Bazar ertəsi günü, 17 mart 2025
     

Ermənistan bu 2 şərti icra etməsə, saziş imzalanmayacaq...

Image

Mehman İsmayılov :"Top Ermənistan tərəfdədir, Ermənistanın rəhbərliyi qərar verməlidir ki..."

"Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını məmnunluqla qeyd edirik" . Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanatında deyilir.

"Bununla yanaşı, danışıq aparılmış mətnin imzalanması üçün əsas şərtin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması məqsədilə Ermənistanın konstitusiyasına dəyişiklik edilməsi olduğu barədə Azərbaycanın uzunmüddətli və prinsipial mövqeyini bir daha diqqətə çatdırırıq.

Eyni zamanda, ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk Qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasının zəruriliyini vurğulayırıq.

İki ölkə arasında normallaşma prosesi ilə bağlı bu və digər məsələlər üzrə ikitərəfli dialoqu davam etdirməyə hazırıq", - XİN-dən bildirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edir ki, sülh sazişinin mətni üzərində iş qurtarıb, amma konstitusiyanın dəyişdirilməsi və Minsk qrupunun buraxılması ilə bağlı məsələ öz yerində qalır. Ermənistan bunu da etməlidir. Yəni bu o deməkdir ki, Ermənistan konstitusiyanı dəyişməsə, Minsk qrupu buraxılmasa sülh sazişi hazır olsa da imzalanmayacaq. Bu proses təxminən nə qədər çəkər?

"Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılması prosesində..."

Politoloq Mehman İsmayılov "Bakı-Xəbər"ə şərhində "Əlbəttə ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılması prosesində irəliləyiş müsbət haldır. Sülh müqaviləsinin 17 maddəsinin hamısının tərəflər arasında razılaşdırılması alqışlanmalıdır. Amma işin mürəkkəbliyi orasındadır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi layihəsində razılaşdırılmış 17 maddə səbəb törədən maddələr deyil, nəticələrdir. Nəticələrin ortadan qalxması razılaşdırılmalıdır. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiasıdır ki, o ortadan qaldırılmayıb. Onu ortadan qaldırmağın isə ən qısa yolu Ermənistanın dərhal konstitusiya dəyişikliyinə gedib Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ordan qaldırmağıdır. Bunu parlament yolu ilə edəcəklər, yoxsa referendum keçirəcəklər, bu artıq onların öz daxili işləridir. Amma Azərbaycan əmin olmaq istəyir ki, Ermənistan hüquqi cəhətdən Azərbaycana qarşı ərazi iddialarından əl çəkmiş sayılır. Əlbəttə, biz hesab etmirik ki, bu müqavilə imzalanandan, Ermənistanın konstitusiyası dəyişdiriləndən və Azərbaycana qarşı ərazi iddiaları ortadan qaldırılandan sonra Ermənistan düzələcək və ermənilər sülhə gələcək. Mən heç vaxt ermənilərin Azərbaycan türkləri və anadolulu qardaşlarımızla sülh şəraitində yaşayacağına inanmıram. Sadəcə, bu gün Paşinyanı tələsdirən başqa məsələlərdir"-deyə bildirdi. M.İsmayılov xatırlatdı ki, iki-üç gün bundan əvvəl Ermənistanın baş naziri təşəbbüs göstərib Türkiyə Cumhuriyyətinin 10 aparıcı kütləvi informasiya vasitəsinin nümayəndəsini İrəvana dəvət edib və onlara müsahibə verib. "Orda çox vacib məsələləri səsləndirib ki, biz Türkiyə ilə sərhədlərin açılmasında heç bir ön şərt qoymadan məsələləri reallaşdırmaq istəyirik. O, iki çox vacib nöqtəyə toxunub ki, 1915-ci il hadisələrinin tarixçilər tərəfindən araşdırılmasının tərəfdarıdır. Yəni onu ön şərt kimi və Türkiyə ilə Ermənistanın arasında bir 100 illik boyunca çəkilmiş hasar kimi ortadan qaldırmağı və cənab Ərdoğanın illərdir təkrar-təkrar söylədiyi ki, biz Osmanlı, Türkiyə dövlətinin arxivlərini açmağa hazırıq, Ermənistan da arxivləri açsın, dünyanın ən müxtəlif ölkələrindən ekspertlər gəlsin, o arxivlərdə işləsinlər və həqiqətləri önə çıxarsınlar. "Hraparak" qəzetinin verdiyi məlumata görə, Paşinyan Türkiyə jurnalistlərinə verdiyi müsahibədə məhz bu məsələni xüsusilə qabardıb. Sonra da deyib ki, Türkiyə Cumhuriyyətinin prezidenti cənab Ərdoğanla çox sıx əlaqə saxlayır, münasibətlərin normallaşdırılmasını istəyir və təbii ki, Ermənistanın atacağı sonrakı addımlar da var".

