Avropa Birliyinin Qafqaz siyasəti böhrana dirəndi - çıxış yolu var...

Tofiq Abbasov: "Azərbaycan Avropa Birliyindən ikitərəfli və bərabər hüquqlu münasibətlər istəyir"
XII Qlobal Bakı Forumunun “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən panel müzakirəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Avropa İttifaqının bizim regionla bağlı yeni siyasətini görmək istəyirik: "Ermənistanın silahlandırılması parçalanmanın yeni elementi ola bilər".
Postsovet erasından sonra yeni reallıqların göz qabağında olduğunu deyən Prezidentin köməkçisi Azərbaycanın buna etibarlı şəkildə yanaşdığını qeyd edib.
Cənubi Qafqazda Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə söykənən yeni status-kvo şəraitində Avropa Birliyinin bölgəyə yönəlik siyasətində hansı islahatlara ciddi ehtiyac duyulur?
Məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən politoloq Tofiq Abbasov bildirdi ki, Avropa İttifaqının hazırki siyasəti büdrəyən siyasətdir: "Vaşinqtonla Brüssel arasında artıq böyük anlaşılmazlıqlar vər. Bu məsələdə də avropalılar daha çox cavabdehlik daşımalıdırlar. Çünki onların bir çox məsələlərə yanaşmaları ozünu qeyri-sağlam tərzdə büruzə verir. Məsələn, götürək elə Avropanın Cənubi Qafqaz siyasətini. Azərbaycan dövləti olaraq biz Avropa İttifaqının anlaşılmayan, natamam və saxtakarlıqla yoğrulmuş yanaşmalarının şahidi olmuşuq. Bu, Azərbaycan-Ermənistan münaqişəsi kontekstində də zaman-zaman özünü büruzə verirdi.
Digər tərəfdən, biz heç vaxt gizlətməmişik ki, bizim Avropa İttifaqına böyük ehtiyacımız var, onların da bizə böyük ehtiyacları var. Təsadüfi deyil ki, biz Brüssellə münasibətlərimizi tənzimləyə biləcək bir saziş bağlamaq üçün uzun muddətdir müzakirə aparırıq. Vaxtilə rəsmi Brüssel ciddi cəhdlə çalışırdı ki, biz assosiativ əməkdaşlıq sazişinə kortəbii olaraq imza ataq. Biz buna getmədik və bu ən doğru yol idi. Biz bildirdik ki, inteqrasiyadan qaçmırıq, amma bunlar bizim üçün münasib sərtlər deyil. Əməkdaşlıq dönəmində Azərbaycan AB-yə kifayət qədər töhfə verib. Məsələn, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu həddən aprtıq böyükdür. İldən-ilə də bu məsələdə Azərbaycannın əhəmiyyəti artır. Lakin Avropa İttifaqı Azərbaycana həmişə yuxarıdan aşağı baxır. Bu da düzgün yanaşma deyil. Əgər həqiqətən də Avropa İttifaqı Azərbaycanla şəffaf və aydın münasibətlər qurmaq istəyirsə, onda onlar bizə məkirlə yanaşmamalıdırlar, yekəxanalıq etməməlidirlər və üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Azərbaycan Avropa Birliyindən ikitərəfli və bərabər hüquqlu münasibətlər istəyir. Yuxarıdan aşağı baxmaqla, bizi aşağılamaqla heç nəyə nail olmaq mümkün deyil. Biz özümüzün də, onların də dəyərini bilirik. Ona görə də prezident İlham Əliyev həmişə deyir ki, biz ikitərəfli və bərabər hüquqlu münasibətlərə hazırıq, bizə demokratiya dərsi keçməyin. Çunki demokratiya elə bir dəyərdir ki, o milli zəmində yaranır, onu ixrac etməyə dəyməz və bizim belə bir idxala ehtiyacımız yoxdur.
Avropa institutları özləri qaydaları tez-tez pozurlar və çalısırlar ki, məsuliyyəti bizim üzərimizə atsınlar. Burada əsas məsələ tərəflərin bir-dirini diqqətlə dinləməsi və məsələnin mahiyyətinə köklənməsidir. Avropa ilə bizim imzalayacağımız sənədin 95 faizi razılaşdırılib. Qalan 5 faiz isə Avropanın nümayiş etdirdiyi öyunbazlıqlar, təzyiq vasitələri və s.-dir ki, biz onları qəbul etmirik. Məsələn, razılaşdırılmayan maddələrdən biri odur ki, Avropaya uçuşları təşkil edəcək operatorları kim müəyyənləşdirməlidir - fikir ayrılıqları var. Avropalılar sərt mövqe tutaraq öz fərdi maraqlarını həyata keçirmək istəyirlər, bu düžgün deyil. Biz qarşılıqlı ehtimaddan danışırıqsa, gərək kompromislər tapılsın. Azərbaycan bunu bacarır, Avropa isə bunu bacarmır və öyrənmək də istəmir. Biz isə bununla razılaşmırıq.
Biz Avropanın 10 ölkəsi ilə strateji sənədlər imzalamışıq. Bununla biz nümayiş etdiririk ki, bu əlaqələrdə maraqlıyıq, niyyətlərimiz isə şəffaf və təmizdir. Bunun müqabilində Avropa Birliyi Azərbaycana yönəlik siyasətində keyfiyyət dəyişikliyinə getməlidir, bizimlə öz müstəmləkələri və təbəələri kimi davranmamalıdır.
Diqqət edin, bunlar Azərbaycan-Ermənistan qarşıdurmasında hansı gedişlərdən, oyunlardan istifadə etmədilər? Nəyə lazım idi Avropa mülki müşahidə missiyası? Onlar özlərini də, digərlərini də aldatmaq istəyirlər. Bunlar hamısi keçmiş hərbi kəşfiyyatçılarıdır - bunu hamı bilir. Ona görə də Avropanın həm Azərbaycana, həm də bütün dünyaya qarşı siyasəti səmimiyyətə doğru dəyişməlidir. Biz "boz zonaların" və "boz texnologiya"ların əleyhinəyik. Bu bizim dəyişməyən prioritetlərimizdir və heç vaxt da dəyişməyəcək".
Dəniz NƏSİRLİ