişkekdə Əhliman Əmiraslanovun sədrliyi ilə TÜRKPA komissiyasının iclası keçirildi - FOTO

16.03.2025 / 13:15
Ukrayna "Uzun Neptun"la işğalçılara ilk sarsıdıcı zərbəsini endirdi

16.03.2025 / 12:54
Rusiya atəşkəs danışıqlarını pozmaq üçün Ukrayna hərbçiləri haqda nağıllar uydurur

16.03.2025 / 12:34
İsrail - ABŞ - Azərbaycan strateji müttəfiqliyi yaranır

16.03.2025 / 00:18
Putin onunla görüşməyə gələn Trampın elçisini 8 saat qapıda gözlətdi...

16.03.2025 / 00:05
ABŞ İsraili ittiham edən Cənubi Afrika səfirini ölkədən qovdu

15.03.2025 / 22:53
Vladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng ediblər

15.03.2025 / 22:35
Ukrayna müharibəsi Rusiyanın enerji nəhəngini çökdürdü - 330,9 milyardlıq "Qazprom"un dəyəri 46 milyarda düşdü...

15.03.2025 / 20:57
Rusiya işğalı genişləndirir, Tramp isə Rusiyadan yaxşı siqnallar aldığını deyir

15.03.2025 / 20:47
Bu dəfə qəhrəman Müqəvvadır

15.03.2025 / 19:19
Allahdan qorxmayanın yardım paylamasının adı nədir?... İllah da deputat ola...

15.03.2025 / 18:26
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib

15.03.2025 / 18:12
ABŞ-ın Rusiya ilə birgə Ukraynanın ərazi bütövlüyünə qarşı qətnamə qəbul etməsi təəccüblüdür

15.03.2025 / 18:11
Kurskda Ukrayna qoşunlarının mühasirəyə düşməsini Müharibə Araşdırmaları İnstitutu (ISW) da təkzib edir

15.03.2025 / 18:09
Ukrayna silah arsenalını genişləndirir - Yeni Neptun raketi uğurla sınaqdan keçirildi

15.03.2025 / 18:06
“Netanyahunun zehnində sülh və əmin-amanlıq üçün yer yoxdur”

15.03.2025 / 17:08
Qlobal forum xəbərdarlıq etdi - yaxın illərdə sabitlik olmayacaq....

15.03.2025 / 17:01
"Azərbaycan səhiyyəsində süni intellektin gündəlik tibbi praktikada tətbiqi nəzərdə tutulur" - Nazir

15.03.2025 / 16:45
Milli Məclis Avropa Parlamentinə etiraz məktubu göndərdi

15.03.2025 / 16:17
"Qlobal səhiyyə problemlərinin Bakı Forumunda müzakirə olunması son dərəcə vacibdir" - İsrailin sabiq Prezidenti

15.03.2025 / 16:10
Kiməsə arxayın olanlar düzlərdə qalar - Bakı forumundan dövlətlərə böyük mesaj....

15.03.2025 / 16:02
Bakı forumundan dövlətlərə 2 qiymətli tövsiyə verildi...

15.03.2025 / 15:50
Bakı forumu Cənubi Qafqazı kənar böhranlardan qorumaq formulunu tapdı...

15.03.2025 / 14:46
Bolqarıstanın sabiq Prezidenti Bakıdan Trampa çağırış etdi - "...rahat yaşayaq”

15.03.2025 / 14:27
DİN Çevik Polis Alayında xidmətə qəbulla bağlı müsabiqə elan edir

15.03.2025 / 14:11
Qaradağda əməliyyat - saxlanan iki nəfərdən 3 kq heroin, tiryək, marixuana, 100 ədəd metodon aşkarlandı

15.03.2025 / 13:43
"Qadınların fəaliyyətini dəstəkləyən xüsusi tədbirlərin həyata keçirilməsinə ehtiyac var" - Qlobal Bakı Forumu

15.03.2025 / 13:26
Qlobal Bakı Forumunda “Yeni dünya üçün yeni texnologiyalar” adlı panel iclas keçirildi

15.03.2025 / 13:02
İsrail - ABŞ - Azərbaycan sttrateji müttəfiqliyi yaranır

15.03.2025 / 12:45
Bərdədə binanın eyvanı uçub, bir nəfər dağıntılar altında qalıb