M.İsmayılov qeyd etdi ki, Azərbaycanın Ermənistanın qarşısında qoyduğu 4 şərt var. M.İsmayılovun sözlərinə görə, burda həyata keçməli olan iki mühüm məsələ var ki, onlar öz həllini tezliklə tapmalıdır. "Bilirsiz, məsələlərdən biri Minsk qrupu həmsədrlik İnstitutunun ləğvi barədə hüquqi cəhətdən həm Ermənistanın, həm də Azərbaycanın müraciət ünvanlamasıdır ki, Ermənistan bunu indiyə qədər ləngidir. Üçüncü qüvvələrin bizim şərti sərhədlər boyu yerləşdirilməməsidir ki, bu artıq razılaşdırılıb. Bir-birinə qarşı beynəlxalq müstəvidə iddiaların qaldırılmamasıdır ki, bu da razılaşdırılıb. Bu son iki maddə idi. Amma ortada qalan əsas məsələ bu iki məsələdir - konstitusiyada dəyişiklik və Minsk qrupu həmsədrlik İnstitutunun varlığından imtina etmək.

Amma Ermənistanın indi tələsməsinin əsas səbəbləri var. Ermənistan niyə tələsir? Ukrayna cəbhəsində Rusiyanın mövqe üstünlüyü əldə etməsi, ABŞ-da yeni hakimiyyətə gəlmiş administrasiyanın Ermənistana qarşı etinasız mövqe göstərməsi, ABŞ-ın Avropa İttifaqının müdafiəsindən geri çəkilməsi və daima Ermənistanı qızışdıran Fransanın öz hayına qalması, Avropa İttifaqında ən çox aktivlik edən Fransanın, Makronun indi özlərini necə müdafiə edəcəklərinin yollarını axtarması Paşinyanı məcbur edir ki, Türkiyənin çətirinin altına girsin".

M.İsmayılovun bildirdiyinə görə, NATO-nun baş katibi Mark Ruttenin və Polşanın baş naziri Donald Tuskun Türkiyədən rica etmələri, Avropa liderlərinə xahişdə bulunmaları, onlara səslənmələri ki, həm Ukraynanın təhlükəsizliyinin təminatında, stabilliyin yaradılmasında, həm də bütövlükdə Avropa qitəsində təhlükəsizliyin və sabitliyin yaradılmasında Türkiyə öz üzərinə daha çox məsuliyyət götürsün, Mark Rutte də Avropa liderlərinə çağırış etdi ki, Türkiyənin çox güclü hərbi sənaye kompleksi var və Avropanın real təhlükəsizliyinin təminatında onun rolu artırılmalıdır. Yəni faktiki olaraq, bu gün Avropa ilə Ermənistan Türkiyəyə yalvarır şəklindədirlər. Rusiyanın təsirindən çıxıb Türkiyənin çətirinin altına girmək bu gün Ermənistan üçün Azərbaycanla münasibətləri normallaşmasından sonra yeganə ən qısa yol sayılır. Ona görə də Paşinyan Rusiyadan gələcək həmin o təhlükələrin tezliklə qarşısını almaq üçün Türkiyə ilə münasibətləri normallaşdırmağa, kommunikasiyaların açılmasına nail olmalıdır. Üstəlik onu da söyləyim ki, "Hraparak" qəzetinin yazdığına görə, Paşinyan türkiyəli jurnalistlərə deyib ki, biz Mehri rayonu ərazisindən dəmiryolu açılıb işləməsini dərhal təmin etməyə hazırıq. Bunu erməni mətbuatının özü yayıb. Yəni Paşinyan Türkiyə və Azərbaycanın qarşısında bütün şərtləri yetinə yetirməyə hazırdır ki, tezliklə Türkiyənin müdafiəsi altında olsun. Əgər Avropa, Ukrayna Türkiyədən dəstək istəyirsə, üstəlik də dediyim kimi, ABŞ-Avropa İttifaqı münasibətlər sisteminin indiki mürəkkəb vəziyyəti, Avropa İttifaqının özünün təhlükəsizliyini təmin etmək gücündə olmaması və Avropa İttifaqının kağızın üzərində 1 milyon 950 min əsgər və zabitinin olduğu barədə məlumatlar (bu barədə Avropanın ekspertlərinin özləri dedilər ki, Avropa İttifaqı özünü müdafiə etmək üçün cəmi 300 min hərbi qulluqçu təşkil edə bilir-M. İ), bu acı həqiqətlər Ermənistanı Azərbaycanla və Türkiyə ilə münasibətləri dərhal düzəltməyə sövq edir.

