Putin Trampın Kurskda mühasirədəki ukraynalı əsgərlərin bağışlanması xahişinə cavab verdi – silahı yerə qoyub təslim olsunlar...

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın Kursk vilayətində mühasirəyə alınmış Ukrayna əsgərlərinin bağışlanması xahişinə cavab verib. Putin deyib ki, ukraynalı əsgərlər silahlarını yerə qoyarsa, onlara yaşamaq və insani münasibətə zəmanət veriləcək.
“Tirsilah və təslim olduqları halda, Kursk vilayətindəki ukraynalı əsgərlərə beynəlxalq hüquq normaları və Rusiya Federasiyasının qanunlarına uyğun olaraq yaşamaq və insan ləyaqətinə layiq rəftar olunacağına zəmanət veriləcək”, - deyə Putin bildirib.
Putinin sözlərinə görə, Kiyev Ukrayna əsgərlərinə silahı yerə qoymağı əmr etməlidir.
Qeyd edək ki, Putinlə telefon danışığı ilə bağlı açıqlama verən Tramp minlərlə Ukrayna əsgərinin Rusiya ordusu ilə əhatəyə alındığını, çox pis və həssas vəziyyətdə olduqlarını bildirib.
“Mən Prezident Putindən onların həyatlarının qorunmasını qətiyyətli şəkildə xahiş etmişəm. Bu, İkinci Dünya müharibəsindən bəri ən dəhşətli qırğın ola bilər”, - deyə Tramp bildirib.
TAHİR