15.03.2025 / 11:23
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçuları təltif edildi

15.03.2025 / 11:18
Prezident İlham Əliyev Nasir Əbdülkərim Əbdürrəhmanı “Dostluq” ordeni ilə təltif etdi

15.03.2025 / 11:15
Prezident İlham Əliyev Azərbaycanın D8-ə qoşulmasını təsdiqlədi

15.03.2025 / 11:10
XİN Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası ilə bağlı sazişin imzalanmasını alqışladı

15.03.2025 / 11:00
Mətbuat Şurasının yaranmasından 22 il ötür

15.03.2025 / 10:23
"Birgə bəyanatı alqışlayırıq" - Qırğızıstandan Azərbaycan və Ermənistan açıqlaması

15.03.2025 / 10:16
Ronaldu 928-ci qolunu vurub

15.03.2025 / 10:03
Ağstafada "Jiquli" piyadanı vuraraq öldürüb

15.03.2025 / 08:44
Ədliyyə Nazirliyinin bu ideyası rəğbət qazanmadı - boşanmaq istəyənlərə nə psixoloq?

15.03.2025 / 01:27
Putin Trampın Kurskda mühasirədəki ukraynalı əsgərlərin bağışlanması xahişinə cavab verdi – silahı yerə qoyub təslim olsunlar...

14.03.2025 / 23:18
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində... - FOTO

14.03.2025 / 22:18
Tramp bunu da etdi – Putinlə birləşib dezinformasiya yayırlar...

14.03.2025 / 22:13
Paşinyan 2 mübahisəli sülh maddəsini niyə təsdiqlədi və niyə mövqeyindən çəkildi?...

14.03.2025 / 22:07
Estoniya kəşfiyyatı Trampı təkzib etdi, - Ukrayna ordusu Kurskda mühasirəyə düşməyib...

14.03.2025 / 21:40
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər - FOTO

14.03.2025 / 21:37
Konqresin ermənilərə satılmış üzvləri Trampın dövründə bir-bir vurulur...

14.03.2025 / 21:23
Ermənistan tezliklə konstitusiyanı da dəyişməli olacaq...

14.03.2025 / 21:21
C.Vensdən əl çəkmirlər bu dəfə də vitse prezidenti konsertdə fitə basdılar

14.03.2025 / 21:14
Harutyunyan məhkəmədə Vardanyanla bağlı danışdı

14.03.2025 / 21:09
Türkiyə jurnalistindən ziyanlı fikir - Azərbaycan-Türkiyə münasibətləri ABŞ-İsrail münasibətləri kimidir?...

14.03.2025 / 20:56
Yeni dünya düzənində Rusiya Azərbaycanla daha fərqli işləməli olacaq...

14.03.2025 / 20:55
Harutyunyan: "Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu" - MƏHKƏMƏ + FOTO

14.03.2025 / 20:42
Ermənistanla saziş Xocalı genosidi barədə beynəlxalq iddialara kölgə salmayacaq...

14.03.2025 / 20:28
Azərbaycan kəşfiyyatı Ermənistanda AB-nin sərhəd missiyasını tam deşifrə etdi...

14.03.2025 / 20:20
Tramp Putinlə Kursk vilayətində mühasirədə olan Ukrayna qoşunlarını müzakirə edib

14.03.2025 / 20:15
Ermənistanın üzdə sülh ritorikası - altda müharibə hazırlığı... Təlimatçıların yeni oyunu...

14.03.2025 / 20:01
Avropa Birliyinin Qafqaz siyasəti böhrana dirəndi - çıxış yolu var...

14.03.2025 / 19:47
BMT Avropa Parlamentinin anti-Azərbaycan mövqeyini kəskin vurdu...

14.03.2025 / 19:34
Blinken Azərbaycan-ABŞ münasibətlərini necə pozdu...

14.03.2025 / 19:20
Ermənistan sərhəd boyunca öz ərazisində demilitarizasiya zonası yaratmalıdır...

14.03.2025 / 19:11
“Hər dəfə yuxuma girəndə mənə deyir ki, bibi, ağlama, mən ölməmişəm”

14.03.2025 / 19:02
BMT-nin islah olunmasında Bakı Forumu təsirli rol oynayacaq...

Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456