Amma yenə də top Ermənistan tərəfdədir. Ermənistanın rəhbərliyi qərar verməlidir ki, konstitusiya dəyişikliyinə necə gedəcəklər. Əlbəttə, enində-sonunda Paşinyan konstitusiya dəyişikliyinə gedəcək, onun da müzakirəsini aparırlar. Amma bunun bir praktik yolu ortaya qoyulmalıdır. Həmin dəyişikliyi hansı variantda edəcəklər, parlament qərarı iləmi edəcəklər? Parlament qərar verib Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən müstəqillik bəyannaməsindənmi imtina edəcək? Çünki konstitusiya həmin müstəqillik bəyannaməsinə istinad edir. Yoxsa referenduma gedib konstitusiyanı dəyişəcəklər? Bu artıq onların öz problemləridir. Amma məsələnin indi Ermənistan tərəfindən göstərilən aktivliyinin tək səbəbi var. Paşinyan üçün, Ermənistan üçün yeganə doğru çıxış yolu hər zaman Azərbaycanla, Türkiyə ilə münasibətləri dərhal normallaşdırmaqdır ki, 2020-ci ildən bu günə qədər Paşinyan siyasi dələduzluqla məşğul olub, nala-mıxa vurub, bu razılaşmanı uzatmışdı, Avropadan gələn, Amerikadan Demokratlar tərəfindən ona vəd edilən "şirin kökələr" Ermənistanı revanşist bir yol tutmağa sövq edirdi. Ermənistan bu gün də hücum silahları alıb, ona görə də mən heç zaman "sülh müqaviləsi imzalandı və Ermənistanla Azərbaycan, dünya ermənililiyi ilə azərbaycanlılar və Anadolu türkləri

arasında problem ortadan qalxdı" deyə düşünmürəm. Sadəcə, Azərbaycan çalışır və istəyir ki, Ermənistanın bütün hərəkətlərini hüquqi çəmbərə salsın, hüquqi hasara alsın ki, gələcəkdə ermənilərin törədə biləcəyi cinayətlərə hüquqi cavab verə bilsin" - deyə M. İsmayılov bildirdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

17.03.2025 / 22:36
Türkiyənin rəsmi orqanları Paşinyanın aparatının təxtibatına reaksiya verəcəkmi?...

17.03.2025 / 21:33
ABŞ-ın köhnə media-informasiya sistemi alt-üst edildi - "diktatorlar sevinəcək" şüarı başladı...

17.03.2025 / 21:18
Britaniyanın Bakıda ilk hərbi attaşe təyinatının arxasında məsələlər var...

17.03.2025 / 21:16
ABŞ Almaniyadan Ermənistana 151 hərbi texnika daşıyacaq - konkret tarix qoyuldu..

17.03.2025 / 21:05
Azərbaycan-Ermənistan sazişində Qərbi Azərbaycan məsələsi - mövzu hələ qapanmayıb...

17.03.2025 / 20:51
Qondarma "Arsax prezidentinin" məhkəmə ifadəsi Qasparyana cinayət işi açmağa yetər

17.03.2025 / 20:38
Putinlə Tramp "sövdələşib" - Moskva Qarabağ üçün Xovayevi göndərir, Tramp Bononu göndərəcək?

17.03.2025 / 20:35
Məleykə xanım, işinizlə məşğul olun!

17.03.2025 / 20:32
Mnatsakanyan: "Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi" – MƏHKƏMƏ + FOTO

17.03.2025 / 20:25
İlham Əliyev yeni mexanizm yaratmağı təklif etdi - azı 6 dövlətin sözü gedir...

17.03.2025 / 20:18
Tramp İranı "ağır" ifadələrlə təhdid etdi

17.03.2025 / 20:10
Bakı-İrəvan prosesi tezliklə bitəcək - Trampın müşaviri Hikmət Hacıyevlə danışdı...

17.03.2025 / 19:57
Əvvəl konstitusiya, ya parlament seçkisi - ölkə başçısı çətin seçimə düşüb...

17.03.2025 / 19:50
YAP-ın İdarə Heyətinin iclası keçirildi - FOTO

17.03.2025 / 19:43
Avropa bu şəxsləri Azərbaycana təslim edəcək(?) - beynəlxalq şərait dəyişib...

17.03.2025 / 19:38
Netanyahu rəqiblərini o cümlədən kəşfiyyat rəhbərini aradan götürür

17.03.2025 / 19:29
Keçiddə xaos dünyanı bürüyür - Əgər Bakı Forumunun ideyalarına ciddi baxılsa...

17.03.2025 / 19:16
Qlobal Bakı Forumu Azərbaycan ideologiyası üstündə daha təsirli rol oynadı...

17.03.2025 / 19:07
Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edildi - FOTO

17.03.2025 / 19:03
Beynəlxalq Avrasiya Mətbuat Fondu bəyanat yayıb

17.03.2025 / 18:50
Qlobal Bakı Forumu Trampa müraciət etdi - "təşəbbüsə qoşulun"...

17.03.2025 / 18:45
Tarixi Kipr problemi yenidən qabardı - BMT hərəkətə keçdi...

17.03.2025 / 18:39
Kreml susur, lakin Tramp Putinlə əsas 2 məsələdən danışacağını açıqladı...

17.03.2025 / 18:37
İran üzərindən Zəngəzur dəhlizi? - Türkiyə nazirinin böyük yanlışı...

17.03.2025 / 18:23
Azərbaycanla düşmənçilik, Azərbaycanın dostu ilə milyardlıq layihələr - işdə bu Makrondur...

17.03.2025 / 18:14
"İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb" - Mnatsakanyan

17.03.2025 / 18:09
İlham Əliyev Trampa mesaj verdi - Azərbaycan Sizdən bunları gözləyir...

17.03.2025 / 17:55
Keçmiş nazir: "Paşinyan Azərbaycanla saziş mətnini bu səbəbdən qəbul etdi"...

17.03.2025 / 17:42
Vardanyan Bakıdan İrəvana məktub yazdı - “Qarabağdan erməniləri özümüz çıxardıq”...

17.03.2025 / 17:37
Baş nazir DİN əməkdaşlarının maaşı ilə bağlı yeni qərar imzaladı

17.03.2025 / 17:33
“Babək o gün “Şuşanın dağları”nı oxuyurdu...”

17.03.2025 / 17:27
Əli Əsədov deputatların tənqidindən hansı nəticələri çıxarmalıdır...

17.03.2025 / 17:14
Rəsmi Bakı saziş barədə İrəvanla birgə bəyanat verməkdən imtina etdi...

17.03.2025 / 17:05
“Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da!

17.03.2025 / 16:43
Mnatsakanyan: "Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb" - FOTO

17.03.2025 / 16:35
Çexiya Trampın açığına “Azadlıq radiosu”nu satın almağı təklif edir

17.03.2025 / 16:34
Makron Amerikanın silahlarına baykot elan elədi

17.03.2025 / 16:32
“Fransızlar hərbi xidmətin bərpasını tələb edirlər” – Fransa müharibəyə hazırlaşır

17.03.2025 / 16:27
Macarıstanda “Ukraynanın Avropa Birliyinə daxil olma” sorğu bülletenləri yayıldı

17.03.2025 / 16:27
“Trampın Ukrayna barədə “A” planı və “B” planı” – Son xəbər

17.03.2025 / 16:24
Fransa Trampdan “Azadlıq heykəli”ni qaytarmağı tələb edir

17.03.2025 / 16:20
Zakir Həsənov Bosniya və Herseqovinanın müdafiə naziri ilə görüşdü

17.03.2025 / 16:09
Mnatsakanyan: "Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi" - FOTO

17.03.2025 / 15:47
“Bu beş şərt olmadan Ukraynada ədalətli sülh mümkün deyil” – Litva XİN bəyanat yaydı

17.03.2025 / 15:45
Ukraynanın torpaqlarını “təhlükəsizlik zəmanətinə” satırlar

17.03.2025 / 15:42
Vüqar Rəhimzadə: Azərbaycan öz gücünə güvənən dövlətdir

17.03.2025 / 15:33
"Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlər qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir" - Sahibə Qafarova

17.03.2025 / 15:25
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya başsağlığı verib

17.03.2025 / 15:20
Qəhrəmanların ömrü əbədidir...

17.03.2025 / 15:12
Sərhəddə erməni təxribatı qızışır - mövqelərimiz yenidən atəşə tutuldu

17.03.2025 / 15:06
İran üzərindən Naxçıvana gedən yol Zəngəzur dəhlizi adlandırıla bilməz, cənab Uraloğlu... - VİDEO

17.03.2025 / 14:49
Yeniyetmə taekvondoçularımız Belçikada 6-sı qızıl olmaqla 11 medal qazanıb

17.03.2025 / 14:41
Mnatsakanyan: "Məni qondarma rejimin “müdafiə naziri” “vəzifəsi”nə Seyran Ohanyanın təqdimatı ilə Serj Sarkisyan təyin edib" - FOTO

17.03.2025 / 14:30
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı

17.03.2025 / 14:25
Mnatsakanyan: "Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi" - FOTO

17.03.2025 / 14:25
Çağırışların fürsətə çevrilməsi

17.03.2025 / 14:07
"Ermənistanda revanşizm tendensiyası normallaşma prosesinin yekunlaşdırılmasında ən ciddi maneədir" – Ceyhun Bayramov

17.03.2025 / 14:06
Avropa Birliyinin Missiyası Ermənistanın aşkar atəşkəs pozuntusunu inkar etdi....

17.03.2025 / 13:47
Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlandı

17.03.2025 / 13:34
Xəzərdə süni torpaq sahəsinin icarə haqqı belə hesablanacaq

17.03.2025 / 13:28
Polis Xaçmazda əməliyyat keçirdi, külli miqdarda narkotik ələ keçirildi

17.03.2025 / 13:21
Xızı rayonunun prokuroru qəzaya düşdü

17.03.2025 / 13:10
Отношения России и Азербайджана налаживаются. Надолго ли? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.03.2025 / 12:46
Xanlar Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM

17.03.2025 / 12:35
Bu il nə qədər fitrə zəkatı verilməlidir? - QMİ-dən açıqlama...

17.03.2025 / 12:23
“Global Terrorism Index 2025” açıqlandı - Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasına yüksəldi...

17.03.2025 / 12:02
Həm sülhdən danışır, həm də Azərbaycanı atəşə tutur...

17.03.2025 / 11:41
ABŞ Putinin Ukraynadakı hərbi cinayətlərini araşdıran beynəlxalq qurumdan çıxır

17.03.2025 / 11:30
Trampla Putin Ukrayna torpaqlarını bölüşdürülməsini müzakirə edəcəklər

17.03.2025 / 11:23
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib - FOTO/YENİLƏNDİ

17.03.2025 / 11:20
“Düşünməliyik”

17.03.2025 / 11:16
Qəzzada ərzaq böhranı yaşanır - BMT həyəcan təbili çalır

17.03.2025 / 11:11
“Kral Çarlzıın Zelenski ilə görüşünü Tramp “qısqanc uşaq” kimi qarşılayıb”

17.03.2025 / 11:06
Son 2 gündə itkin düşən 19 nəfər tapılıb - polisdən AÇIQLAMA

17.03.2025 / 11:03
Ermənistan yenə atəş açır. İrəvan nə istəyir? - CANLI

17.03.2025 / 11:01
Prezident İlham Əliyev Valentina Matviyenkonu qəbul etdi - FOTO/YENİLƏNDİ

17.03.2025 / 11:00
Prezident İlham Əliyev “Azərenerji” ilə bağlı Fərman imzaladı

17.03.2025 / 10:50
“Azərenerji” ASC-nin İdarə Heyəti yaradılır

17.03.2025 / 10:35
İranda milli assimilyasiyaya etiraz edən qaşqay qadınları polis zorakılığına məruz qalıb

17.03.2025 / 10:25
Pentaqon husilərə hücumların dayandırılması üçün şərtini açıqladı

17.03.2025 / 10:23
“Rusiyanı zəbt etdiyi Ukrayna ərazilərindən çıxarmaq ABŞ-ın milli maraqlarına uyğun deyil”

Qlobal Bakı Forumu Azərbaycan ideologiyası üstündə daha təsirli rol oynadı...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456